EU4Digital proqramı oktyabrın 9-da Koordinasiya komitəsinin iclası ilə paralel olaraq Elektron çatdırılma mövzusunda tanışlıq xarakteri daşıyan virtual səfər təşkil edir. Tədbir virtual iclas formatında məsafədən təşkil ediləcək.
EU4Digital proqramının Elektron ticarəti dəstəkləyən fəaliyyətlərindən biri, Elektron çatdırılma kanalı vasitəsilə faktura məlumatlarının mübadiləsi ilə bağlı pilot layihənin icrasıdır. Sözügedən texniki həllin daha geniş auditoriyaya təqdim edilməsi və onun praktiki imkanlarının nümayiş etdirilməsi üçün 9 oktyabr tarixində (Mərkəzi Avropa vaxtı ilə 13:00-16:40) Elektron çatdırılma mövzusunda tanışlıq xarakteri daşıyan virtual səfər təşkil ediləcək.
Elektron çatdırılma dövlət orqanları, müəssisələr və vətəndaşlar arasında elektron məlumatların və sənədlərin daha yaxşı uyğunlaşdırılmış, təhlükəsiz, etibarlı və etibar edilən yolla mübadiləsinə dəstək verir.
Virtual səfərin məqsədi, Elektron çatdırılma ilə tanış olmaq, məqsədlərini, dəyərini və faydalarını anlamaq və təcrübədə necə işlədiyini daha yaxşı başa düşməkdir.
Tədbir zamanı iştirakçılar faktiki olaraq Avropa ölkələrinin və təşkilatlarının qabaqcıl təcrübələri ilə tanış olmaq imkanı qazanacaqlar:
- Elektron çatdırılmanın əsas komponentinin dəstəkləndiyi Avropa Komissiyası (DG DIGIT)
- Ədliyyə sektorunda Elektron çatdırılmanın istifadəsini təşviq edən və idarə edən e-CODEX layihəsi
- Satınalma proseslərində elektron məlumatların istifadəsini təşviq edən OpenPeppol assosiasiyası. OpenPeppol, sözügedən assosiasiyanın üzvü olan Ukraynada ilk giriş nöqtəsinə sahibdir. Bu, Şərqi tərəfdaşlıq ölkələri arasında elektron çatdırılma üzrə ilk giriş nöqtəsidir.
- Norveç Dövlət və Maliyyə İdarəetmə Agentliyi (DFØ) Elektron satınalma xidməti sahəsinin milli səviyyədə rəqəmsallaşdırılmasını idarə edən orqandır. Norveç Elektron çatdırılmanın milli səviyyədə istifadəsi ilə bağlı ən güclü təcrübəyə malik ölkələrdən biridir.
Bundan əlavə, iştirakçılar təcrübələrini və fikirlərini bölüşmək, suallar vermək və tədbirdə iştirak edəcək hər bir kəs ilə müzakirə etmək imkanı qazanacaqlar.
Elektron çatdırılma mövzusunda tanışlıq xarakteri daşıyan virtual səfər, transsərhəd Elektron ticarət sahəsində çalışan Şərqi tərəfdaşlıq ölkələrinin nümayəndələri, Elektron çatdırılma üzrə pilot layihənin müşahidəçiləri və iştirakçıları və Aİ və Şərqi tərəfdaşlıq ölkələrindən olan digər tərəflər üçün təşkil olunub.
Tədbirin ətraflı proqramına buradan baxmaq olar.
Elektron ticarət istiqaməti çərçivəsində təşkil olunan şəbəkə tədbirləri EU4Digital proqramının Elektron ticarət tematik sahəsi daxilində mövcud texniki həllər barədə məlumatlar paylaşmaq üçün şəbəkə tədbirlərinin keçirilməsi planlaşdırılır. Bu tədbirlər, Şərqi tərəfdaşlıq ölkələri xaricində mövcud texniki həlləri və qabaqcıl təcrübələri müşahidə etmək və araşdırmaq və onları regionda tətbiq etmək imkanlarını qiymətləndirmək məqsədi daşıyır.