EU4Digital Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqların qiymətləndirilməsi və proqnozlaşdırılması üzərində işləyir
Tarix: 29/05/20
EU4Digital proqramı, Aİ-nin bu sahədə təcrübəsinə uyğun olaraq ümumi qiymətləndirmə metodlarının təqdimatı üzrə tövsiyələr daxil olmaqla, Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlardakı milli boşluqların qiymətləndirilməsi və proqnozlaşdırılması üzrə ümumi metodologiyanın hazırlanması üzərində işləyir.
Rəqəmsal bacarıqlar İKT sahəsində çalışan mütəxəssislər və ya rəqəmsal transformasiyaya məruz qalan şirkətlərlə yanaşı, rəqəmsal iqtisadiyyatda və cəmiyyətdə uğurla iştirak etmək istəyən hər kəs üçün vacibdir.
Avropa İttifaqının 2016-cı ildə hazırladığı “İxtisasartırma yolları: yetkinlər üçün yeni imkanlar” adlı təşəbbüsündə rəqəmsal texnologiyalar sahəsində səriştənin oxumaq və saymaq qədər vacib olduğu vurğulanır. Rəqəmsal texnologiyalar sahəsində savadlılığın və bacarıqların olmaması, bir çox insan üçün İKT-nin tətbiqi nəticəsində məhsuldarlığın artmasını məhdudlaşdıran və ya hətta əngəlləyən amil ola bilər.
Rəqəmsal texnologiyalar sahəsində savadlılıq və bacarıqlarda olan uyğunsuzluqların aradan qaldırılması üçün ilk növbədə problemləri müəyyənləşdirmək tələb olunur. Rəqəmsal bacarıqların qiymətləndirilməsi, dəlil əsaslı identifikasiya və problemli sahələrin diqqət mərkəzində saxlanılmasında mühüm rol oynayır.
Avropa Komissiyası rəqəmsal bağlantı, onlayn rəqəmsal bacarıqlarla bağlı fəaliyyətlər, müəssisələrin rəqəmsallaşdırılması və rəqəmsal ictimai xidmətlər sahələrində Aİ-yə üzv dövlətlərin fəaliyyət göstəricilərini izləyən Rəqəmsal iqtisadiyyat və cəmiyyət indeksi (DESİ) adlı vasitə yaradıb. 2014-cü ildən etibarən DESİ insan kapitalı sahəsi daxil olmaqla, Aİ ölkəsində rəqəmsal iqtisadiyyat və cəmiyyətə doğru irəliləyişləri qiymətləndirir. DESİ-nin insan kapitalı sahəsində apardığı qiymətləndirmələr rəqəmsal həllərin tətbiq etdiyi imkanlardan istifadə üçün tələb olunan bacarıqları ölçür.
Şərqi tərəfdaş ölkələrinə gəlincə, 2015-ci ildə həyata keçirilən Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bazarların uyğunlaşdırılması adlı tədqiqatda Şərqi tərəfdaş ölkələrindəki rəqəmsal bazarların vahid rəqəmsal bazara mümkün uzlaşması və inteqrasiyasına hazırlıq qiymətləndirilib və regionda rəqəmsal bacarıqlar sahəsində uyğunsuzluqların qiymətləndirilməsində sistemli yanaşmanın olmadığı aşkar edilib.
Tədqiqatda deyilir ki, rəqəmsal bacarıqlara dair belə bir metodologiyanın hazırlanması və bununla da tələb və təklif arasında uyğunlaşmanın əldə olunmasına ehtiyac barədə məlumatlılığı artırmaq əsas prioritet olmuşdur. Bu yolla rəqəmsal bacarıqlar sahəsində mövcud milli boşluq və uyğunsuzluqların aradan qaldırılması üçün təhsil və təlim təminatçılarına tədris proqramlarını sürətlə dəyişən məşğulluq bazarının tələbatlarına uyğunlaşdırmaq imkanı veriləcək və Şərqi tərəfdaş ölkələri siyasətlərini yenidən işləyib hazırlaya biləcəklər.
Bu tələbatın ödənilməsi məqsədilə EU4Digital proqramı hazırda “Rəqəmsal bacarıqlardakı milli boşluqların qiymətləndirilməsi və proqnozlaşdırılması və prioritet çıxış yollarının tapılmasına” dair ümumi metodologiyanın hazırlanması üzərində işləyir və yaxın aylarda Aİ metodologiyalarına uyğun olaraq rəqəmsal bacarıqların qiymətləndirilməsinin ümumi metodlarının tətbiqi ilə bağlı bir sıra tövsiyələr təqdim edəcək.
Məlumatların əldə edilməsi, Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlara dair strategiyaların hazırlanmasında və onların Avropa səviyyəli strategiyalarla uyğunlaşdırılmasında mühüm rol oynayır. Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlardakı milli boşluqların qiymətləndirilməsi və proqnozlaşdırılması üzrə ümumi metodologiyanın
hazırlanması aşağıdakılara dəstək verəcək:
Milli səviyyədə mövcud olan inkişafa dair strategiyaların Aİ təcrübəsinə uyğun olaraq qiymətləndirilmiş konkret məlumatlara uyğunlaşdırılması, xüsusi problemli sahələri və tələb və təklifdəki uyğunsuzluqları müəyyən etməyə kömək edəcək;
Şərqi tərəfdaş ölkələri ilə Aİ arasında müqayisə aparmağa imkan verən və rəqəmsal bacarıqlarla əlaqəli problemlərin birgə həlli yollarını tapmağa imkan verən rəqəmsal bacarıqlarla əlaqəli məlumatların toplanmasına ümumi yanaşma;
Sistemli və müntəzəm qiymətləndirmələr rəqəmsal bacarıqlar ilə əlaqədar əmək bazarının gələcək ehtiyaclarını proqnozlaşdırmağa əsas verir.
Şərqi tərəfdaş ölkələri və Aİ arasında qiymətləndirmə tədbirlərinə dair siyasətləri uyğunlaşdırmaqla daha böyük dəyər əldə etmək və bununla da müqayisəli təhlil və boşluqların təhlilini yaxşılaşdırmaq olar. Şərqi tərəfdaş ölkələrində rəqəmsal bacarıqlarda uyğunsuzluqların qiymətləndirilməsi işində sistemli yanaşmanın DESİ və EUROSTAT sorğuları kimi Aİ siyasətləri və metodologiyaları ilə uyğunlaşdırılması həyata keçirilməyib və qiymətləndirilmə və proqnozlaşdırılma səviyyəsi müxtəlif ola bilər. Bundan başqa, uyğunlaşdırılmış metodologiyaların həyata keçirilməsindən əvvəl müvafiq səlahiyyət, idarəçilik və resurslar daxil olmaqla bir çox ilkin şərtlər mövcud olmalıdır.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.