EU4Digital Koordinasiya komitəsi: rəqəmsallaşdırma sahəsində əsas prioritetlər diqqət mərkəzində

  • Tarix: 17/09/21
  • Paylaş:

EU4Digital təşəbbüsü sentyabrın 27-dən oktyabrın 1-nə qədər Koordinasiya komitəsinin illik üçüncü iclasını keçirir. Tədbir çərçivəsində rəqəmsallaşdırma siyasəti proqramı və əldə edilən nəticələr, eləcə də gələcək  prioritetləri əhatə edən bir sıra virtual sessiyalar keçiriləcək.

Bir həftəlik tədbir sentyabrın 27-də ” Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş konfrans” ilə öz işinə başlayacaq. Burada yüksək sürətli internetdən tutmuş, rəqəmsal texnologiyalar sahəsində biznes və startap ekosistemi, onlayn ticarət və bu sahədə maarifləndirmə mövzuları diqqət mərkəzində olacaq. Ölkə və Aİ rəsmiləri, Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal transformasiya ilə məşğul olan digər dövlət və özəl maraqlı tərəflər daxil olmaqla, konfransa təxminən 450 nəfər dəvət edilib.

İkinci gün səhər sessiyası EU4Digital təşəbbüsü ilə əldə edilən nəticələrin və 2020-ci ildən sonra Aİ-nin Şərq Tərəfdaşlığı ilə bağlı yeni prioritetlərinin təqdimatına həsr olunacaq. Günortadan sonra keçirilən iclasda Moldova, Ukrayna və “EU4Digital: tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi (və ya EaPConnect2) layihəsinin rəhbərlik etdiyi Avropalı tərəfdaşlar arasında rəqəmsal magistral yolların birləşdirilməsi diqqət mərkəzində olacaq.

Qalan üç gün ərzində EU4Digital proqramının mövzuları (Telekommunikasiya qaydaları, Elektron ticarət, Rəqəmsal etimad və təhlükəsizlik, Rəqəmsal bacarıqlar, Rəqəmsal innovasiyalar və startap ekosistemləri və Elektron səhiyyə) ilə bağlı cari vəziyyət və qarşıda duran vəzifələri əhatə edən sessiyalar keçiriləcək.

EU4Digital təşəbbüsünün məqsədi,  Avropa İttifaqının Vahid Rəqəmsal Bazarını Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirmək və iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatlarını yaxşılaşdırmaq və müəssisələrə kömək məqsədilə rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını inkişaf etdirməkdir.

Daha çox öyrən

Tədbirin tam gündəliyi