

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Avropanın rəqəmsal texnologiyalar onilliyi: 2030-cu ilə qədər güclü rəqəmsal texnologiyalara malik Avropa istiqamətində fəaliyyət
Tarix: 10/03/21
Avropa Komissiyası 2030-cu ilə qədər iqlimin neytrallaşdırılması, dairəvi və dayanıqlı iqtisadiyyata keçid üçün vacib hesab olunan Avropanın uğurlu rəqəmsal transformasiyasına dair baxış və hədəflərini açıqlayıb.
Aİ-nin məqsədi, açıq və bir-biri ilə qarşılıqlı əlaqəli bir dünyada rəqəmsal texnologiyalar cəhətdən suveren və insan yönümlü, dayanıqlı və daha firavan rəqəmsal gələcəyə nail olmaq üçün insanların hüquq və imkanlarını artırmağa yönəlmiş rəqəmsal texnologiyalar üzrə siyasət yürütməkdir. Buraya zəif cəhətlərin və asılılıqların aradan qaldırılması və investisiya qoyuluşlarının sürətləndirilməsi də daxildir. Aİ həmçinin rəqəmsallaşdırma proqramını qlobal səviyyədə inkişaf etdirərək Aİ normaları və standartlarına uyğunlaşma və ya yaxınlaşmanı təşviq etməyi planlaşdırır.
Martın 9-da dərc olunan Kommünikedə rəqəmsal texnologiyalar üzrə bir sıra prinsiplər barədə razılığa gəlmək, qısa müddət ərzində çoxlu sayda ölkəni əhatə edən önəmli layihələrin icrasına başlamaq və irəliləyişlərə nəzarət etmək üçün etibarlı idarəçilik strukturunu təyin edən qanunvericilik bazası – “Rəqəmsal texnologiyalar kompası” hazırlamaq təklif olunur.
Paketi açıqlayan Komissiyanın sədri Ursula von der Leyen bunları deyib: “Pandemiya rəqəmsal texnologiyaların və bacarıqların iş, təhsil və qarşılıqlı fəaliyyət üçün nə qədər vacib olduğunu və hansı sahədə təkmilləşmələrin tələb olunduğunu nümayiş etdirdi. Biz Avropanın rəqəmsal texnologiyalar onilliyini elə etməliyik ki, bütün vətəndaşlar və müəssisələr rəqəmsal dünyanın təklif etdiyi ən yaxşı üstünlüklərdən yararlana bilsinlər. Rəqəmsal texnologiyalar kompası bizə bu məqsədə nail olmaq üçün aydın istiqamətlə təmin edir”.
Avropanın rəqəmsal texnologiyalar kompası
Avropa Komissiyası, Aİ-nin 2030-cu ilə qədər rəqəmsal texnologiyalar sahəsindəki planlarını müəyyən zaman çərçivəsində yerinə yetirmək məqsədilə rəqəmsal texnologiyalar kompası təklif edir. Onlar dörd əsas cəhət üzərində qurulub:
1) Rəqəmsal vərdişlərə sahib olan vətəndaşlar və yüksək səviyyəli bacarıqlara sahib olan rəqəmsal texnologiyalar mütəxəssisləri: 2030-cu ilə qədər bütün yetkinlərin ən azı 80%-i əsas rəqəmsal vərdişlərə sahib olmalıdır və Aİ-də 20 milyon İKT mütəxəssisi olmalı və bu sahədə qadınların sayı artırılmalıdır.
2) Təhlükəsiz və dayanıqlı rəqəmsal infrastruktur: 2030-cu ilə qədər Aİ-dəki bütün ev təsərrüfatlarının giqabit həcmli internet bağlantısı olmalı və bütün yaşayış məntəqələri 5G ilə təmin olunmalıdır; Avropada qabaqcıl və dayanıqlı yarımkeçiricilərin istehsalı dünya istehsalının 20%-ni təşkil etməlidir; Aİ-də 10000 iqlimin neytrallığı və yüksək etibarlı sərhəd qovşaqları yerləşdirilməlidir; və Avropada ilk kvant kompüteri olmalıdır.
