Son üç il ərzində EU4Digital proqramının işçi heyəti Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyalara keçidi dəstəkləmək üçün çalışır. Ukraynada yerli tərəfdaşlarla sıx əməkdaşlıq nəticəsində əldə edilən irəliləyiş bu ölkənin hər yerində vətəndaşlara və müəssisələrə gözəçarpan faydalar təmin edib. Səmərəli idarəçilik, demokratiya, qanunun aliliyi və insan haqları ilə bağlı dəyərlər bütöv regionun rifahı naminə tərəfdaşlıqların həyata keçirilməsinə zəmin yaradır. Ancaq indi bu dəyərləri Ukraynada baş verən müharibə, dağıntılar və humanitar böhran sarsıtmaqdadır.
2019-cu ildən etibarən EU4Digital proqramının işçi heyəti ukraynalı həmkarları və maraqlı tərəfləri ilə əməkdaşlıq edir, regiondakı ümumi məqsədlərimizə əsaslanan dostluq əlaqələri qurur. Bir çox yerli ekspertlər və koordinatorlar Ukraynada qaldıqları üçün biz onlara hazırda işlədikləri çətin şəraitdə dəstək verməyə hazırıq. Biz Ukraynanın işğalını qətiyyətlə pisləyirik.
Aİ-nin Ukraynadakı vəziyyətlə bağlı mövqeyini ətraflı aşağıdakı səhifələrdə tapa bilərsiniz:
https://www.consilium.europa.eu/en/policies/eu-response-ukraine-invasion/
Aİ-nin Ukrayna ilə həmrəyliyi | Avropa Komissiyası (europa.eu)