

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
EU4Digital proqramının elektron kommersiya üzrə sürətləndiricisi ŞT KOB-ları üçün yenidən fəaliyyətə başlayır
Tarix: 07/03/23
Şərq Tərəfdaşlığı (ŞT) regionunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələri (KOB-lar) EU4Digital proqramının Elektron kommersiya sürətləndiricisi vasitəsilə təklif olunan texnoloji həllərdən yararlana biləcəklər. 14 fevral 2023-cü il tarixində ŞT-dən olan maraqlı tərəflər üçün bu mövzuya həsr olunmuş onlayn tədbir keçirilib. Tədbir EU4Digital proqramının elektron ticarət üzrə komandası tərəfindən proqramın II mərhələsindəki yenilənmiş fəaliyyətlər çərçivəsində təşkil olunub. Tədbirdə həmçinin bu ilin sonuna qədər davam edəcək Elektron kommersiya sürətləndiricisinin yenidən fəaliyyətə başladığı bildirilib. Maraqlanan KOB-lar daha ətraflı məlumat üçün EU4Digital komandası ilə əlaqə saxlaya bilərlər.
EU4Digital Proqramının elektron kommersiya sahəsindəki fəaliyyətlərinin məqsədi ŞT elektron kommersiya ekosistemi iştirakçılarının Aİ şəbəkələri ilə inteqrasiyasını gücləndirmək və Aİ və ŞT arasında transsərhəd elektron kommersiya əməliyyatlarının sayını 50% artırmaq kimi son strateji məqsədə doğru gedən yolda onlara dəstək olmaqdır.
Görülən işlərə əsaslanmaq
Onlayn tədbirdə ilk növbədə EU4Digital proqramının I mərhələsi çərçivəsində əldə olunan müvafiq nailiyyətlər nəzərdən keçirilib:
- Şərq Tərəfdaşlığı ölkələrində elektron kommersiya sahəsinin hazırki vəziyyəti təhlil edilərək Aİ-nin qabaqcıl təcrübələri ilə müqayisə olunub;
- ŞT-də elektron kommersiya sahəsini daha səmərəli, müəssisələr üçün daha asan və müştərilər üçün daha təhlükəsiz olması üçün tövsiyələr verilib, eləcə də Azərbaycan,Ermənistan,Gürcüstan,Moldova və Ukrayna üçün fərdi hesabatlar təqdim olunub;
- pərakəndə satıcılar və bazarların, çatdırılma xidmətlərinin və gömrük orqanlarının məlumatları elektron şəkildə paylaşdığı, məhsulların xaricə çatdırılmasını daha sürətli edən və asanlaşdıran “virtual anbar” sistemi sınaqdan keçirilib;
- Aİ və ŞT elektron kommersiya axınlarının təkmilləşdirilməsində maraqlı olan müxtəlif qrup şəxslərin iştirakı ilə tədbirlər təşkil olunub.
Elektron kommersiya sahəsindəki problemlər, tendensiyalar və nümunələr
EU4Digital onlayn və Aİ-də satışa başlamaq istəyən KOB-ların qarşılaşdıqları çətinlikləri müəyyənləşdirib. Tədbir iştirakçıları “Funky socks” istehsal müəssisəsinin nümunəsində sözügedən çətinlikləri praktiki formada nəzərdən keçiriblər. Bu müəssisənin sahibi olan Tom adlı şəxs üç ildən artıqdır ki, Moldovada corab satır və indi beynəlxalq bazarlara çıxmaq istəyir, lakin haradan başlayacağını bilmir. Əvvəlcə o, corab satışı üçün ən yaxşı bazarı tapmağı və Aİ-də olan böyük bazarlarda satışa necə başlaya biləcəyini öyrənmək istəyir. Problemlərə hüquq, standartlar və vergilərlə bağlı məsələlərdə təcrübənin olmaması, o cümlədən logistik problemlər və xarici bazarlara çıxışın yüksək xərc tələb etməsi daxildir.
