EU4Digital təşəbbüsünün koordinasiya komitəsi: Şərq Tərəfdaşlığının rəqəmsallaşdırılması və gələcəyi ilə bağlı əsas prioritetlər diqqət mərkəzində

  • Tarix: 05/10/20 – 09/10/20
  • Paylaş:

EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin ikinci virtual iclası COVID-19 virusu ilə əlaqədar məhdudiyyətlər səbəbindən virtual formatda keçiriləcək. 5-9 oktyabr tarixləri ərzində sözügedən proqram çərçivəsində əldə olunan nəticələr nəzərdən keçiriləcək, həmçinin Şərq Tərəfdaşlığının qarşıdakı prioritetləri və rəqəmsal sektorda gələcək planları müzakirə etmək üçün bir sıra virtual sessiyalar təşkil olunacaq.

İlk günün səhəri EU4Digital təşəbbüsü ilə keçən dövr ərzində əldə edilən nəticələrə diqqət yetiriləcək.

Günorta isə icrasına yeni başlanan “EU4Digital: Tədqiqat və Təhsil İcmalarının Əlaqələndirilməsi” (və ya EaPConnect2) layihəsinə həsr olunacaq.

Rəqəmsal sahədə qeyri-bərabərliyi azaltmağa yönəlmiş bu layihə Avropa İttifaqı və Şərqi tərəfdaşlıq ölkələrindən olan tədqiqat və təhsil icmalarını bir araya gətirir.

Tədbirin ikinci günü Şərq Tərəfdaşlığı təşəbbüsünün 2020-ci ildən sonrakı dövrünə dair birgə kommünikeyə həsr olunacaq və Şərqi tərəfdaşlıq ölkələrinin nümayəndələrini bir araya gətirən iki panel müzakirədə COVID-19 virusunun yayılması fonunda rəqəmsal transformasiyanın gətirə biləcəyi faydalar və həmin ölkələrin prioritetləri müzakirə olunacaq.

Tədbirin üçüncü, dördüncü və beşinci günləri ərzində müxtəlif mövzulara dair sessiyalar keçiriləcək.

Bu sessiyalar zamanı EU4Digital təşəbbüsünün altı mövzusu çərçivəsində görülən işlərin vəziyyəti və qarşıda duran planlar ətraflı şəkildə təqdim olunacaq: Telekommunikasiya qaydaları (milli tənzimləyicilərin müstəqilliyi,  radiotezlik spektrinin uzlaşdırılması, genişzolaqlı rabitə infrastrukturunun inkişafı və rouminq tariflərinin uzlaşdırılması daxil olmaqla); Elektron ticarət (Elektron kommersiya, elektron gömrükelektron logistika daxil olmaqla); Rəqəmsal etimad və kibertəhlükəsizlik; Rəqəmsal bacarıqlar; Rəqəmsal innovasiya və startap ekosistemi; və Elektron səhiyyə.

Koordinasiya komitəsinin iclası ilə yanaşı, rəqəmsallaşdırma proqramını hazırlamaq və regiondakı maraqlı tərəfləri cəlb etmək üçün bir sıra virtual tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlər qabaqcıl təcrübələri bölüşmək üçün rəqəmsallaşdırma sahəsində çalışan mütəxəssisləri, ekspertləri və qanunvericiləri bir araya gətirəcək. Mövzulardan bəzilərinə daxildir:ŞT regionunda 5G-nin tətbiqini necə sürətləndirmək olar; Biznes mələklərinin və müəssisə kapitalı assosiasiyalarının Aİ və qlobal şəbəkələrə inteqrasiyası; “Connecting Europe” proqramının Elektron çatdırılma üzrə mühüm komponenti və digərləri üzrə praktiki təqdimat.