EU4Digital təşəbbüsünün Koordinasiya komitəsi

  • Tarix: 27/09/21 – 01/10/21
  • Paylaş:

EU4Digital təşəbbüsü sentyabrın 27-dən oktyabrın 1-nə qədər Koordinasiya komitəsinin illik üçüncü iclasını keçirir. Tədbir çərçivəsində rəqəmsallaşdırma siyasəti proqramı və əldə edilən nəticələr, eləcə də gələcək prioritetləri əhatə edən bir sıra virtual sessiyalar keçiriləcək.

Bir həftəlik tədbir sentyabrın 27-də ” Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş konfrans” ilə öz işinə başlayacaq. Burada yüksək sürətli internetdən tutmuş, rəqəmsal texnologiyalar sahəsində biznes və startap ekosistemi, onlayn ticarət və bu sahədə maarifləndirmə mövzuları diqqət mərkəzində olacaq. Tədbirin ikinci günündə EU4Digital təşəbbüsü çərçivəsində bu günə qədər əldə olunan nəticələrə dair təqdimat keçiriləcək, sonra isə EaPConnect2 layihəsinin rəhbərliyi ilə Moldova, Ukrayna və Avropa tərəfdaşları arasında spektral rəqəmsal xətlərin birləşdirilməsi haqqında məlumat veriləcək.

Qalan üç gün ərzində EU4Digital proqramının mövzuları (Telekommunikasiya qaydaları, Elektron ticarət, Rəqəmsal etimad və təhlükəsizlik, Rəqəmsal bacarıqlar, Rəqəmsal innovasiyalar və startap ekosistemləri və Elektron səhiyyə) ilə bağlı cari vəziyyət və qarşıda duran vəzifələri əhatə edən sessiyalar keçiriləcək.

Daha çox öyrən

Tədbirin tam gündəliyi