EaPConnect layihəsinin hər bir tərəfdaş ölkədə nailiyyətləri ilə tanış olun

  • Tarix: 19/01/21
  • Paylaş:

Bütün Şərq Tərəfdaşlığı ölkələrində Aİ tərəfindən maliyyələşdirilən EaPConnect layihəsinin icra olunduğu beş il ərzində tədqiqat və təhsil icmalarının Avropa ilə bağlantısının genişləndirilməsi üçün xərclərin azaldılması şəklində “irihəcmli” faydalar təmin edilib. Bəs hər bir ölkədə hansı nəticələr əldə olunub? EaPConnect layihəsinin Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan altı tərəfdaşının nailiyyətləri sizə məqalələr şəklində təqdim olunur.

Hər bir məqaləyə layihənin bu yaxınlarda nəşr olunan nailiyyətlərindən bəhs edən videoçarxın tərcümə olunmuş versiyası, layihənin və yerli tərəfdaşın dəstəyindən yararlanmış tədqiqat fəaliyyətlərinin nümunələri və EaPConnect layihəsinin internet səhifəsində həmin ölkə ilə bağlı yerləşdirilmiş bütün məqalələrin linki daxildir.

Beləliklə, hər bir ölkə ilə bağlı fakt və rəqəmləri müqayisə etmək və ya bir ölkənin nailiyyətlərini ətraflı şəkildə nəzərdən keçirmək və daha ətraflı öyrənmək istəyirsinizsə, IIAP NAS RA – ASNET (Ermənistan), IIT of ANAS  – AzScienceNet (Azərbaycan), UIIP NASB – BASNET (Belarus), GRENA (Gürcüstan), RENAM (Moldova) və URAN (Ukrayna) haqqında məqalələri nəzərdən keçirin. Onların hamısı EaPConnect layihəsinin əsas nailiyyətlərinin dərc olunduğu səhifədə yerləşdirilib. Həmin səhifə EaPConnect layihəsinin ikinci mərhələsində də yenilənəcək.

Məqalələr və videolar

Fərdi xəbər səhifələrinə və yerli dillərə tərcümə olunmuş videolara birbaşa linklər:

 Rus dilində subtitrlərin olduğu video da əlçatandır.

Əlavə məlumat

“EU4Digital: Tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi (EaPConnect)” layihəsinin hazırda ikinci 5 illik fazası icra olunur. İlk EaPConnect layihəsi 2015-ci ilin iyununda icra olunmağa başlayıb, ikinci layihə isə 2020-ci ilin iyul ayının 1-dən etibarən həyata keçirilməyə başlanıb. EaPConnect layihəsi Avropa İttifaqının EU4Digital təşəbbüsü çərçivəsində maliyyələşdirilir.