

Əsas səhifə / Xəbərdar olun /
EU4Digital təşəbbüsünün “Elektron səhiyyə: qabaqcıl təcrübələr, etimad və təhlükəsizlik diqqət mərkəzində” mövzusunda virtual seminarı keçiriləcək
Tarix: 18/03/20
EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsinin heyəti tərəfindən aprelin 2-də onlayn seminar təşkil ediləcək. Seminarın məqsədi, fevralın 11-də keçirilən əvvəlki onlayn seminarda qaldırılan məsələlərinin qiymətləndirilməsi üçün altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsindən maraqlı tərəfləri bir araya gətirmək və cari rübün sonunda ölkə şəbəkəsinin görüşünə hazırlıq işləri həyata keçirmək, o cümlədən ŞT ölkələrində elektron səhiyyə sahəsində etimad və təhlükəsizliyin cəhətlərinə dair fikir mübadiləsi aparmaqdır.
Seminarda ŞT ölkələrinin nümayəndələri tərəfindən həmin ölkələrdə elektron səhiyyə sahəsində əldə olunan qabaqcıl təcrübələr təqdim ediləcək. Öz növbəsində Elektron səhiyyə şəbəkəsinin heyəti tərəfindən həmin ölkələrin nümayəndələrinə şəbəkənin növbəti görüşünə qədər daha hərtərəfli təqdimatın hazırlanmasına kömək edəcəyi planlaşdırılır.
Bu fəaliyyətin məqsədi regionda elektron səhiyyə sahəsində innovasiyalar və hadisələrin növbəti inkişafı ilə əlaqədar məlumat mübadiləsinə şərait yaratmaq və oxşar mövzularda və təşəbbüslərdə maraqlı olan tərəfdaşlar arasında əməkdaşlığa təkan verməkdir.
EU4Digital təşəbbüsünün Etimad və təhlükəsizlik şəbəkəsinin heyəti tərəfindən hazırlanan ölkə üzrə qiymətləndirmələrə əsaslanaraq adı çəkilən təşəbbüsün heyəti etimad və təhlükəsizliyin yetkinlik səviyyəsi ilə əlaqədar fikirlərini bölüşəcək, eyni zamanda ŞT ölkələrində etimad və təhlükəsizliyin elektron səhiyyə sahəsində mövcud domen xidmətlərinə inteqrasiyası üzrə ümumi qaydalar ilə bağlı cəhətlərin müzakirəsinə şərait yaradacaqlar. Bu fəaliyyətin məqsədi həmçinin rəqəmsal etimad və təhlükəsizlik mövzularının ŞT ölkələrində elektron səhiyyə üzrə uyğunlaşdırılmış qaydalara daxil edilməsidir.
Əlavə olaraq video seminar ərzində elektron səhiyyə sahəsində əməkdaşlıq üzrə platformanın fəaliyyəti da müzakirə ediləcək. Əməkdaşlıq platforması elektron səhiyyə xidməti və təlimatların hazırlanması sahəsində çalışan maraqlı tərəflər üçün yeni ünsiyyət məkanıdır və sözügedən seminar zamanı Elektron səhiyyə şəbəkəsnin heyəti və ölkə nümayəndələri platformanın istifadəsi ilə bağlı növbəti mərhələlərə dair razılığa gələcəklər.
Müzakirə olunacaq bütün məqamlar şəbəkənin növbəti görüşünə hazırlıq məqsədi daşıyır (görüşün may ayında Kiyevdə baş tutması planlaşdırılır, lakin COVID-19 virusu səbəbindən vaxtı dəyişdirilə bilər). Bu və əvvəlki video seminarlarda müəyyənləşdirilmiş və aydınlaşdırılan mövzular dərindən müzakirə ediləcək və işlənib hazırlanacaq.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron səhiyyə