ETF COVID-19 virusu ilə mübarizə tədbirlərində rəqəmsal texnologiyalara yatırılan sərmayələrin əhəmiyyətini vurğulayıb
Tarix: 17/06/20
EIT Digital seminarında COVID-19 pandemiyası dövründə rəqəmsal təhsilin əhəmiyyətinə diqqət çəkib və Aİ-nin qonşuluq ölkələrində distant rəqəmsal təhsilə dair ETF-in hazırladığı hesabatın nəticələrini təqdim edib.
Məşğulluq və Sosial Hüquqlar üzrə Avropa Komissarı Nikolas Şmit də bu seminarda çıxış edərək rəqəmsal transformasiyaya keçid dövründə ixtisasartırmanın təmin edilməsində Aİ-nin əvəzolunmaz rolunu vurğulayıb və peşə təhsili və təliminə, həmçinin gender bərabərliyi və yaşıl iqtisadiyyat sahəsində bacarıqların inkişafına diqqət yetirilməsinin əhəmiyyətindən danışıb.
Yüksək səviyyəli tədbirdə hökumət, sənaye və təhsil sektorlarından tanınmış şəxslər iştirak edib.
ETF-in rəhbəri Sezar Onestini COVID-19 pandemiyası dövründə ixtisasartırmanın əhəmiyyətinə toxunub və ölkələrin keçmişdə rəqəmsal texnologiyalara yatırdığı investisiyaların həmin ölkələrin uğur qazanmasında rolunu qeyd edib. O, ETF-nin böhran dövründə tərəfdaş ölkələrdə (altı Şərqi tərəfdaş ölkəsi daxil olmaqla) distant rəqəmsal təhsilə ilə bağlı bu yaxınlarda dərc olunmuş xülasə hesabatın nəticələrini təqdim edib.
“Mübarizə tədbirlərinin əlaqələndirilməsi və müxtəlif maraqlı tərəflərlə qarşılıqlı əlaqələrin qurulması müvəffəqiyyət qazanmaq üçün aparıcı amildir”, – Onestini belə deyib. Bir çox ölkələr platformalar qurmaq və yeni ideyaları sınaqdan keçirmək üçün tez bir zamanda dövlət və özəl sektor arasında tərəfdaşlığı səfərbər edə bilmişdir.
“Rəqəmsal texnologiyalara investisiya səviyyəsinin aşağı olduğu yerlərdə, virtual təhsilə məcburi keçidə uyğunlaşmaq daha çətindir” , – deyə o, əlavə edib.
Ümumilikdə, müəllimlər onlayn sinif otağına sürətli keçid etməklə gözləntiləri doğruldublar. Buna baxmayaraq, pandemiya nəticəsində inklüzivlik məsələlərini həll etmək və valideynlərin və ailələrin təlim prosesinə cəlb edilməsi ilə kömək ola biləcək çıxış imkanı və əhatə problemlərini aradan qaldırmaqla bağlı olduqca böyük tələbət yaranmışdır. COVID-19 virusu ilə mübarizə tədbirlərində əldə olunan impuls, strukturlaşdırılmış cavabları formalaşdırmaq üçün istifadə edilməlidir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.