EU4Digital Koordinasiya komitəsi: rəqəmsal sahədə Şərqi tərəfdaş ölkələrinə göstərilən dəstəyin əsas prioritetləri diqqət mərkəzində
Tarix: 20/09/19
2019-cu
il sentyabrın 17-də Brüsseldə EU4Digital proqramının Koordinasiya komitəsinin
ilk iclası keçirilib. Tədbirdə layihənin icra edildiyi ilk altı ay ərzində əldə
olunan irəliləyişlər, eləcə də EU4Digital təşəbbüsü çərçivəsində qarşıda duran
prioritetlər nəzərdən keçirilib.
İclasın məqsədi əsas maraqlı tərəflərə
EU4Digital proqramının həyata keçirildiyi ilk altı ay (2019-cu ilin yanvar-iyun
ayları) ərzində əldə olunan irəliləyişlər və gələcək prioritetlər barədə
məlumat verməkdir. Tədbirdə həmçinin genişzolaqlı rabitə üzrə strategiyalar,
EaPConnect və gözlənilən Kiber dayanıqlılıq kimi EU4Digital təşəbbüsü
çərçivəsində icra olunan digər layihələrin cari vəziyyətinə dair fikir
mübadiləsi aparılıb.
Silsilə şəklində təşkil olunan tematik
sessiyalarda EU4Digital proqramının altı sahəsi çərçivəsində gələcək prioritetlər
aşağıdakılardır:
Telekommunikasiya
qaydaları
ŞT regionunda vahid rouminq
məkanının tətbiqi;
Milli tənzimləyici orqanların
müstəqilliyinin gücləndirilməsi;
700 MHz tezliyinin istifadəyə
verilməsi üçün əlaqələndirilmiş yanaşma.
Etimad
və təhlükəsizlik
Elektron identifikasiyanın
qarşılıqlı tanınması;
Elektron imzanın pilot
formatında tətbiqi;
Kibertəhlükəsizlik ilə əlaqədar
standart təlimatlar toplusunun hazırlanması.
Elektron
ticarət
Məlumat mübadiləsi üzrə
mexanizmlərin pilot formatında tətbiqi;
Baltik və Qara dənizləri
arasında Rəqəmsal nəqliyyat dəhlizi üzrə pilot layihənin icrasına hazırlıq;
Transsərhəd Elektron ticarət
üzrə layihənin pilot formatında tətbiqi.
İKT-nin
innovativ inkişafı və Startap ekosistemləri
Vahid qanunvericilik bazasının
tətbiqi;
İnnovasiya ekosistemi
iştirakçıları arasında şəbəkələrin qurulmasına dəstək;
Promo kampaniyaların həyata
keçirilməsi.
Elektron
səhiyyə
ŞT regionu üzrə vahid
uyğunlaşdırma və uzlaşma prosesinə dair təlimatlar və standartların hazırlanması;
ŞT regionunda elektron
səhiyyəyə dair platformanın yaradılması;
Regionun müvafiq Aİ
layihələrinə, proqramlarına və təşəbbüslərinə cəlb edilməsi.
Rəqəmsal
bacarıqlar
ŞT regionunda vahid
metodologiyanın müəyyənləşdirilməsi;
Bacarıqlar və iş yerləri üzrə
milli koalisiyaların yaradılması.
Görüşdə həmçinin EU4Digital təşəbbüsünə
dair mövzu və ölkələr üzrə əldə edilən xəbər və məlumatların toplandığı yeni
internet səhifəsi (www.eufordigital.eu)
təqdim olunmuşdur.
Koordinasiya komitəsinin növbəti iclası bir
ildən sonra keçiriləcək.
EU4Digital təşəbbüsünün məqsədi Avropa İttifaqının Vahid Rəqəmsal Bazarının faydasını Şərqi Tərəfdaş ölkələrinə qədər genişləndirmək, o cümlədən iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatlarını yaxşılaşdırmaq və müəssisələrə kömək etmək məqsədilə rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını inkişaf etdirmək üçün Aİ-nin dəstəyini istiqamətləndirməkdir.
Aİ, EU4Digital vasitəsilə rouminq tariflərinin azaldılması, iqtisadiyyatların gücləndirilməsi və elektron xidmətlərin genişləndirilməsi üçün yüksək sürətli genişzolaqlı rabitənin inkişafı, logistika sahəsindən tutmuş səhiyyəyə qədər cəmiyyətin müxtəlif sahələrində rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, kibertəhlükəsizliyin qurulması, bacarıqların inkişafı və rəqəmsal sənaye sahəsində yeni iş yerlərinin yaradılmasında Şərq Tərəfdaşlığı ölkələrinə dəstək verir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.