“Bağlantı İnqilabı” şüarı altında “EuCNC 2020” adlı konfransa qeydiyyat başlanıb

  • Tarix: 15/01/20
  • Paylaş:

“EuCNC 2020”, Elektrik və Elektronika üzrə Mühəndislik İnstitutunun “ComSoc” (IEEE ComSoc) cəmiyyəti və “EURASİP” tərəfindən dəstəklənən telekommunikasiya üzrə silsilə texniki konfransların 29-cusudur  və Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.

Bu ilki konfrans “Bağlantı İnqilabı” şüarı ilə keçirilir. Hal-hazırda sənəd, poster, eləcə də seminar və sərgilərin keçirilməsi ilə bağlı ərizə qəbulu davam edir.

Tədbirin məqsədi tədqiqat layihələrinin, xüsusilə ardıcıl Avropa tədqiqat və inkişaf layihələrinin nəticələrini ictimaiyyətə təqdim etmək, nümayiş etdirmək və sınaqdan keçirmək üçün əsas yerlərdən biri olmaqla, son tədqiqat nəticələrini təqdim etmək üçün dünyanın hər yerindən tədqiqatçıları bir araya toplamaqdır. 

Tədbir 15-18 iyun 2020-ci il tarixində Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək. Bütün məlumatı konfransın internet səhifəsində tapa bilərsiniz.

Siz həmçinin son yeniliklərdən xəbərdar olmaq üçün tədbirin Twitter səhifəsini və ya Facebook hesablarını izləyə bilərsiniz.

Konfransa aşağıdakılar daxildir:

Konfransda iştirak üçün ərizələrin, o cümlədən seminarlar, xüsusi sessiyalar və dərsliklər üzrə layihələrin qəbulu 2020-ci il 7 fevral tarixindən başlanıb.