3) Biznes müəssisələrinin rəqəmsal transformasiyası: 2030-cu ilə qədər dörd şirkətdən üçündə bulud hesablama xidmətləri, böyük məlumatlar və süni intellektdən istifadə edilməlidir; KOB-ların 90%-dən çoxu ən azı rəqəmsal intensivliyin standart səviyyəsinə çatmalıdır; və Aİ-də “təkbuynuz” startapların sayı ikiqat artırılmalıdır.
4) Dövlət xidmətlərinin rəqəmsallaşdırılması: 2030-cu ilə qədər bütün əsas dövlət xidmətləri onlayn formata keçirilməlidir; bütün vətəndaşlar elektron sağlamlıq kartları əldə edə bilməlidir; və vətəndaşların 80%-i elektron identifikasiya texnoloji həllindən istifadə etməlidir.
Rəqəmsal texnologiyalar onilliyi üçün beynəlxalq tərəfdaşlıq
Aİ həmçinin rəqəmsallaşdırma proqramını qlobal səviyyədə inkişaf etdirərək Aİ normaları və standartlarına uyğunlaşma və ya yaxınlaşmanı təşviq etməyi planlaşdırır. Bu, eyni zamanda onun rəqəmsal təchizat zəncirlərinin təhlükəsizliyini və dayanıqlığını təmin edəcək və qlobal texnoloji həllər təmin edəcək. Bu məqsədə aşağıdakılar vasitəsilə nail olunacaq:
- normativ əməkdaşlığı əlaqələndirən alət dəstinin yaradılması, potensialın və bacarıqların artırılması məsələlərinin həlli, beynəlxalq əməkdaşlığa və tədqiqatlar sahəsində tərəfdaşlıqlara investisiya qoyuluşu;
- Aİ, üzv dövlətlər, özəl şirkətlər, həmfikir tərəfdaşlar və beynəlxalq maliyyə qurumlarını bir araya gətirən təşəbbüslər tərəfindən maliyyələşdirilən rəqəmsal iqtisadiyyat paketlərinin hazırlanması;
- Aİ daxili investisiyaların və xarici əməkdaşlıq alətlərinin birləşdirilməsi;
- Aİ tərəfdaşları ilə təkmilləşdirilmiş bağlantıya investisiyaların qoyulması, məs, Rəqəmsal bağlantı fondu vasitəsilə.
Dayanıqlı rəqəmsal transformasiyaya dəstək, Avropa Komissiyasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığının uzunmüddətli siyasət məqsədləri üzrə təklifində göstərilən beş siyasət prioritetindən biridir və EU4Digital təşəbbüsü vasitəsilə istiqamətləndirilir.
Tarixçə
Rəqəmsal texnologiyalar, koronavirus böhranı boyunca iqtisadi və sosial həyatı qorumaq üçün vacib rol oynamışdır. Onlar dayanıqlı, pandemiya sonrası iqtisadiyyata və cəmiyyətə uğurlu keçid üçün əsas fərqləndirici amil olacaq. Avropa müəssisələri və vətəndaşlar, sənaye sektorlarından fərdi texnologiyalara qədər hər səviyyədə dayanıqlığı artırmaq və asılılıqları azaltmaq üçün daha böyük rəqəmsal imkanlar əldə edə bilərlər. Rəqəmsal transformasiya üzrə Avropa yanaşması Aİ-nin qlobal təsirini dəstəkləyən əsas amildir.
Bərpa və dayanıqlıq proqramı vasitəsilə mövcud olan Aİ-nin maliyyələşdirmə səviyyəsi, uğurlu rəqəmsal transformasiyaya nail olmaq üçün tələb olunan üzv dövlətlər arasında görünməmiş miqyasda və intensivlikdə əməkdaşlıq təmin edəcək. Hər bir milli plan üzrə 2021-2027-ci illəri əhatə edən Avropa büdcəsinin rəqəmsal komponentini müşayiət edən rəqəmsal texnologiyalar üzrə xərclərə dair 20% hədəf göstərici təyin edilmişdir.
Ətraflı məlumat üçün
Avropanın rəqəmsal texnologiyalar onilliyi – suallar və cavablar
Avropanın rəqəmsal texnologiyalar onilliyi – Məlumat səhifəsi
Avropanın rəqəmsal texnologiyalar kompası – siyasətlər səhifəsi
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron bacarıqlar
- Elektron səhiyyə
- Elektron ticarət
- Telekommunikasiya qaydaları
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu

17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu
08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu
06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu