EU4Digital proqramının 2023-cü il üzrə illik EU4Digital Startap və İnnovasiyalar Forumu aparıcı normayaradan qurumların və startap ekosistemi təşkilatlarının nümayəndələrini, o cümlədəm rəqəmsal innovasiya və startap ekosisteminin inkişafı üzrə ekspertləri bir araya toplayacaq. Bu yüksək səviyyəli tədbir “Şərq Tərəfdaşlığında (ŞT) KOB-ların işçilərinin rəqəmsal bacarıqlarının geniş miqyaslı inkişafı üçün rəqəmsal texnologiyalar” mövzusuna həsr olunur. Tədbir 9 mart 2023-cü il tarixində virtual sessiya formatında məsafədən təşkil ediləcək.
Bu il forumda Şərq Tərəfdaşlığı ölkələrində KOB-ların rəqəmsal bacarıqlara çıxışına dəstək ilə bağlı təcrübə və strateji planlarını bölüşəcək normayaradan qurumların nümayəndələri və İKT və innovasiyalar ekosisteminin əsas iştirakçıları, eləcə də beynəlxalq donor təşkilatlarının nümayəndələri iştirak edəcək. Məqsəd Şərq Tərəfdaşlığı ölkələrində 1 milyon insanın rəqəmsal bacarıqlarının artırılmasına kömək etməkdir.
Regional problemlər
ŞT regionunda rəqəmsal tendensiyalar və alətlər, eləcə də onların cəmiyyətə və iqtisadiyyata təsiri haqqında bilik və məlumatların çatışmazlığı kimi problemlər mövcuddur. Sorğular göstərir ki, regionda fəaliyyət göstərən KOB-ların rəqəmsal texnologiyalara keçidinə ən böyük maneə rəqəmsal alətlər haqqında biliklərin olmaması və onlardan biznes fəaliyyətlərində istifadə imkanlarının məhdudluğudur. Rəqəmsal bacarıqların inkişaf səviyyəsinin aşağı olması və rəqəmsal metod və vasitələrin iş mühitində tətbiqində də çətinliklər var.
Forum kim üçün nəzərdə tutulub?
Tədbirin auditoriyasında Avropa Komissiyasının (DG NEAR), innovasiya ekosistemlərinin inkişafı və KOB-lara dəstəyin əlaqələndirilməsini həyata keçirən nazirliklər və qurumların, rəqəmsal bazarlar sahəsində ixtisaslaşan İT assosiasiyaları və KOB şəbəkələri və innovasiya klasterləri və onlayn rəqəmsal bacarıqlar platformalarının nümayəndələri var. Forumda yalnız dəvət edilən şəxslər iştirak edə bilər.
Forumun gündəliyi
Forum, KOB-larda rəqəmsal bacarıqların artırılmasına dəstək ilə bağlı Aİ strategiyası və siyasət proqramını təqdim edəcək DG NEAR-in nümayəndəsinin salamlama nitqi ilə başlayacaq. O, həmçinin Avropa Komissiyasının ŞT regionuna dəstək planları, o cümlədən 2023-cü ildə Avropa Bacarıqlar İli çərçivəsində görüləcək işlər barədə danışacaq.
Forumun gündəliyinə daxildir:
- EY tərəfindən işçi heyətinin rəqəmsal bacarıqlar sahəsində ixtisasının artırılmasına dəstək məqsədilə istifadə edilən alətlər və innovativ model haqqında əsas nitq. Bu model Şərq Tərəfdaşlığında rəqəmsal bacarıqların artırılması prosesini sürətləndirmək üçün istifadə edilə bilər;
- Şərq Tərəfdaşlığı ölkələrinin nazirliklərinin nümayəndələrinin həll yollarını nümayiş etdirə biləcəkləri və problemləri müzakirə edəcəkləri panel müzakirə;
- EU4DIGITAL EdTech Hub tərəfindən təqdimat, onun cari dizaynı və maraqlı tərəfləri əməliyyat və idarəetmə modelinin hazırlanmasında və təhsil proqramının prioritetlərinin seçilməsində iştiraka dəvət;
- Beynəlxalq donorların Şərq Tərəfdaşlığı ölkələrində lokalizasiyaya təkan verə biləcək KOB-ların rəqəmsal bacarıqlarının artırılmasına dəstək verən proqram və təşəbbüslərin diqqət mərkəzində olduğu dəyirmi masa.
Tədbirin hər bir hissəsinin sonunda iştirakçılar hökumət nümayəndələri və donor təşkilatlarına suallar verə, öz təcrübə və ideyalarını bölüşə biləcəklər.
Forumun tam gündəliyinə baxın.
Əlaqə və əlavə məlumat
Hər hansı suallarınız olarsa, xahiş edirik EU4Digital proqramının İKT və innovasiyalar üzrə komandası ilə əlaqə saxlayın – eu4digital@lt.ey.com, mövzu hissəsində isə “Startaplar və İnnovasiya Forumu-2023” qeyd edin.
Bu yüksək səviyyəli forum EU4Digital proqramı tərəfindən keçirilir və innovasiyalar və startaplarla bağlı mövzulara həsr olunmuş ayrıca illik tədbir olacaq. 27 yanvar 2022-ci il tarixində Şərq Tərəfdaşlığında startap ekosisteminin inkişafı üzrə innovativ həllər” adlı innovasiyalara həsr olunmuş ilk belə forum keçirilib. Tədbirin əsas nailiyyəti ŞT Startaplar ekosistemi platformasının istifadəyə verilməsi olub.