EU4Digital Şərqi tərəfdaşlıq ölkələrində etimad və elektron identifikasiya xidmətlərini qiymətləndirib
Tarix: 16/12/20
EU4Digital Proqramı Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal etimad və elektron identifikasiya xidmətlərinin (eİD) tənzimləyici bazasının Aİ-yə üzv dövlətlərdəki baza ilə uyğunluğunu müəyyənləşdirən “Şərqi tərəfdaşlıq ölkələrində etimad və elektron identifikasiya xidmətlərinin hüquqi və texniki cəhətdən yetkinliyinin qiymətləndirilməsini” dərc edib. Bundan əlavə, Aİ və Şərqi tərəfdaşlıq ölkələri arasında etimad və elektron identifikasiya xidmətlərinin transsərhəd qarşılıqlı tanınmasını təmin etmək üçün gələcəkdə görüləcək tədbirləri müəyyənləşdirmək məqsədilə qiymətləndirilmədə rəqəmsal etimad və elektron identifikasiya xidmətlərinin tənzimləyici, təşkilati və texniki baxımdan yetkinliyi tədqiq olunur.
Qiymətləndirmə göstərir ki, Şərqi tərəfdaşlıq ölkələri hazırda Aİ-yə üzv ölkələri tərəfindən tətbiq olunan texnologiyalara uyğun texnologiyalardan istifadə edərək rəqəmsal etimad və elektron identifikasiya (e-İD) xidmətlərinin əksəriyyətini təklif edirlər. Rəqəmsal etimad və elektron identifikasiya xidmətlərinin altı tərəfdaşlıq ölkəsində çatdırılması həmin ölkələrin hər birində tətbiq olunan tənzimləyici baza ilə müəyyənləşdirilir. Texniki yetkinlik baxımından üç əsas amil təhlil edilib: təklif olunan etimad xidmətlərinin növü, şifrələmə sxemləri və alqoritmlərin texniki uyğunluğu və etimad xidmətlərini dəstəkləyən proseslərin yetkinliyi. Rəqəmsal etimad xidmətlərinin çatdırılmasını dəstəkləyən infrastrukturları hədəfə alan kiberhücumlara qarşı dayanıqlığı artırmaq məqsədilə texniki təhlükəsizlik nəzarəti ilə bağlı lazımi tədbirlərə dair tövsiyələr verilib.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.