HACK COVID-19: qlobal hakatonuna qeydiyyat başladı
Tarix: 02/04/20
10-12 aprel tarixlərindəbütün dünyada çalışan texnologiya fəallarının iştirakı ilə “HACK COVID-19” adlı qlobal miqyaslı virtual hakaton keçiriləcək. Sözügedən hakaton Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC sürətləndirmə mərkəzinin birgə dəstəyi ilə keçirilir.
Qlobal virtual hakaton müsabiqəsinin məqsədi koronavirus pandemiyasına (COVID-19) qarşı mübarizədə texnoloji həllərdən birgə istifadə etməkdir.
Birlikdə həll edilməsi tələb olunan əsas problemlərdən bəziləri bunlardır:
1) Aztəminatlı və risk altında olan şəxslərə dəstək
2) Texnologiya və sağlamlıq
3) KOM-lara dəstək
4) Fiziki məsafənin saxlanılması və sosial bağlılıq
5) Maarifləndirmə işinin, davranışların və ictimai məsləhət xidmətinin yaxşılaşdırılması
6) Texnologiya və təhsil
7) Texnologiya və texnika
8) Gündəlik həyat üçün texnologiya
Məqsəd, insanların virtual aləmdə işlərini təşkil etməsi, təhsil alması, şəbəkələr qurması, ticarət əlaqələri arasındakı boşluğu aradan qaldırması, mövcud potensialı müəyyən etməsi və real nəticələr əldə etməsi üçün zəruri mühit yaratmaqdır.
Müsabiqədə qeydiyyat İngilis dilindədir və bu gündən başlayır. İştirakçı olmaq istəyən şəxslər www.hackcov19.com internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 9 aprel 2020-ci il Bakı vaxtı ilə saat 21:00-da bitəcək.
Qalibi 5000, ikinci yeri tutan şəxsi 3000, üçüncü yeri tutan şəxsi isə 2000 ABŞ dolları mükafat gözləyir. Mükafatlar qaliblərin bank hesablarına göndəriləcək.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.