

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
İKT-nin innovativ inkişafı mövzusunda şəbəkə tədbirində Şərqi tərəfdaşlıq ölkələrində İKT klasterlərinin beynəlmiləlləşdirilməsi və fəaliyyətlərinin daha böyük kütləyə çatdırılması istiqamətində praktik addımlar müəyyənləşdirilib
Tarix: 22/12/20
Dekabrın 14-də ŞT regionundakı klasterlərin əlaqələndirilməsi və fəaliyyətlərinin daha böyük kütləyə çatdırılmasına yönəlmiş EU4Digital təşəbbüsünün şəbəkə tədbirində İKT və innovasiyalar sahəsində klasterlərin və klaster tipli biznes şəbəkələrinin təşkili və idarə olunması yolları müzakirə edilib.
Virtual şəbəkə tədbiri Şərqi tərəfdaşlıq ölkələrindən olan klaster ekosistemi təşkilatlarının Avropa Klasterlərin Əməkdaşlıq Platformasında (ECCP) qeydiyyatını asanlaşdırmaq və klasterlərin təşkili və inkişafı ilə bağlı daha ətraflı məlumat vermək məqsədi daşıyıb.
İclas zamanı Aİ-nin aparıcı təşkilatları və ŞT regionundan olan İKT sahəsində çalışan klasterlər tərəfindən klasterlərin inkişafı və beynəlxalq əməkdaşlığa dair dəyərli təklif və praktik təcrübələri, o cümlədən klaster ekosistemlərinin inkişaf perspektivləri təqdim edilib. İştirakçılara daxildir:
- Avropa Komissiyası (DG GROW);
- Avropa Klasterlərin Əməkdaşlıq Platforması (ECCP);
- Cluj İT Klasteri (Rumıniya);
- Karpatyanı ekoenerji klasteri (Ukrayna);
- Ukrayna Sənaye Avtomatlaşdırma Birliyi;
- Xarkov İT Klasteri (Ukrayna).
Tədbirdə informasiya texnologiyaları ilə əlaqəli sektorlarda fəaliyyət göstərən 44 fərqli təşkilatdan 60-a yaxın iştirakçı toplanıb. Buraya biznes və peşə birlikləri, yüksək texnologiyalar və texnoparklar, nazirliklər, dövlət qurumlarının nümayəndələri və Şərq Tərəfdaşlığı ölkələrindən olan digər ekosistem iştirakçıları, habelə Rəqəmsal bazarların uzlaşdırılması (HDM) üzrə Şərqi tərəfdaşlıq ölkələrindən olan əlaqələndiricilər, Aİ Nümayəndəlikləri və İKT İnnovasiya Ekspert Şəbəkəsinin üzvləri daxildir.
Tədbir çərçivəsində klasterlərin inkişafı və əməkdaşlığının bir neçə cəhətinə dair interaktiv sessiyalar keçirilib:
- Beynəlmiləlləşmə kontekstində klaster siyasəti;
- Klasterlərin fəaliyyətlərinin daha böyük kütləyə çatdırılması və Aİ klasterləri ilə əməkdaşlıq – ECCP platforması xidmət paketi və qeydiyyat prosesi;
- Aİ və Şərqi tərəfdaşlıq ölkələrindəki klasterlərin təşkili, inkişafı və beynəlmiləlləşdirilməsinə dair gələcək planlar.
Tədbiri EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol açaraq şəbəkə tədbirinin məqsədlərini təqdim edib, ardından Avropa
Komissiyasında siyasət üzrə baş mütəxəssis (Avropa Komissiyası, DG GROW) Kristof Quçard “Avropa Komissiyası: Beynəlmiləlləşmə kontekstində Aİ-nin klaster siyasətinin əsas prinsipləri” mövzusunda təqdimat ilə çıxış edib. Cənab Quçard klasterlərin siyasət alətlərinin Avropa sənayesinin ehtiyaclarına və imkanlarına uyğunlaşdırılmasına kömək etdiyini və Avropa ekosisteminin dəyər zəncirlərinin daha dayanıqlı olmasında həyati-vacib əhəmiyyət daşıdığını
vurğulayıb. Avropa Komissiyası Avropa Klasterlərin Əməkdaşlıq Platforması, Avropa Klasterlərin Mükəmməlik Proqramı, Aİ “Claster Go International” hərəkatı və tərəfdaşların axtarışı üzrə tədbirlər vasitəsilə klaster şəbəkəsini və beynəlmiləlləşməni dəstəkləyir. Yaxın gələcəkdə icra olunmağa başlayacaq “Eurocluster” proqramının (2021-2027) məqsədi Aİ-nin vahid bazarında dəyər zənciri əlaqələrini inkişaf etdirmək, strateji muxtariyyəti artırmaq və daha yaşıl və rəqəmsal iqtisadiyyata düzgün qaydada keçidi gücləndirməkdir.