EU4Digital proqramının komandası Aİ-də elektron kommersiya sahəsindəki mövcud tendensiyalar və təcrübələr haqqında danışıb. Onlar Avropada məhsulların onlayn satışı, eləcə də xidmətlərin göstərilməsi ilə məşğul olan 150 mindən artıq şirkəti təmsil edən Ecommerce Europe adlı assosiasiyanı təqdim ediblər. Bu assosiasiyanın strukturu, strateji prioritetləri və Şərq Tərəfdaşlığı ölkələrindən potensial üzvlərin qoşulması ilə bağlı məsələlər də müzakirə edilib.
Almaniyanın eBay elektron saytı və digər praktiki nümunələr nəzərdən keçirilərək böyük beynəlxalq bazarların üstünlüyü və elektron ticarətin əhəmiyyətinə diqqət çəkilib. Bu mövzuda dövlətə məxsus “Milli pavilyon hesabı” ideyası təqdim olunub ki, bu da satıcılara əsas bazarlardan əlavə qeydiyyat, sənədləşmə və ya digər tələblər olmadan satışa çıxarılan məhsulları siyahıya salmağa imkan verir və reklam, müştəri xidməti və digər sahələrdə dəstək təmin edir. Bu nümunə Elektron kommersiya sürətləndiricisi çərçivəsində oxşar texnoloji həllin təklif olunan pilot layihəsinə uyğundur.
Elektron kommersiya sürətləndiricisinin fəaliyyəti və faydaları
EU4Digital proqramının komandası Elektron kommersiya sürətləndiricisinin konsepsiyasını və məqsədlərini təqdim edərək Şərq Tərəfdaşlığı ölkələrinin bu layihədə iştirakının onlar üçün nə dərəcədə faydalı olacağını izah edib. EU4Digital Elektron kommersiya sürətləndiricisi üç əsas fəaliyyət sahəsi üzrə layihədə iştirak edən KOB-lara həllər və üstünlüklər təklif edir:
- Elektron kommersiya sahəsinin inkişafı üçün bazanı təkmilləşdirmək və bu sahədəki tendensiyalara diqqət yetirməklə daha təhlükəsiz və sürətli onlayn alış-veriş məkanları yaratmaq üçün elektron kommersiya ekosisteminin, normativ-hüquqi aktların və standartların yenilənməsi.
İştirak edən maraqlı tərəflərə Şərq Tərəfdaşlığı ölkələrində və Aİ ilə elektron kommersiya mühitinin uyğunlaşdırılması üçün bu tövsiyələr veriləcək. - KOB-ların onlayn satışa başlamağa cəhd edə biləcəyi iki seçilmiş Şərq Tərəfdaşlığı ölkəsində seçilmiş əsas Aİ bazarında Milli pavilyon hesabı həllinin sınaqdan keçirilməsi.
İştirak edən maraqlı tərəflər həlli pulsuz sınaqdan keçirə və ondan gələcəkdə istifadə ilə bağlı təlimatlar ala bilərlər. - KOB-lar üçün elektron kommersiya sahəsi üzrə təlim və fərdi məsləhət xidmətinin təmin edilməsi, elektron kommersiya sahəsi üzrə dayanıqlı təlim paketinin hazırlanması və əsas beynəlxalq bazarlarda (məsələn, Amazon və eBay) satış bacarıqlarının gücləndirilməsi.
Beynəlxalq bazarlara çıxmaq və şəxsi ticarət hesabları vasitəsilə satışlarını genişləndirmək istəyən iştirakçı KOB-lar təlim və məsləhət xidməti ilə təmin olunacaqlar.
Bu tədbirlər vasitəsilə EU4Digital maneələri aradan qaldırmaq, Şərq Tərəfdaşlığı ölkələrinin KOB-larının Aİ-nin əsas bazarlarında az xərclə məhsul satışı konsepsiyasını sınaqdan keçirmək və cəlb edilmiş və potensial maraqlı tərəflər arasında maarifləndirmə vasitəsilə Aİ ölkələri ilə transsərhəd elektron ticarətin həcmini artırmaq nəzərdə tutulub.
Əlavə məlumat
EU4Digital proqramının Elektron kommersiya sürətləndiricisi çərçivəsində fəaliyyətlər 2023-cü ilin yanvar-dekabr ayları arasında həyata keçiriləcək.
Hər hansı sualınız olarsa, eu4digital@lt.ey.com ilə əlaqə saxlayın.
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron ticarət
Daha çox xəbər
17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu

17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu
08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu
06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu