Koronavirus pandemiyasına qarşı yeni ideya və innovasiyalara dəstək məqsədilə dünyanın müxtəlif yerlərində keçirilən inanılmaz hakatonlardan sonra Avropa Komissiyası ilə tərəfdaşlıq çərçivəsində Global Hack və #hackthecrisis mayın 14-ü və 15-də tərəfdaşların tapılmasına dair dünya miqyaslı onlayn tədbir (matchathon) təşkil edir. Tədbirdə yeni texnoloji həllərin hazırlanması məqsədilə xakerlərin investorlar, tərəfdaşlar və qanunvericilər ilə görüşü nəzərdə tutulub.
Yerli səviyyədən qlobal səviyyəyə qədər böhrana cavab olaraq 65-dən çox hakaton keçirilib. Bütün qurumlar hazırda səhiyyə sahəsində mövcud olan böhrana çıxış yolları üzərində çalışır. Bu baxımdan Aİ və Global Hack irəli sürülən texnoloji həllərin hazırlanması ilə bağlı növbəti mərhələdə bir araya gəliblər.
Nə? Matchathon, Covid-19 böhranı ilə mübarizə üzrə yaratdığımız texnoloji həllərin hazırlanmasına davam etmək məqsədilə tərəfdaşların axtarışı üzrə virtual tədbirdir.
Kimlər üçün? Hər hansı #hackthecrisis hakatonunda mükəmməl ideya ilə çıxış edən və həmin ideyanı həyata keçirmək istəyən istənilən şəxs. Bütün xakerləri, siyasətçiləri, müxtəlif sahələrdə çalışan mütəxəssisləri və investorları xəyallarınızı ən mühüm tarixdə reallaşdırmağa çağırırıq!
Nə vaxt? 14-15 may 2020-ci il
Necə? Profil yaratmaq və mükəmməl tərəfdaş tapmaq üçün talque.com/join/globalmatchathon səhifəsinə keçin.
Kim? Avropa Komissiyası ilə tərəfdaşlıq çərçivəsində Global Hack və #hackthecrisis