ECCP-nin nümayəndəsi və layihənin rəhbəri Jan Maarten de Vet və Profillərin təsdiqlənməsi üzrə rəhbər Lusia Sil “Avropa Klasterlərin Əməkdaşlıq Platforması: Dəyər təklifi və qeydiyyat prosesinə ümumi baxış” mövzusunda məruzə ilə çıxış ediblər. Çıxış edənlər, ECCP-nin fərqli istifadəçilər, yəni Aİ-nin Müəssisələr və kiçik və orta ölçülü müəssisələrin rəqabət qabiliyyəti proqramında (COSME) iştirak edən ölkələr və COSME proqramında iştirak etməyən ölkələr üçün irəli sürdüyü fayda və xidmətlərdən, eləcə də qeydiyyat və təsdiqlənmə kriteriyalarından bəhs ediblər. Onlar təsdiqlənmə kriteriyalarına cavab vermək üçün göstərilən səylərin innovasiya yönümlü milli biznes şəbəkələrinin öz nailiyyətlərini nümayiş etdirməsində, fəaliyyətlərinin qlobal miqyasda daha böyük kütləyə çatdırılmasında və daha güclü tərəfdaşlıq mühitində əlaqələr qurmasında köməkçi rolundan danışıblar. Bu kriteriyalar eyni zamanda Şərq Tərəfdaşlığı ölkələrində milli klasterlərin inkişafı və monitorinqi alətlərinin qurulması üçün innovasiya sahəsində çalışan qanunvericilər üçün istinad bazası ola bilər. Müzakirə nəticəsində iştirakçılar ECCP xidmətlərinin daha fəal istifadəsinin Şərqi tərəfdaşlıq ölkələrindən olan maraqlı tərəflər üçün klasterlərin daha sürətli inkişafına və innovasiyalara səbəb olacaq genişləndirilmiş əməkdaşlıq şəbəkəsi kimi əhəmiyyətli faydalar təmin edəcəyi qənaətinə gəliblər. ŞT-dən olan maraqlı tərəflər klaster rəhbərlərinin bacarıqlarının artırılması üçün ikitərəfli ortaq layihələri nəzərdən keçirmək məqsədilə ECCP-yə müraciət etmələri tövsiyə olunub. Tədbirin ikinci sessiyası Aİ və Şərq Tərəfdaşlığı ölkələrində klasterlərin yaradılması və inkişaf etdirilməsinə dair praktik təcrübələrin öyrənilməsinə həsr edilib. Rumıniyanın Cluj İT Klasterinin icraçı direktoru Andrey Klemen Cluj İT Klasterinin təşkilatlanma, inkişaf və beynəlxalq inteqrasiya sahəsində təcrübəsinə dair təqdimatla çıxış edib.Cluj İT klasteri, Avropa Klasterlərin Əməkdaşlıq Platformasında fəal iştirakı, Avropa Rəqəmsal KOM-lar Birliyində üzvlüyü və digər beynəlxalq tərəfdaşlıqları sayəsində heç bir dövlət dəstəyi olmadan 80-dən çox üzvü olan bir şəbəkəyə çevrilməyi bacarıb. Cluj İT Şəbəkəsi, İT şirkətlərinin kənar mənbələrdən dəyər yaradan iştirakçılara
çevrilməsini dəstəkləyir və ağıllı ixtisaslaşma, struktur transformasiya və texnologiyalara keçid vasitəsilə innovasiyalar ekosistemini gücləndirir.
Ukraynadan olan üç innovasiya klasteri özünütəşkiletmədən və inkişaf prosesindən söz açıb. İlk öncə, Xarkov İT Klasterinin icraçı direktoru Olqa Şapoval dəyişən problemləri həll etmək üçün klasterin idarəetmə və fəaliyyət strukturunun hansı şəkildə inkişaf etdirildiyini izah etdi. İlk olaraq bu klaster biznesin çökməsi ilə bağlı problemləri aradan qaldırmaq üçün bir araya gələn İT şirkətlərinin sahibləri tərəfindən təsis edilib. Daha sonra spesifik təhsil problemlərini həll etmək üçün əlavə maraqlı tərəflər cəlb edilib. Hal-hazırda B2B vəicma
tədbirləri klasterlərin qarşılıqlı əlaqələrini möhkəmləndirilməsində həlledici rol oynayır.
