Bakıda keçirilən seminarlarda İKT-nin innovativ inkişafı diqqət mərkəzində olmuşdur

  • Tarix: 31/05/19
  • Paylaş:

EU4Digital İKT-nin innovativ inkişafı şəbəkəsinin seminarı təşkil edilib və altı tərəfdaş ölkədə İKT-nin innovativ inkişafı sahəsində görülən işlərin vəziyyəti və gələcək prioritetlər müzakirə edilmişdir.

Tədbirdə EU4Digital mexanizminin İKT-nin innovativ inkişafı istiqaməti tərəfindən görüləcək səciyyəvi işlər, o cümlədən Şərqi tərəfdaş ölkələrdə işlərin gedişatı, prioritetlər və təklif edilmiş əməkdaşlıq mexanizmi, eləcə də EU4Digital mexanizmi və əlaqədar şəbəkənin uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olmuşdur.

İKT-nin innovativ inkişafı şəbəkəsinin sözügedən seminarının ilk günü aşağıdakı mövzulara həsr edilib:

  • Belarus, Ukrayna, Gürcüstan və Moldovada İKT-nin innovativ inkişafının cari vəziyyətinə baxış.
  • İKT-nin innovativ inkişafı ilə bağlı fəaliyyətlər və onlarla EU4Digital şəbəkəsinin fəaliyyət planı arasında qarşılıqlı əlaqə.
  • İKT-nin innovativ inkişafı komandasının beş fəaliyyətinin hər biri üçün görüləcək səciyyəvi işlər bunlardır:
    • ŞT regionunda vahid qanunvericilik bazasının tətbiq edilməsi.
    • Vahid təlim paketinin hazırlanması.
    • ŞT regionu daxilində innovasiya ekosistemi iştirakçıları şəbəkəsinin təbliğ olunması.
    • 6 tərəfdaş ölkəni əhatə etmək üçün “Startap Avropa”-nın şəbəkələrinin və platformalarının genişləndirilməsi.
    • Tərəfdaş ölkələrdə promo kampaniyaların həyata keçirilməsi.
  • Təklif olunan əməkdaşlıq mexanizmi və EU4Digital mexanizmi və əlaqədar şəbəkə arasında uyğunlaşdırma işi
  • ŞT ölkələrində İKT-nin innovativ inkişafı: cari vəziyyəti, məqsədləri, işlərin həcmi, Fəaliyyət planı.

Tədbirin ikinci günü bunlara həsr olunub:

  • Rəqəmsal innovasiyalar və startapların miqyasını genişləndirmək üçün Avropa Komissiyası qabaqcıl təcrübələrini bölüşür.
  • Rəqəmsal innovasiya sahəsində fəaliyyət göstərən startaplar və sahibkarların ehtiyacları.

Azərbaycanda İKT-nin innovativ inkişafı sahəsində əldə olunan nailiyyətlər və uğur hekayələri.