

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
EU4Digital proqramının II mərhələsinin fəaliyyət planları nəzərdən keçirilib
Tarix: 08/11/22
Oktyabrın 25-də EU4Digital təşəbbüsünün Koordinasiya Komitəsinin iclası keçirilib və tədbirdə bu günə qədər əldə edilmiş nailiyyətlər və EU4Digital layihələrinin gələcək fəaliyyəti ilə bağlı planlar nəzərdən keçirilib. EU4Digital Proqramının II mərhələsinin rəsmi olaraq təqdimatı keçirilib. Tədbirdə EU4Digital proqramının əhatə etdiyi ölkələrdən, Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən 100-dən artıq nümayəndə iştirak edib.
EU4Digital proqramı 2019-cu ildən icra olunur və Şərq Tərəfdaşlığı regionunda Aİ-nin davamlı rəqəmsal transformasiyaya dəstəyini əks etdirən layihələri bir araya gətirən EU4Digital təşəbbüsünün əsas proqramıdır.
EU4Digital təşəbbüsünə rəhbərlik edən Aİ-nin Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının (DG NEAR) nümayəndələri onlayn iclasa sədrlik ediblər. DG NEAR-ın qrup rəhbəri Gerald Odaz iştirakçılara xatırladıb ki, Aİ EU4Digital proqramının himayəsi altında olan layihələr üzərində işləməklə Şərq Tərəfdaşlığı ölkələrini Aİ-nin Vahid Rəqəmsal Bazarına yaxınlaşdırmaq niyyətindədir. “Rəqəmsal texnologiyalar investisiya planımızın əsas prioritetlərindən biridir”, – deyə o, bildirib. “Xüsusilə Ukraynadakı vəziyyəti nəzərə alsaq, rəqəmsal sistemlərin dayanıqlığının artırılması, rəqəmsal infrastrukturun və elektron hökumətin gücləndirilməsi əsas mövzulardan biridir”.
Aİ-nin bu dəstəyi 2021-ci il Şərq Tərəfdaşlığı Sammitində bir daha təsdiqlənmiş Şərq Tərəfdaşlığının yenilənmiş siyasət proqramı və məqsədləri kontekstində də təmin edilir. “Davamlı rəqəmsal transformasiya” beş əsas sahədən biridir. DG NEAR-ın proqram rəhbəri Tibolt Çarlet bildirib ki, keçən il üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələri ilə məsləhətləşmələr zamanı hazırlanmış baxış və hədəflər Aİ-nin bu sahədəki təcrübəsinə əsaslanır. “Aİ-nin rəqəmsallaşdırma kompasında hökumət, infrastruktur, biznes və bacarıqlar kimi dörd əsas prioritet müəyyən edilib. Aİ-nin “Global Gateway” strategiyası və 2022-ci ilin mayında qəbul olunan Ukraynaya yardım və yenidənqurma üzrə kommünike isə əlavə təlimatlar qismində istifadə olunur.”
Görüşdə EU4Digital təşəbbüsü çərçivəsində icra olunan hər bir layihə üzrə görülən işlərin gedişatı və gələcək fəaliyyət planları təqdim olunub. EY-nin komanda rəhbəri Artur Piliponis EU4Digital Proqramının I mərhələsinin əsas nailiyyətlərini təqdim edib. Təqdimatda Aİ-nin qabaqcıl təcrübələri ilə müqayisəli tədqiqatlar, sonrakı tammiqyaslı işlənib hazırlanması üçün transsərhəd texnoloji həllərin sınaqdan keçirilməsi və bağlantılar, Aİ və Şərqi Avropanın maraqlı tərəfləri arasında layihə tərəfindən yaradılmış tərəfdaşlıqlar, digər donorlar və onların təşəbbüsləri diqqət mərkəzində olub.
EU4Digital proqramının II mərhələsi 6 əsas tematik sahəni əhatə edir: Telekommunikasiya qaydaları, elektron etimad və transsərhəd xidmətlər, e-ticarət, İKT və innovasiyalar və startap ekosistemləri, e-səhiyyə və rəqəmsal bacarıqlar. Bundan əlavə, ikinci mərhələyə iki hərtərəfli hədəf daxildir. Onlardan biri EU4Digtal vasitəsilə rəqəmsal transformasiya üçün Aİ-nin dəstəyinin çatdırılması və məlumatlılığın artırılması məqsədi daşıyır, digəri isə Artur Piliponisin izah etdiyi kimi böhran vəziyyətlərində dəstəyin təmin edilməsinə yönəlib: “Mövcud vəziyyətdə Aİ ilə koordinasiya şəraitində dəstəklə cavab vermək üçün böhran vəziyyətlərində xüsusi cavab tədbirlərinin görülməsi işində çevik hərəkətə ehtiyacın olduğu müəyyən edilib.”
EaPConnect project layihəsi Şərq Tərəfdaşlığı və Aİ ölkələrindəki tədqiqat və təhsil müəssisələri arasında bağlantının qurulmasına, eləcə də tələbələr, tədqiqatçılar və elm adamları üçün qüsursuz əlaqələrin, xidmətlərin və əməkdaşlıq imkanlarının təmin edilməsinə yönəlmişdir. “Moldova ilə Ukrayna arasında radiotezlik əlaqəsinin istifadəyə verilməsi böyük nailiyyətdir.” Bunu GÉANT-ın nümayəndəsi və EaPConnect layihəsinin rəhbərlərindən biri olan İrina Metyus deyib. O qeyd ki, pandemiya, Ukraynadakı müharibə və siyasi qeyri-sabitlik kimi bir çox gözlənilməz çətinliklərə baxmayaraq, son illərdə layihə yeni reallıqlara uyğunlaşmağı bacarıb.