Ukrayna Sənaye Avtomatlaşdırma Birliyinin (AIAU) baş direktoru Aleksandr Yurçak Ukraynada sənaye sahəsində fəaliyyət göstərən yüksək texnologiyalı klasterlərin təcrübəsi, inkişafı, tərəqqisi və problemləri ilə bağlı təqdimatla çıxış edib. AIAU, Dördüncü sənaye inqilabı (Industry 4.0) dövründə effektiv innovasiyalara şərait yaratmaq üçün fərqli alətləri birləşdirmək məqsədilə ağıllı ixtisaslaşma və klasterizasiya strategiyalarını birləşdirən layihələrə rəhbərlik etmişdir. Bu məqsədlə də Industry4Ukraine adlı platforma yaradılıb və sənaye assosiasiyalarını, klasterləri və digər maraqlı tərəfləri bir araya gətirib. Cənab Yurçak bildirib ki, klasterlərə dəstək təşkilatlarının dövlət səviyyəsində institusionalizasiyası, onların regional siyasətə daha yaxşı inteqrasiyası üçün təlim və inkişaf proqramları, ekosistemin inkişafı (məs, akseleratorlar, sınaq stendləri və Centre 4.0) və İT sektoru ilə daha yaxşı sinerjilər kimi yüksək texnologiyalar sahəsində çalışan klasterlərin inkişafındakı əsas problemlərin aradan qaldırılması üçün siyasət sahəsində xüsusi dəstək tələb olunur.
Ukrayna Klasterlər Komitəsinin rəhbəri və Karpatyanı ekoenerji klasterinin icraçı direktoru Lyudmila Şiko yekun təqdimatla çıxış edib. O, Ukraynada klasterlərin inkişafı istiqamətində mərkəzləşdirilmiş qurumun yaradılması zərurəti ilə əlaqədar hazırlanan Klasterlərin inkişafına dair milli proqramı təqdim edib. Klaster Komitəsi ölkədəki klasterlərin davamlı inkişafı üçün siyasətə dair konkret tövsiyələr hazırlayıb. Onlar institusionalizasiya, milli keyfiyyət sisteminin yaradılması, Ukrayna klasterləri arasında şəbəkələrin qurulması və onların beynəlmiləlləşdirilməsi tədbirlərini əhatə edir.
Tədbiri yekunlaşdıran EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol, İT sənayesinin maraqlı tərəfləri arasındakı “aşağıdan yuxarı” prinsipinə uyğun və konkret hədəflərə çatmağa yönəlmiş klasterlərin təşkili və inkişafında ən təsirli vasitə olduğunu qeyd edib. Bununla belə, iqtisadi inkişafın aparıcı qüvvəsi və innovasiya layihələrinə dəstək vasitəsi kimi klasterlərin dəstəklənməsində, eləcə də KOM-ların beynəlmiləlləşməsində və qlobal dəyər zəncirlərinə inteqrasiyasında dövlət dəstəyi mühüm rol oynayır. Tədbirin yekununda ŞT regionundakı klasterləri dəstəkləmək üçün daha təsirli siyasətlər yaratmağın bir yolu olaraq Aİ və Şərqi tərəfdaşlıq ölkələri qanunvericiləri arasında təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
***
İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirləri İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirlərinin məqsədi İKT-nin innovativ inkişafına dair seçilmiş siyasət sahələrində Şərqi tərəfdaşlıq icmalarının təsis edilməsinə şəraitin yaradılmasıdır. Regionda şəbəkələrin qurulması ilə yanaşı, tədbirlərin məqsədi gələcəkdə davamlı ortaq fəaliyyət və layihələrin həyata keçirilməsi üçün Şərqi tərəfdaşlıq ölkələrində olan təşkilatlar ilə Aİ-də olan maraqlı tərəflər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasıdır. Bu səylər Aİ-nin qabaqcıl təcrübələrinin regiondakı maraqlı tərəflər tərəfindən bütövlüklə və daha dərindən anlaşılmasına yönəlmişdir. Beləliklə, silsilə tədbirlər nazirliklərin nümayəndələri və dövlət orqanları səviyyəsində, assosiasiyalar və müvafiq siyasət sahələrini əhatə edənşəbəkələr, İKT infrastrukturunda çalışan təşkilatlar və İKT innovasiyalar ekosistemindəki digər iştirakçılar daxil olmaqla geniş bir auditoriyanı əhatə etməyi qarşısına məqsəd qoyub.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu

17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu
08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu
06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu