Qərbi Balkanlarda məlumat mübadiləsi sistemi ilə tanış olmaq məqsədilə EU4Digital mexanizminin nümayəndələri Monteneqro Gömrük İdarəsinə baş çəkiblər

  • Tarix: 13/09/19
  • Paylaş:

İyul ayında EU4Digital layihəsinin elektron gömrük sahəsi üzrə mütəxəssis qrupu Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın gömrük üzrə qurumlarının nümayəndələri ilə birlikdə Podqoritsa şəhərinə səfər ediblər və SEED (Məlumatların sistematik elektron mübadiləsi) sisteminin faydası haqqında məlumat almaq üçün Monteneqro və Albaniya arasındakı Bozay sərhəd keçid məntəqəsinə və Monteneqro Gömrük İdarəsinə baş çəkiblər.

İdarənin gömrük təhlükəsizliyi və nəzarət üzrə sədr müavini Lidijia Mijoviç iştirakçıları salamlayıb və onları SEED sisteminin imkanları ilə tanış edib. Onun sözlərinə görə, Monteneqronun xarici sərhədlərinin uzunluğu 840 km təşkil edir. Bu ölkədə 24 sərhəd keçid məntəqəsi, 12 daxili terminal və 4 Aİ-yə üzv olmayan ölkə ilə quru sərhədləri var. Sistemin hazırlanması üçün kifayət qədər səy tələb olunur, ancaq onun bir çox üstünlükləri var.

Mijoviç SEED sisteminin sərhəd gömrük idarələrinə gömrüklə əlaqəli məlumatları avtomatlaşdırılmış şəkildə və real vaxt rejimində mübadilə etməyə, İT və risklərin təhlili sahələrində inzibati imkanları və gəlirləri artırmağa, eləcə də regional əməkdaşlığı və etimadı gücləndirməklə yanaşı, qeyri-qanuni ticarətin qarşısını almağa və belə ticarətə qarşı mübarizə aparmağa imkan verən məlumat mübadiləsi və risklərin təhlili üzrə güclü və müasir bir sistem olduğunu vurğulayıb.

Avropa Komissiyasından bildirilib ki, SEED layihəsi “Qərbi Balkanların sərhəd idarəetmə sistemlərindəki çatışmazlıqların aradan qaldırılmasına və bölgədəki təhlükəsizlik ilə əlaqədar risklərin azaldılmasına əhəmiyyətli dərəcədə töhfə verib”.

Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Monteneqro və Serbiyada fəaliyyət göstərən tərəfdaş gömrük idarələrinin hamısı SEED-dən həm risklərin təhlili, həm də gömrük nəzarəti məqsədilə, xüsusilə malların bəyan edilməməsi, qaçaqmalçılığı və dəyərsizləşdirilməsinin qarşısını almaq üçün intensiv şəkildə istifadə edir. Son illərdə sistem təkmilləşdirilmişdir və aşağıdakılar daxil olmaqla, əlavə funksiyalar üçün geniş imkanlar təmin edilmişdir:

  • Transsərhəd nağd pul axını funksiyası (pul bəyannaməsi, bəyannaməçi/sahib, pul vəsaitlərinin təsviri və mənşəyi, nəqliyyat vasitələri haqqında məlumatlar üçün xanalar daxil olmaqla),
  • ƏDV modulu (sərnişinlərin daşınması zamanı ƏDV-nin geri qaytarılması),
  • ATA karnet modulu (ATA karnetinin bütöv iş prosesini dəstəkləyən modul)
  • Əqli mülkiyyət hüquqları proqram təminatı – COPIS ilə uyğun olan İNES+.

Sistem, gömrük sənədlərinin hər bir növündən olan bütöv məlumat dəstini dəstəkləyəcək şəkildə həyata keçirilir: funksiyalar zərurət (və texniki imkanlar) əsasında və qonşu ölkənin Gömrük İdarəsinin tələbi ilə aktivləşdirilir. Sözügedən sistem illər ərzində iştirakçı idarələrin ehtiyaclarına və məlumatları bölüşmək istəklərinə uyğunlaşdırılmış çevik bir alət halına gətirilib.

İnformasiya texnologiyalarının inkişafının müxtəlif səviyyələri, milli qanunvericilik sistemləri və tərəfdaş idarələrin müxtəlif ehtiyacları səbəbindən gömrük məlumat mübadiləsinin hüquqi bazasını tətbiq etmək üçün iştirakçılar arasında ikitərəfli Anlaşma Memorandumları imzalanmışdır.

SEED sistemi mərkəzi qaydada əlaqələndirilir və gömrük idarəsinin İT sistemə tam və yerli səviyyədə bütün sərhəd keçid məntəqələrindəki prosedurlara inteqrasiya olunur.

SEED sistemi haqqında qısa faktlar: 

  • proqram təminatı infrastrukturu: ESB (Enterprise Service Bus) – Müəssisənin xidmət şini (“Açıq ESB” adlı açıq mənbəli layihədən istifadə edərək xidmət yönümlü arxitekturada qarşılıqlı fəaliyyət göstərən proqramlar arasında rabitə sistemi tətbiq edir). Bütün XML mesajların emalı üçün interfeys Mesajların mübadiləsi üzrə korporativ sistemi (EMS) tərəfindən dəstəklənir;
  • Milli Gömrük Məlumat Sistemlərini (GMS-lər) tamamlayan məlumat bazası var və bütün qonşu ölkələrin məlumatlarını ehtiva edir. Yerli sistemlər eyni olaraq qalır. Ticarətlə məşğul olanlar sənədləri yerli GMS-lərə təqdim edir;
  • ondan məlumat almaq və məlumatları Milli İT sistemlərində istifadə etmək mümkündür;
  • məlumatların əvvəlcədən təyin edilmiş bəzi tətikləyicilərdə toplanması;
  • ümumi quruluşa malik məlumatlar (bütün ölkələr arasında razılaşdırılmış məlumat standartı). Bu, Aİ məlumat modelinə, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) məlumat modelinə əsaslanır və hər kəs üçün xarakterikdir.
  • Boş yük maşınları avtomatik qaydada idarə olunur. Bütün axınların uyğunlaşdırılması.