Şərq Tərəfdaşlığı regionunda kibertəhlükəsizlik sahəsində EU4Digital: GFA Consulting Group şirkətinin nümayəndəsi Besnik Limaj tərəfindən Cybersecurity East layihəsinin yekun nəticələri təqdim edilib. Layihənin üç əsas komponentinə qanunvericiliyin və normativ-hüquqi bazanın Aİ-nin NIS Direktivinə uyğunlaşdırılması, əsas xidmət operatorlarının Aİ direktivinə uyğun olaraq müəyyənləşdirilməsi, kiberinsidentlər və böhranların idarə edilməsi üzrə əməliyyat imkanlarının artırılması daxildir. Bu layihə həmçinin bəzi çətinliklərlə üzləşib və geosiyasi reallıqlara uyğunlaşmalı olub.
Dünya Bankı qrupunun nümayəndəsi Valeriya Dessolis isə EU4Digital proqramının genişzolaqlı rabitəyə dair strategiyalar layihəsini, o cümlədən müqayisəli tədqiqatları, genişzolaqlı rabitə infrastrukturunun qurulmasına dəstək və genişzolaqlı rabitə üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi və layihənin əsas nailiyyətləri haqqında ümumi məlumat verib.
Sözügedən layihənin ardınca DG NEAR tərəfindən 5 milyon avro büdcəyə malik “EU4Digital: Genişzolaqlı bağlantı sahəsində sərmayələrin yatırılması (2023-2027)” adlı layihənin icrasına başlanacaq. Layihədə şəhər və kənd yerləri arasında rəqəmsal texnologiyalar üzrə boşluqların azaldılmasına töhfə və genişzolaqlı rabitə şəbəkələrinin şaxələndirilməsi və yenidən qurulmasına dəstək verən layihələrin hazırlanmasına dəstək veriləcək.
Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri və Aİ nümayəndə heyətlərindən rəqəmsal texnologialar üzrə proqramlara və onun həyata keçirilməsinə dair öz fikir və rəylərini bildirmək xahiş olunub. Onlar rəqəmsal transformasiya üzrə islahatlara uzunmüddətli investisiyaların yatırılmasına ehtiyac olduğunu prioritet məsələ olaraq vurğulayıblar. Kənd yerlərində rəqəmsallaşdırma prosesində boşluqların olması da narahatlıq doğurur. Kənd icmalarının internet infrastrukturu və xidmətlərinə çıxışı təmin edilməklə hüquq və imkanları artırılmalıdır. Əlaqələndirilmiş və mərkəzləşdirilmiş planın zəruriliyi vurğulanıb. Əsas sahələr diqqətdə saxlanılmaqla parçalanmış yanaşmadan çəkinmək tələb olunur.
Kibertəhlükəsizlik, hökumət platformasının qarşılıqlı fəaliyyəti, İKT sektorunun gücləndirilməsi, e-ticarət, rəqəmsal bacarıqlar və rəqəmsal infrastruktur sahələri kimi Şərq Tərəfdaşlığı ölkələri üçün əhəmiyyət kəsb edən digər mövzular da müzakirə edilib. Bu mövzular önümüzdəki illərdə EU4Digital layihələri vasitəsilə həllini tapacaq Aİ-nin hədəfləri arasında yer alıb.
Əlavə məlumat
EU4Digital təşəbbüsü tərəfindən 2022-ci il oktyabrın 25-də EU4Digital proqramının II mərhələsinin təqdimat mərasimi və proqramın Koordinasiya komitəsinin iclası və oktyabrın 24-də Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransı təşkil edilib.
Hər iki tədbirdən əsas məqamlar EU4Digital proqramının xəbər bülleteninin xüsusi nəşrində dərc olunacaq. E-poçt vasitəsilə yeniliklərdən xəbərdar olmaq üçün xəbər bülleteninə abunə olun.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- EaPConnect
- Elektron bacarıqlar
- Elektron səhiyyə
- Elektron ticarət
- Telekommunikasiya qaydaları
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu17/11/2023
Noyabrın 24-də EU4Digital proqramının DESI sürətləndiricisinə dair regional tədbirə qoşulun
Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) ilə bağlı göstəricilə…
Daha çox oxu10/11/2023
EU4Digital proqramının maraqlı tərəflər üçün seminarında milli səviyyədə sürətləndirmə imkanları tədqiq edilib
EU4Digital proqramının fəaliyyətləri Şərq Tərəfdaşlığı (ŞT) regionu ölkələri — Azərbaycan, Ermənistan, Moldova…
Daha çox oxu

27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
17/11/2023
Noyabrın 24-də EU4Digital proqramının DESI sürətləndiricisinə dair regional tədbirə qoşulun
Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) ilə bağlı göstəricilə…
Daha çox oxu
10/11/2023
EU4Digital proqramının maraqlı tərəflər üçün seminarında milli səviyyədə sürətləndirmə imkanları tədqiq edilib
EU4Digital proqramının fəaliyyətləri Şərq Tərəfdaşlığı (ŞT) regionu ölkələri — Azərbaycan, Ermənistan, Moldova…
Daha çox oxu