EU4Digital təşəbbüsünün “Elektron səhiyyə: koronavirus ilə mübarizədə qabaqcıl təcrübələr diqqət mərkəzində” mövzusunda virtual seminarı keçiriləcək

  • Tarix: 02/04/20 – 02/04/20
  • Paylaş:

Aprelin 2-də EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi COVID-19 virusunun kütləvi şəkildə yayılmasına qarşı tədbirlər çərçivəsində altı Şərqi tərəfdaş ölkəsindən olan maraqlı tərəflərin iştirakı ilə əlavə onlayn tədbir təşkil edir. Məqsəd virusa yoluxma hallarının artması ətrafında müzakirələr aparmaqdır.

Tədbirdə ölkələrin COVID-19 visuruna qarşı mübarizə tədbirləri, istifadə edilən rəqəmsal həllər və həmin ölkələrin üzləşdikləri problemlər diqqət mərkəzində olacaq. EU4Digital təşəbbüsünü təmsil edən ekspertlər COVID-19 virusunun yayılmasına qarşı praktiki yanaşmaları və mövcud qabaqcıl təcrübələri paylaşacaqlar.

Qabaqcıl təcrübələr, o cümlədən etimad və təhlükəsizlik mövzusunda keçirilməsi planlaşdırılan tədbir isə bu ayın sonuna qədər təxirə salınıb.

EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi

Koronavirus: Avropa İttifaqı özünün Şərqi tərəfdaşlarına dəstək nümayiş etdirir