EU4Digital Şərq Tərəfdaşlığı KOB-larını rəqəmsal texnologiyalar sahəsində dəstəkləyəcək “EdTech Hub” proqramı üçün tərəfdaşlar axtarır

  • Tarix: 07/04/23
  • Paylaş:

EU4Digital təşəbbüsünün “EdTech Hub” proqramı potensial tərəfdaşlar axtarışındadır. Bu proqram çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) regionunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) ehtiyaclarına uyğun veb əsaslı və istifadəsi asan kursların təqdim olunduğu rəqəmsal təlim platforması istifadəyə verilib. Martın 9-da EU4Digital İKT və İnnovasiyalar Forumu 2023-dən sonra icra olunmağa başlayan proqram Şərq Tərəfdaşlığı ölkələrində 1 milyon vətəndaşın və 500 000 KOB-un rəqəmsal texnologiyalar üzrə səlahiyyələndirilməsini nəzərdə tutan Aİ-ŞT siyasət proqramının qarşısına qoyulan hədəflərə çatmağına kömək edəcək. 

Müasir qlobal və rəqəmsal dünyada rəqəmsal bacarıqlara yiyələnmək olduqca vacibdir. Rəqəmsal bacarıqlar təşkilat və fərdi şəxslərə biznes və iqtisadiyyatın müxtəlif sahələrində rəqabət qabiliyyətlərini qoruyub saxlamağa kömək edir. Bu bacarıqlar həmçinin yeni imkanlara, məlumat və resurslara bərabər çıxış imkanını təmin edir.  

Lakin, Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları arasında rəqəmsal bacarıqların aşağı səviyyədə olması ilə yanaşı, İngilis dilinin bilik səviyyəsinin aşağı olması (İƏİTBTİ, və EF English Proficiency Index tərəfindən aparılan tədqiqata əsasən) vahid çətinlik yaradır. Bu ölkələrin hər birində KOB-lar (kiçik və orta sahibkarlıq müəssisələri) üçün rəqəmsal bacarıqlar üzrə müvafiq, əlçatan və tətbiq oluna bilən təlimləri necə keçirməli?  

Təcrübə nümunəsi 

Gəlin Moldovada kiçik biznes sahibi olan 29 yaşlı Daniyelanın nümunəsində bu problemə nəzər salaq. Daniela özünün üç digər işçisi ilə birgə əl ilə geyim və çantalar hazırlayır. Hazırladığı məhsulların onlayn satışını və reklamını həyata keçirmək istəyən Daniela və işçiləri lazımi rəqəmsal bacarıqlara malik deyil. Bundan əlavə, bütün mühasibat uçotu əl ilə və kağız üzərində aparılır ki, bu da çox vaxt aparır. 

Daniela və işçiləri internetdə bu cür mövzularda kurslar axtarıblar və məzmunun çox vaxt ingilis dilində olduğunu görüblər. Kursu bitirmək üçün onların heç biri İngilis dilini lazımi səviyyədə bilmir. Bundan əlavə, kursun məzmunu onların ehtiyaclarına uyğun olmayıb. Onların Avropanın əsas satış platformalarında transsərhəd satışa və ya marketinq kampaniyasına başlamaq üçün müvafiq, günün tələblərinə cavab verən aydın praktiki təlimə ehtiyacları var. Danielanın təcrübəsinə bütün Şərq Tərəfdaşlığı ölkələrində rast gəlinir. Bir çox kiçik biznes sahibləri və işçiləri oxşar problemlərlə üzləşirlər.  

EdTech Hub bu sahədə necə kömək edəcək

EU4Digital təşəbbüsünün “EdTech Hub” proqramı Şərq Tərəfdaşlığı ölkələrində bu problemi həll etməyin bir neçə yolunu təklif edir. 

İlk növbədə, diqqət elektron ticarət, rəqəmsal marketinq və biznes proseslərinin rəqəmsallaşdırılması kimi mövzuları əhatə edən, günün tələblərinə cavab verən dünya təcrübəsinin nümayiş olunduğu praktiki təlimlərdən ibarət yerli dillərdə kursların təşkili nəzərdə tutulub. Bu yanaşma ŞT KOB-larına iş metodlarını təkmilləşdirmək üçün davamlı və məzmuna uyğun təlim imkanları təqdim edir. 

Eyni zamanda, kursu bitirən tələbələrə təlimin təsdiqlənmiş və davamlı olduğunu sübut edən nişan adlı xüsusi rəqəmsal şəxsiyyət vəsiqələri veriləcək. Bu nişanlar LinkedIn-də və ya tərcümeyi-hallarda yerləşdirilə bilər və həmin şəxsin karyerası boyunca istifadə oluna bilər. Nişanlar həmçinin fasiləsiz təhsil mədəniyyətinin qurulmasına kömək edəcək. 

Nəhayət, proqram inklüzivliyi və yerli şəraitə uyğunlaşmanı təmin etmək üçün Şərq Tərəfdaşlığı ölkələrinin hər birində yerli təşkilatlarla sıx əməkdaşlıq edəcək.

Bundan əlavə, kursun məzmunu Aİ ölkələrində istifadə olunan əsas elektron ticarət bazarları üzrə təlim daxil olmaqla Aİ təcrübələri və standartlarına diqqət yetirməklə hazırlanmışdır. Bu da Şərq Tərəfdaşlığı regionundakı KOB-lara bizneslərini genişləndirməyə və Avropa İttifaqında yeni bazarlara çıxış əldə etməyə imkan verəcək və beləliklə də, regionun iqtisadi inkişafına və rəqəmsal transformasiyasına töhfə verəcək.  

Sistemin hansı formada çalışdığını daha yaxşı anlamaq üçün EU4Digital İKT və İnnovasiyalar Forumunda EU4Digital proqramının komanda rəhbəri Artur Piliponis tərəfindən EdTech Hub haqqında təqdimata nəzər salın.

“EdTech Hub” proqramının hədəfləri və növbəti addımlar

EdTech Hub vasitəsilə EU4Digital proqramı Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək, hər bir ölkədə KOB sektorunu inkişaf etdirmək və iqtisadi inkişaf üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır.

EdTech Hub proqramı çərçivəsində kurslara 2023-cü ilin iyul ayında başlanması planlaşdırılır. Hazırda kursun tədris planı hazırlanır, yerli tərəfdaşlar seçilir, tərəfdaşlıqlar qurulur və proqramda iştirak etmək üçün KOB-ların ilkin siyahısı müəyyənləşdirilir. 

Siz də bu proqrama qoşulun!

Əgər siz elektron ticarət, rəqəmsal marketinq və ya biznes proseslərinin rəqəmsallaşdırılması ilə bağlı təhsil və təlim sahəsində çalışan təşkilatın nümayəndəsisinizsə və Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqların təkmilləşdirilməsinə kömək etmək istəyirsinizsə və ya Şərq Tərəfdaşlığı ölkələrində KOB-lara dəstək verən təşkilatı təmsil edirsinizsə, proqrama qoşula bilərsiniz. 

EdTech Hub proqramı ilə bu e-poçt ünvanı vasitəsilə əlaqə saxlayın: eu4digital@lt.ey.com