Elektron ticarət şəbəkəsinin gələcək prioritetlərə həsr olunmuş seminarı keçirilib

  • Tarix: 21/11/19
  • Paylaş:

9-11 oktyabr tarixlərində Finlandiyanın paytaxtı Helsinkidə pilot fəaliyyətlər və prioritetlərin müzakirə edildiyi Elektron ticarət şəbəkəsinin 7-ci seminarı keçirilib. Seminarın ilk günündə iştirakçılar Aİ-nin ticarətin, nəqliyyat şəbəkələrinin və logistika sektorunun rəqəmsallaşdırılmasına həsr olunmuş Rəqəmsal Nəqliyyat Günləri adlı tədbirdə iştirak ediblər.

EU4Digital proqramının ekspertləri Elektron ticarət şəbəkəsinin üzvləri ilə birgə Aİ-də mövcud qabaqcıl təcrübələri, hər bir ölkə üzrə görülən işlərin gedişatını, pilot layihə şəklində icra ediləcək mümkün variantları və həlləri, eləcə də EU4Digital proqramının ekspert qrupu tərəfindən transsərhəd Elektron ticarət, Elektron gömrük və Rəqəmsal Nəqliyyat Dəhlizləri (RND-lər) üzrə fəaliyyətlər üçün görülən hazırlıq tədbirlərini müzakirə ediblər. Aİ və Şərqi Tərəfdaş ölkələr arasında məlumat və biliklərin mübadiləsinə dəstək vermək, eləcə də elektron ticarət ekspertləri və regionda olan maraqlı tərəflər arasında əlaqələrin gücləndirilməsi məqsədilə gələcək şəbəkələşmə imkanları da müzakirə edilib.

Tədbirdə iştirakçılara Elektron ticarət mövzusuna uyğun təşəbbüs və layihələr təqdim olunub. Buraya daxildir:

  • FENIX – Gələcək Logistika sahəsində Avropa Məlumatların Mübadiləsi üzrə Birləşmiş Şəbəkəsi (SELIS və AEOLIX layihələrinə baxış daxil olmaqla);
  • Rəqəmsal nəqliyyat dəhlizləri üzrə məlumatların ötürülməsi üzrə həllər;
  • Təchizat zəncirinin rəqəmsallaşdırılması üzrə blokçeyn tətbiqləri;

Elektron ticarət şəbəkəsinin seminarında iştirakçılar aşağıdakı qənaətə gəliblər:

  • 2019-cu il oktyabrın sonuna qədər Elektron ticarət şəbəkəsinin işçi qruplarının yaradılmasını başa çatdırmaq tələb olunur, çünki işçi qruplarının üzvlərinin proqramın cari mərhələsində iştirakı əhəmiyyətlidir;
  • RND-lər ilə bağlı təkliflər təqdim olunduqdan sonra, şəbəkə tərəfindən EU4Digital təşəbbüsü çərçivəsində bir neçə fəaliyyətin daxil edilməsi təklif olunub. Buraya Avropa Komissiyası tərəfindən qəbul edildikdən sonra milli Elektron logistika sistemlərinin əsas inteqrasiya platforması üçün texniki tələblərin və texniki həllin hazırlanması daxildir;
  • Elektron gömrük pilot layihəsi üçün həll – gəlişindən əvvəl məlumatların əldə olunması üzrə Aksiz məlumatların mübadiləsi sistemi (SEED) müzakirə edilib. ŞT ölkələri həllərin pilot layihə şəklində icrası və ölkə cütlüklərinin seçilməsi ilə bağlı ehtiyac və prioritetləri qiymətləndirəcəklər.
  • ŞT ölkələrinin EU4Digital proqramının komandası tərəfindən hazırlanan transsərhəd Elektron ticarət pilot layihəsinin mümkün tətbiq variantlarından ibarət ətraflı siyahıdan prioritet tətbiq variantını müəyyən edəcəyi gözlənilir.

Elektron ticarət şəbəkəsinin növbəti seminarları 2020-ci ilin yazında Ermənistanda və payızında Azərbaycanda keçiriləcək.

Elektron ticarət şəbəkəsinin 7-ci seminarıRəqəmsal Nəqliyyat Günləri 2019