Transsərhəd elektron kommersiya və elektron etimad xidmətlərinin inkişafı qonşu ölkələr və Aİ ilə ticarəti inkişaf etdirmək istəyən Şərq Tərəfdaşlığı ölkələrindəki müəssisələr üçün son dərəcə faydalı ola bilər. Son bir neçə ay ərzində EU4Digital proqramı elektron kommersiya, elektron çatdırılma və elektron imza üzrə texnoloji həlləri sınaqdan keçirmək üçün bir sıra pilot layihələr həyata keçirib. Bu da bütün regionda rəqəmsal iqtisadiyyatın potensialını üzə çıxarmaq üçün mühüm rol oynayır.
EU4Digital proqramı bu pilot layihələrin təsirini və onların yaxın gələcəkdə daha hansı formada tətbiq edilə biləcəyini vurğulamaq üçün kampaniya həyata keçirib.
Yerli mətbuatda və sosial mediada təbliğ olunan kampaniya, yerli media tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində hazırlanan bir sıra məqalələr ətrafında qurulmuşdur.
Həmin məqalələri buradan oxuya bilərsiniz:
- Çap sənəd zəncirinin aradan qaldırılması: Aİ Ukraynada ticarətə rəqəmsal cığırlar açır
- Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir
- Avropa bazarına cəmi bircə klik – Aİ Gürcüstanda elektron kommersiyanı necə dəstəkləyir
- Ermənistanda istehsal olunan corabların Almaniyada satışı: EU4Digital elektron kommersiyaya dəstək vasitəsilə Aİ bazarlarını daha yaxın edir
- Elektron imza: rəqəmsal gələcəyə doğru ən mühüm addım
- Tam sürətlə irəli: Moldova transsərhəd elektron imza üzrə texnoloji həlli sınaqdan keçirən ilk Şərq Tərəfdaşlığı ölkəsidir
- Elektron imza: Gürcüstanı Aİ ilə əlaqələndirən mühüm addım
- Elektron imza və Ukrayna: daha sürətli və daha asan biznes sahəsində beynəlxalq mübadilələrə aparan yolda liderlik
Kampaniyaya sosial mediada paylaşılan və sınaqdan keçirilən texnoloji həllərin əhəmiyyətini nümayiş etdirən infoqrafik videolar vasitəsilə dəstək verilmişdir.
Kampaniyada həmçinin EU4Digital proqramının həyata keçirdiyi işlər təbliğ edilib. Bunun üçün Elektron ticarət və Etimad və təhlükəsizlik şəbəkələrinin apardığı fəaliyyətlərə dair bir sıra elektron vərəqlər hazırlanıb və prioritet məsələlər haqqında suallar cavalandırılıb.