Startap ekosistemlərindən başlayaraq innovasiyaların maliyyələşdirilməsinə qədər: EU4Digital prioritet sahələr üzrə İKT-nin innovativ inkişafına dair qanunvericilikdə boşluqların təhlilinə başlayır

  • Tarix: 29/01/20
  • Paylaş:

EU4Digital proqramı ŞT tərəfdaş ölkələri tərəfindən seçilmiş İKT sahəsində prioritet siyasət sahələrində Aİ-Şərq Tərəfdaşlığı (ŞT) qanunvericilik boşluqlarının təhlilinə başlamışdır. Boşluqların tamamlanmış təhlili, ŞT ölkələrində İKT-nin innovativ inkişafına imkan verən tövsiyələrin hazırlanmasına təkan verəcəyi gözlənilir.

Seçilmiş prioritet siyasət sahələri aşağıdakılardır:

İKT-nin innovativ inkişafına dəstək verən yeni təşkilati formalar (Azərbaycan tərəfindən seçilmişdir)

Buraya daxildir:

1.      Dövlət və özəl sektor arasında əməkdaşlığa əsaslanan layihələr (çoxlu sayda maraqlı tərəflərə malik “federativ” layihələr) Əsas rəqəmsal texnologiyalardan geniş istifadə üçün (5G, böyük məlumatlar, “High Performance Computing”, kibertəhlükəsizlik, fotonika, robot texnikası və elektron komponentlər və sistemlər texnologiyaları), müxtəlif maraqlı tərəflərin səylərinin birləşdirilməsi tələb olunur (dövlət və özəl sektor arasında tərəfdaşlıq layihələri). Aİ növbəti sahələr üzrə Dövlət və özəl sektor arasında tərəfdaşlıqlar (PPPs) təsis etmişdir: KibertəhlükəsizlikFotonika“High Performance Computing”Robot texnikasıGələcəyin interneti (5G), ECSEL (elektron komponentlər və quraşdırılmış proqram təminatı) və Gələcəyin fabrikləri.

2.       Klasterlər, innovasiya mərkəzləri (fablabs), akseleratorlar, peşəkarlıq mərkəzləri, rəqəmsal innovasiya mərkəzləri. Aİ-də mövcud innovasiyaya dəstək təşkilatlarının bir sıra təşkilati modelləri mövcuddur:

  • innovasiya mərkəzləri (fablabs) – startapları ilk prototip avadanlıqla təmin edir; 
  • akseleratorlar – rəqəmsal sahədə çalışan şirkətlərin inkişafına və böyüməsinə dəstək verir; 
  • peşəkarlıq mərkəzləri – spesifik texnoloji sahələr üzrə mərkəzi məntəqə, o cümlədən tədqiqat və inkişaf qrupu rolunu oynayır;
  • rəqəmsal innovasiya mərkəzləri – KOM-lara rəqəmsal innovasiya biznes modelləri üzrə konsaltinq xidməti göstərir). 

Bu modellər ŞT ölkələrində tənzimlənən səviyyədə çox nadir hallarda yaranır və əksər hallarda aralarında güclü və sabit əlaqələr yoxdur. EU4Digital proqramı tərəfindən hazırlanan tövsiyələrin məqsədi bu çatışmazlıqları aradan qaldırmaqdır. Aİ nümünələrinə daxildir: Avropa Klaster Əməkdaşlıq Platforması (ECCP)Avropa Klaster RəsədxanasıAvropa Klasterlər və Sənaye Dəyişikliyi üzrə RəsədxanaKlaster siyasəti üzrə Avropa Stress TestAvropa Strateji Klaster Tərəfdaşlığı (ESCPs)Akselerator məclisiTəkbuynuzlar forumuİnvestorlar forumuStartap Avropa Millətlər Şəbəkəsi və Rəqəmsal innovasiya mərkəzləri.

