Sentyabrın 22-də EU4Digital Proqramının Elektron səhiyyə şəbəkəsi altı Şərq Tərəfdaşlığı ölkəsindən elektron səhiyyə şəbəkəsinin üzvlərinin və Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (IN-4-AHA) proqramının tərəfdaşlarının iştirakı ilə virtual tədbir təşkil edir. Bu təşəbbüs Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) icmasını, o cümlədən AHA üzrə EIP-dən innovativ təcrübələri təşviq etməyə davam edir.
Tədbir zamanı iştirakçılar elektron səhiyyə şəbəkəsinin əməkdaşlıq sahəsindəki mühüm nailiyyətlər haqqında məlumat ala biləcəklər. Qonaq natiqlər isə yeni IN-4-AHA icmasını və İtaliya və Şotlandiyadan innovativ təcrübələri paylaşacaqlar.
Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi tərəfindən gələcək tədbirlər haqqında qısa məlumat veriləcək. Bu müzakirənin ardınca, elektron səhiyyə şəbəkəsinin heyəti EU4Digital Proqramının Elektron səhiyyə şəbəkəsinin Aİ təşəbbüslərində (xüsusilə AHA üzrə EIP) iştirak baxımından ŞT ölkələrinin nailiyyətləri haqqında qısa məlumat verəcək və hazırda beynəlxalq əməkdaşlıq yolu ilə aktiv və sağlam yaşlanmanı təşviq edən və AHA üzrə EIP icmasının idarəçiliyini davam etdirən IN-4-AHA-nı təqdim ediləcək.
İtaliyadan dəvət olunmuş mütəxəssis, real həyatda xroniki xəstələrə inteqrasiya olunmuş qulluq üzrə innovativ məsafədən tibbi xidmət təcrübəsini təqdim edəcək, Şotlandiyalı mütəxəssislər isə tibbi məsləhətlərin təmin edilməsində video konfrans funksiyasına malik “Attend Anywhere” proqramını təqdim edəcəklər.
Tədbir, elektron səhiyyə şəbəkəsinin əməkdaşlıq sahəsindəki maraqlı tərəfləri bir araya gətirmək və elektron səhiyyə şəbəkəsi ilə əvvəlki əməkdaşlıq müddətində müəyyən edilmiş maraqlara əsaslanaraq məlumat mübadiləsini təşviq etmək məqsədi daşıyır.