EU4Digital Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında elektron kommersiya sahəsinin uzlaşdırılmasına dair tövsiyələr dərc edib

  • Tarix: 13/04/21
  • Paylaş:

uzlaşdırılmasına dair tövsiyələrini dərc edib. Tövsiyələr EU4Digital Proqramının Elektron ticarət tematik sahəsinin Elektron kommersiya üzrə fəaliyyətləri çərçivəsində hazırlanıb. 

Ümumilikdə hesabatın məqsədi Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında üç sahə – ekosistem, hüquqi baza və standartlar sahələri üzrə elektron kommersiyanın uzlaşdırılması üçün tövsiyələr hazırlamaqdır. Tövsiyələrə aşağıdakılar daxildir:

  • Transsərhəd elektron kommersiyaya əngəl yaradan maneələrin aradan qaldırılması;
  • Transsərhəd elektron kommersiyanın həcminin artırılması;
  • Məlumatlılığı artırmaq və ölkələri Aİ-nin 2021-ci ildə elektron kommersiya sahəsində həyata keçirəcəyi dəyişikliklərə hazırlamaq.

Həmin tövsiyələr EU4Digital Proqramının elektron kommersiya üzrə ekspertləri və Şərqi tərəfdaşlıq ölkələrindəki yerli ekspertlər tərəfindən hazırlanıb.

  • Aİ-də görülən işlərin gedişatına dair hesabatın və ya əsas parametrlərə dair hesabatın hazırlanması. Əsas parametrlərə dair hesabat elektron kommersiya üzrə dəyər zənciri ətrafında qurulmuşdur və bazar üçün malların tədarükü, paylanması və satışdan sonrakı fəaliyyətlərində iştirakçıları, məlumatları və fəaliyyətləri təsvir edir. Sözügedən sənədlərdə qanunvericilik, standartlar və elektron kommersiya ekosistemi sahələrində 100-dən artıq mühüm cəhətlər haqqında məlumat verilir.
  • Şərqi tərəfdaşlıq ölkələrində elektron kommersiya sahəsinin cari vəziyyətinin təhlilinin həyata keçirilməsi. Bu iş müsahibələr, seminarlar və tədqiqatlar vasitəsilə həyata keçirilib. Nazirliklər, gömrük və vergi orqanları, poçt və logistika operatorları, bazarlar, biznes assosiasiyaları, yerli mütəxəssislər daxil olmaqla Şərqi tərəfdaşlıq ölkələri daxilində 50-dən artıq maraqlı tərəf cəlb edilib.
  • Transsərhəd elektron kommersiya üzrə əsas boşluqlar barədə EU4Digital Proqramının mütəxəssisləri tərəfindən peşəkar fikirlərin təmin edilməsi.
  • Milli maraqlı tərəflərlə məsləhətləşmələrin və uyğunlaşmaların təşkili.
  • Elektron kommersiya əməliyyatlarının həcmini artırmağı və elektron kommersiyanın fəaliyyəti üçün lazımi dəstəkləyici tədbirlərin görülməsinə yönəlmiş və Aİ təcrübələrinə əsaslanan tövsiyələrin hazırlanması.

Təqdim olunan tövsiyələr aşağıdakıları həyata keçirmək məqsədilə baza rolunu oynayan altı milli fəaliyyət planının hazırlanması ilə nəticələnib:

  • Şərqi tərəfdaşlıq ölkələrinin səlahiyyətləri qanunvericilik və tənzimləmə sahələrində təqdim olunan konkret məqamlara uyğun olaraq lazımi dəyişiklikləri edirlər;
  • Dövlət və qeyri-hökumət tərəfdaşları, praktik tədbirlər üçün milli iqtisadiyyatın inkişaf planlarında tövsiyələri qəbul edirlər.

Təklif olunan tövsiyələrdən biri (hesabatın ən əsas tövsiyəsi) – virtual anbarın yaradılması – Şərqi tərəfdaşlıq ölkələri (Ermənistan, Azərbaycan, Gürcüstan) və Aİ (Almaniya) arasında pilot layihənin həyata keçirilməsi üçün seçilmişdir. Pilot layihə çərçivəsində elektron kommersiya sahəsi iştirakçılarının avtomatik qaydada satışlar, gömrük və çatdırılma barədə məlumat mübadiləsi aparması üçün onlar arasında əlaqələrin qurulması məqsədilə yerli malların milli virtual anbarlarının/məlumat bazalarının yaradılması nəzərdə tutulub. Pilot layihə haqqında daha ətraflı məlumatı buradan öyrənə bilərsiniz.

Hesabatları buradan endirin:

Ermənistan

Azərbaycan

Belarus

Gürcüstan

Moldova

Ukrayna