Startaplar və böyüməkdə olan şirkətlər üçün eksositemlər (Şəbəkə innovatorları və ekosistem iştirakçıları) (Moldova tərəfindən seçilmişdir)

Şəbəkələşmə müxtəlif təcrübəyə malik maraqlı tərəflərə bir-birlərini tapmağa kömək edir. O həm yetkin ekosistemlərdə (çoxlu sayda iştirakçıya malik), həm də erkən mərhələdə olan ekosistemlərdə (maraqlı iştirakçıların müəyyənləşdirilməsinə və bir araya gətirilməsinə ehtiyac var) faydalıdır.

EU4Digital proqramı tərəfindən hazırlanan tövsiyələr, milli innovasiya siyasəti və ya rəqəmsal sahəyə dair siyasət çərçivəsində innovativ klasterlərin, şəbəkələrin və icmaların inkişafına dəstək verməklə Moldovada startap ekosistemini gücləndirməyi qarşısına məqsəd qoyub. Aİ-dən nümunələrə daxildir: Bir pəncərə prinsipi (startaplar və ekosistem qurucuları bütün maliyyə xidmətləri və Aİ səviyyəsində təklif olunan digər dəstəkdən asanlıqla istifadə edə bilir), “Enterprise Europe” Şəbəkəsi; Çində və Taylanddabiznes mərkəzlər; Aİ-YaponiyaSənaye Əməkdaşlıq MərkəziBazara Çıxış Məlumat Bazasıİxrac üzrə kömək masası (Aİ-yə ixrac üzrə kömək masası və bazara çıxış məlumatı); Sosial İnnovasiya İcma portalı; “Biznes-Mələkləri”, İlkin kapitallar və Erkən mərhələ bazar iştirakçıları (EBAN) üzrə Avropa Ticarət

“Biznes-mələkləri” AvropaStartap Avropa Tərəfdaşlığı (SEP)Akselerator məclisiTəkbuynuzlar forumuİnvestorlar forumuStartap Avropa Millətlər Şəbəkəsi; Aİ Klaster Tərəfdaşlıq PlatformasıRəqəmsal innovasiya mərkəzlərinin ümumavropa şəbəkəsi.

Rəqəmsal innovasiyalar üzrə KOM-ların maliyyəyə çıxışı (GürcüstanUkrayna tərəfindən seçilmişdir)

İnkişaf dövründə olan KOM-lar müxtəlif ehtiyaclarla üzləşirlər. Buraya müxtəlif ölçüdə və növdə investisiya fondları da daxildir:

  • Erkən mərhələ (ideyanın formalaşdırılması, bazar axtarışı) – kraudsoursinq, kraudfandinq və kraudinvestinq; Kommersiyaya qədər tədarük və innovasiya vauçerləri.
  • İlkin kapital və erkən startap mərhələsi (daha çox pul tələb olunur, risklər yüksəkdir) – “biznes mələkləri”.
  • Gecikmiş startap mərhələsi (bazarda məhsul və ya xidmətə tələbatın təsdiqlənməsi, daha yüksək investisiyalar tələb olunur) – müəssisə kapitalı fondları, bank kredit zəmanətləri.
  • Böyümüş biznes – fond bazarları və böyümüş fond bazarları.

Aİ, KOM-ların mövcud olduğu bütün mərhələlərdə maliyyələşməyə çıxış əldə etməyə kömək edir. Bütün ŞT ölkələri mövcud Aİ maliyyə alətlərindən və KOM-lar üçün proqramlardan istifadə etməyi xahiş edib.

EU4Digital tövsiyələri ŞT ölkələrinə İKT-nin innovativ inkişafı üzrə maliyyələşdirmə alətləri və proqramları yaratmağa və Aİ-nin İKT-nin innovativ inkişafı maliyyələşməsinə çıxış əldə etməyə kömək edəcək.

