

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Şərq Tərəfdaşlığı regionunda İKT-nin innovativ inkişafı və startap ekosistemləri: EU4Digital proqramının təşkil etdiyi görüşdə nailiyyətlər və gələcək planlar diqqət mərkəzində olub
Tarix: 14/10/20
2020-ci il oktyabrın 8-də EU4Digital Proqramının təşkil etdiyi görüşdə İKT-nin innovativ inkişafı və startap ekosistemləri sahəsində nailiyyətlər və gələcək planlar diqqət mərkəzində olub. Sözügedən tədbir oktyabrın 5-dən 9-na qədər virtual olaraq keçirilən Koordinasiya komitəsinin illik iclası çərçivəsində təşkil olunub.
Tədbirə Avropa Komissiyasının üzvləri, Rəqəmsal bazarların uzlaşdırılması (RBU) üzrə əlaqələndiricilər, Aİ Nümayəndəliklərinin və Şərqi tərəfdaşlıq ölkələrindən İKT-nin innovativ inkişafı sahəsində çalışan mütəxəssis şəbəkəsinin nümayəndələri daxil olmaqla, 30-dan artıq iştirakçı qatılıb.
EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol və qrupun nümayəndəsi Ruta Salvite-Tamosiyuniyen İKT və innovasiyalar üzrə fəaliyyətlər ilə bağlı görülən işlərin cari vəziyyəti və qarşıda duran vəzifələr haqqında məlumat verib.
İKT və innovasiyalar tematik istiqamətinin ən mühüm nailiyyətlərindən biri, işlənib hazırlanmış və 100-dən maraqlı tərəf ilə razılaşdırılmış İKT ekosistemi üzrə siyasətə dair tövsiyələr və fəaliyyət planları da təqdim olunub. Maraqlı tərəflər fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı öhdəliklərini təsdiq ediblər və əlaqələndirici təşkilatlar müəyyən edilib. Sözügedən fəaliyyət planları, hər bir Şərqi tərəfdaşlıq ölkəsində ölkənin özü və ya Aİ tərəfindən maliyyələşdirilən layihələr vasitəsilə təşəbbüslərin icrasına əsas yaradır. Həmin sənədlərə hal-hazırda EU4Digital proqramının kitabxanasında baxa bilərsiniz.
Siyasətlərə dair tövsiyələr üzrə fəaliyyətlər çərçivəsində, rəqəmsal startaplar və böyüməkdə olan şirkətlərə dair texniki-iqtisadi əsaslandırma işi həyata keçirilib. Həmin əsaslandırma işinin nəticələrinə əsasən, Rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs (DISC) adlı maliyyə proqramı üzrə pilot layihənin hazırlanmasına başlanıb və qarşıdakı illərdə müxtəlif inkişaf mərhələlərində olan texnologiya sahəsində fəaliyyət göstərən startapların maliyyələşdirilməsi məqsədilə yeni fondun yaradılması nəzərdə tutulub. Ekosistemin inkişafı ilə bağlı ehtiyaclar DİSC proqramının işə salınması ilə paralel olaraq dəstəklənməli və Şərqi tərəfdaşlıq ölkələri üçün bacarıqların artırılmasına dair xüsusi bələdçi hazırlanmalıdır.
Şərqi tərəfdaşlıq ölkələri üçün işlənib hazırlanmış şəbəkələrin qurulmasına dair plana əsaslanaraq sözügedən virtual tədbirlərin əsas mövzusu seçilmişdir. Həmin gün “Biznes mələklərinin və müəssisə kapitalı assosiasiyalarının Aİ və qlobal şəbəkələrə inteqrasiyası” mövzusunda İKT-nin innovativ inkişafı şəbəkəsinin 2-ci şəbəkə tədbiri də keçirilib. Seçilmiş siyasət sahələrinə uyğun olaraq daha dörd onlayn şəbəkə tədbirlərinin keçirilməsi planlaşdırılır.
2020-ci ilin sentyabrında EU4Digital Proqramı tərəfindən texnologiya sahəsində çalışan qadınlara dəstək verən yerli təşkilatlar ilə əməkdaşlıqlar qurulmuş və məqsəd, texnologiya sahəsində çalışan qadınlar üçün mentorluq proqramlarının həyata keçirilməsi üçün regional təlimatlar və ölkə səviyyəsində fəaliyyət planlarının işlənib hazırlanmasıdır. Gələcək illərdə yerli
tərəfdaşlar tərəfindən yeni proqramların icrasına başlanılması gözlənilir.
Bundan əlavə, qarşıdakı illərdə ŞT və Aİ ölkələrindən olan qanunvericiləri, startaplar və böyüməkdə olan şirkətləri və İKT ekosistemindəki digər maraqlı tərəfləri bir araya gətirəcək və hər il keçiriləcək bir tədbir olaraq dövlət siyasəti üzrə koordinasiya forumunun keçirilməsi planlaşdırılır.
Təqdimatdan sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri və həmçinin İKT-nin innovativ inkişafı və startaplar ekosistemi üzrə ekspertlər şəbəkəsinin əlaqələndiricisi Rəşad Əzizov öz fikirlərini bölüşüb. Əzizov, gücləndirilmiş İKT innovasiya şəbəkəsinin yerli və regional səviyyədə İKT innovasiya ekosistemindəki əlaqəli tərəflərin işlənib hazırlanmış fəaliyyət planlarını həyata keçirmək üçün tələb olunan əsas komponent olduğunu vurğulayıb.
Tədbir görülən işlərin cari vəziyyəti və gələcək planlar barədə ümumi müzakirə ilə başa çatıb. Maraqlı tərəflər hazırlanmış siyasət fəaliyyət planlarının münasibliyinə diqqət çəkiblər. Daha geniş təsirə nail olmaq üçün müəyyən edilmiş prioritet sahələrdə Aİ-nin dəstək təmin edəcəyi gözlənilir. Bununla paralel olaraq digər regional prioritetlər müzakirə edilib: ənənəvi KOM-ların rəqəmsallaşdırılması və rəqəmsal startaplar və böyüməkdə olan şirkətlərin maliyyə resurslarına çıxışı. Adı çəkilən regionun nümayəndələri startapların maliyyələşdirilməsi üçün fondun yaradılmasına ehtiyac olduğunu və buna hazır olduqlarını dilə gətiriblər. Ortaq prioritetlər önümüzdəki dövrdə İKT innovasiyalar tematik sahəsinin mühüm fəaliyyətləri olaraq qalacaq.
Əlavə məlumat Həyata keçirilmiş fəaliyyətlər, nəticələr və gələcək planları müzakirə etmək üçün EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin hər il keçirilən iclasları çərçivəsində tematik iclaslar təşkil edilib. Məlumatlı qalmaq üçün Xəbər bülleteninə abunə olun.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu

28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu