Avropa Onlayn Aktiv və Sağlam Yaşlanma Həftəsi

  • Tarix: 02/11/20 – 06/11/20
  • Paylaş:

Qayğı ilə aktiv həyat (AAL) proqramı, AHA üzrə EIP (Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı) və Birgə Proqram Təşəbbüsü olan Uzun və keyfiyyətli həyat (JPI MYBL) hər kəsi 2020-ci il noyabrın 2-dən 6-na qədər keçiriləcək Avropa Onlayn Aktiv və Sağlam Yaşlanma Həftəsində iştirak etməyə dəvət edir. 

Sözügedən üç dəstəkverici təşəbbüs Avropanın yaşlı əhalidən ibarət cəmiyyətə uyğunlaşmaq səylərinə dəstək məqsədilə yaradılıb. Onların hamısı səylərini birləşdirmək üçün 2019-2020-ci illər ərzində sıx əməkdaşlıq ediblər. İndi isə həmin təşəbbüslər sayəsində Avropa tədqiqat və innovasiya proqramında demoqrafik dəyişikliklər məsələsi ön plana çəkilir.

Tədbirdə 2030-cu ilə qədər olan növbəti onillik əhatə olunacaq. Bu onillik sağlam yaşlanma və demoqrafik dəyişikliyə diqqət ayırmaq üçün real imkandır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sağlam yaşlanma üzrə onilliyinin əsas prioritetlərinə nəsillərarası həmrəylik və səhiyyə və yaşlılara qulluq sistemlərini yaşlı əhalinin ehtiyaclarına uyğunlaşdırmaq daxildir. Bu həftə ərzində bütün bunlar və digər məsələlər diqqət mərkəzində olacaq və sağlam qocalma üzrə sistem və xidmətlərdə innovativ potensialın inkişafının təsirləri əhatə ediləcək.

Tədbirdə həmçinin COVID-19 virusunun Avropadakı yaşlı əhaliyə göstərdiyi ən aktual və gözlənilən fəsadları nəzərdən keçiriləcək.

Sözügedən onlayn həftə çoxlu sayda innovativ və müxtəlif debatpanellərdən ibarətdir. Həftə ərzində həmçinin bir sıra müzakirə və seminarlar keçiriləcək. Prioritet və strategiyalar, eləcə də fəaliyyətlər aparıcı istiqamət təşkil edəcək. Tədbirlərdə beynəlxalq təşkilatlardan tanınmış şəxsiyyətlər, Avropa Parlamentinin üzvləri, eləcə də bir sıra digər qanunvericilər və səhiyyə, qayğı və yaşlanma üzrə mütəxəssislər iştirak edəcək. Bir çox Avropa ölkələrindən və regiondan liderlərin iştirakı gözlənilir. Maliyyələşdirmə, investisiyatələb və təklifin əhəmiyyətli rolu da müzakirə ediləcək. Sağlam yaşlanma sahəsində çalışan sahibkarların uğurlarını nümayiş etdirmək üçün AAL Ağıllı Yaşlanma Mükafatı iştirakçılarının təqdim olunacağı iclas keçiriləcək. Digər mükafat proqramları və maraqlı yeniliklər də gözlənilir.

EU4Digital Proqramı Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramında Şərqi tərəfdaşlıq ölkələrinin iştirakına dəstək verir və proqramda dövlət orqanları, özəl sektoru təmsil edən şirkətlər, tədqiqat yönümlü qurumlar və sosial təşkilatlar daxil olmaqla, fərdi şəxslərdən tutmuş təşkilatlara qədər hər kəs iştirak edə bilər.