Aİ-nin İKT-nin innovativ inkişafı üzrə maliyyələşdirmə imkanlarına aid nümunələr: Müəssisələr və kiçik və orta ölçülü müəssisələrin rəqabət qabiliyyəti (COSME) proqramıHorizon 2020COSME Böyümə üçün kapital imkanlarıCOSME Kredit zəmanıət proqramı (LGF); Fintech fəaliyyət planıAvropa vençur kapital fondları haqqında əsasnaməKOM-lar üçün kraudfandinq haqqında təlimat“Biznes-Mələkləri”, İlkin kapitallar və Erkən mərhələ bazar iştirakçıları (EBAN) üzrə Avropa Ticarət Assosiasiyası“Biznes-mələkləri” Avropa“Connecting Europe” proqramı; Avropa strateji investisiyalar fondu (EFSI).

Rəqəmsal innovasiyalar üzrə əqli mülkiyyət hüquqlarının idarə edilməsi (Ermənistan tərəfindən seçilmişdir)

Əqli mülkiyyət hüquqları (ƏMH), müəyyən bir ərazidə müəyyən müddətə innovatorlara inhisarçı hüquqlar verən qaydalarla qorunur.

ƏMH-nin idarə edilməsi patent almaqla bağlı deyil, KOM-lar üçün olduqca çətin olan biznes strategiyalarda əqli mülkiyyət aktivlərindən istifadə etmək deməkdir.

Hazırda bütün ŞT ölkələri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvüdür. Bununla da patent və prosedurların, həmçinin müəllif hüquqları və əlaqəli hüquqların alınması prosedurlarının hüquqi bazası artıq Aİ və ŞT arasında uyğunlaşdırılmışdır.

Buna baxmayaraq, 2019-cu ildə Ermənistanda beynəlxalq hüquqşünaslar qrupu (Ermənistan Vəkillər Kollegiyası və Ermənistan ƏM/İT Komitəsi) tərəfindən əqli mülkiyyətə dair hüquqi mətnlərin hərtərəfli öyrənilməsi həyata keçirilmişdir. Bu tövsiyələrin icrası ilə bağlı aparılan müzakirələr, Ermənistanda EU4Digital proqramının İKT-nin innovativ inkişafı komponentinin fəaliyyəti zamanı ətraflı öyrənilməli olan bir sıra institusional və potensial problemlər aşkar etmişdir.

Sənayenin rəqəmsallaşdırılması (ənənəvi sektorlarda KOM-ların rəqəmsal transformasiyası) (Belarus tərəfindən seçilmişdir)

Avropa İttifaqı Avropa sənayesinin qlobal rəqabət qabiliyyətini qoruyub saxlamaq üçün onun rəqəmsallaşdırılmasını artırır və bu prosesdə ənənəvi sektorlara və kiçik və orta ölçülü müəssisələrə (KOM-lar) və regional bərabərsizliyin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

Aİ-nin “Avropa Sənayesinin Rəqəmsallaşdırılması” (2016) təşəbbüsünün məqsədi, Avropadakı bütün ölçülərdə, yerlərdə və sektorlarda olan müəssisələrin rəqəmsal innovasiyadan tam faydalanmasını təmin etməkdir.

Aİ müxtəlif sahələr və bölgələr üzrə KOM-ların rəqəmsallaşdırılmasında mövcud bərabərsizliyi aradan qaldırmaq üçün əsas vasitə olaraq Rəqəmsal İnnovasiya Mərkəzlərinin (RİM) yaradılmasını təklif etmişdir.

EU4Digital proqramı Belarusda dialoqu və yeni təşəbbüsləri təşviq etməli olan sənayenin rəqəmsallaşdırılması sahəsində hökumət, biznes, təhsil və cəmiyyət arasında əməkdaşlıq üçün bir çərçivə yaratmaq məqsədilə Aİ təcrübəsindən istifadə edəcək. 

Avropa İttifaqı özünün EU4Digital təşəbbüsüvasitəsilə Aİ-nin təcrübəsinə və qabaqcıl təcrübələrə əsaslanaraq Şərq Tərəfdaşlığı regionu boyunca İKT sahəsində tədqiqatların, startapların və innovasiya ekosistemlərinin inkişafına yönəlmiş islahatlara və fəaliyyətlərə dəstək verir.