Sentyabrın 22-dən 24-nə qədər keçiriləcək Avropa Tədqiqat və İnnovasiya Günləri, Avropa Komissiyasının tədqiqat və innovasiya sahəsi üzrə ən mühüm tədbirlərindən biridir və hər il qanunvericilər, tədqiqatçılar, sahibkarlar və ictimai xadimləri bir araya gətirərək Avropa və onun hüdudlarından kənarda tədqiqat və innovasiyaların gələcəyini müzakirə etmək və formalaşdırmaq məqsədi daşıyır. Bu il tədbir tamamilə virtual formatda təşkil olunacaq.
Avropa Tədqiqat və İnnovasiya Günləri, qabaqcıl tədqiqatlarla müasir dövrün ən aktual problemləri arasında körpü yaradaraq müzakirələr aparmaq və real dəyişikliklər əldə etmək üçün əvəzolunmaz fürsətdir. Tədbirdə iqlim böhranının aradan qaldırılmasından tutmuş hər kəsin yararlana biləcəyi rəqəmsal dünyanın qurulmasına qədər kimliyimizi və istədiyimiz gələcəyi müəyyənləşdirən məsələlər müzakirə olunacaq: iştirak etmək zamanıdır!
Tədbir tamamilə əməkdaşlıq şəraitində təşkil olunacaq və əlaqələr yaratmaq və daha parlaq gələcək üçün bütün sahələrdən fərdi şəxsləri və mütəxəssisləri bir araya toplayacaq.
Avropa Tədqiqat və İnnovasiya Günləri hamı üçün açıqdır və qeydiyyat pulsuzdur.