Gələcək fəaliyyətləri və Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyət istiqamətində görülən işləri müzakirə etmək üçün dekabrın 30-da EU4Digital Proqramının Elektron səhiyyə şəbəkəsi altı Şərq Tərəfdaşlığı ölkəsindən elektron səhiyyə şəbəkəsinin üzvlərinin iştirakı ilə virtual tədbir təşkil edib.
Tədbirdə elektron səhiyyə sahəsində çalışan ekspertlər Aİ ölkələrində elektron səhiyyə sahəsindəki son yeniliklər haqqında tədbir iştirakçılarına məlumat veriblər. Şərq Tərəfdaşlığı ölkələrindən olan məruzəçilər isə hər bir ölkədə sözügedən sahədə görülən işlər haqqında danışıblar.
Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi tərəfindən gələcək tədbirlər haqqında qısa məlumat verilib. Elektron səhiyyə üzrə ekspert Enrike Martins müxtəlif Aİ ölkələrində elektron səhiyyə üzrə strategiyaların hazırlanmasına dair ətraflı məlumat verib. Tədbirin ikinci hissəsində isə Şərq Tərəfdaşlığı ölkələrindən olan məruzəçilər ölkə səviyyəsində elektron səhiyyə üzrə strategiyaların hazırlanması ilə bağlı təcrübələrini bölüşüblər.