

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
İKT və innovasiyalar şəbəkəsi “Əqli mülkiyyətin idarə edilməsi və ekosistem iştirakçılarının potensialının gücləndirilməsi” mövzusunda tədbir keçirib
Tarix: 08/03/21
Martın 2-də altı Şərqi tərəfdaşlıq ölkəsindən 100-dən artıq nümayəndə əqli mülkiyyətin (ƏM) idarə olunması, qorunması və istifadəsi ilə bağlı problemlərin və regionda əqli mülkiyyətə nəzarət ilə bağlı imkanların müzakirəsi məqsədilə EU4Digital təşəbbüsünün şəbəkə tədbirində iştirak edib.
Virtual şəbəkə tədbirində milli patent idarələri, biznesə dəstək təşkilatları, texnologiyaların mübadiləsi idarələri və dəstək təşkilatları, nazirlər səviyyəsində təmsilçilər və innovasiya ekosisteminin inkişafını koordinasiya edən təşkilatlar, eləcə də Rəqəmsal bazarların uzlaşdırılması (HDM) üzrə Şərqi tərəfdaş ölkələrindən olan əlaqələndiricilər, Aİ Nümayəndəliklərinin və EU4Digital təşəbbüsünün İKT və innovasiyalar üzrə ekspert şəbəkəsinin üzvləri daxil olmaqla 50-ə yaxın təşkilatdan 100-dən çox iştirakçı qatılıb.
Tədbirin ən əsas məqsədi, Aİ-nin əsas qurumları tərəfindən əqli mülkiyyət hüquqları sahəsində təqdim olunan mexanizm və imkanlar ilə əlaqədar daha düzgün məlumat vermək, o cümlədən Şərqi tərəfdaşlıq ölkələrində milli patent idarələri, texnologiyaların mübadiləsi idarələri və digər innovasiya ekosistemi iştirakçılarının potensialının artırılması imkanlarını müzakirə etmək və Aİ təşkilatları ilə potensial əməkdaşlıq sahələrini nəzərdən keçirməkdir. Tədbirdə iştirak edən Aİ-nin əsas qurumları bunlardır:
- Avropa Komissiyası (DG GROW);
- Avropa Əqli mülkiyyət hüquqları idarəsi;
- Avropa Əqli mülkiyyət hüquqları üzrə dəstək xidməti.

Avropa Komissiyasında siyasət üzrə mütəxəssis (DG GROW) Vavjineç Perşke “KOB-lar üçün əqli mülkiyyət hüquqları sahəsində dəstək
” mövzusunda çıxış edərək tədbiri açıq elan edib. Cənab Perşke əqli mülkiyyətin dəyərli iqtisadi aktiv olduğunu vurğulayaraq onunla ehtiyatlı davranmağı tövsiyə edərək əqli mülkiyyətin müxtəlif mərhələlərində KOB-lara, ali təhsil müəssisələrinə və ictimai tədqiqat təşkilatlarına dəstək verməyə dair hərtərəfli yanaşmasını təqdim edib. Avropa Komissiyasının dəstəyi aşağıdakı bir çox alətlər vasitəsilə təmin edilmişdir: Biznes üçün yaranan ideyalar, ƏM zəmanəti/KOB fondu, IPA4SME, ƏM ön diaqnostika Aİ/RS və digərləri. Alətlərin tətbiqi, KOB-lara xidmətlərə daha yaxşı çıxış imkanı təmin etmək üçün biznesə dəstək təşkilatları, xüsusi ƏM məsləhətçiləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq şəraitində baş tutub.
Daha sonra Avropa İttifaqı Əqli Mülkiyyət Bürosunun (EUIPO) Beynəlxalq Əməkdaşlıq və Hüquq Məsələləri üzrə komanda lideri Alvaro Qarsiya Alkazar tərəfindən “EUIPO Beynəlxalq Əməkdaşlıq” adlı planı təqdim edib. Bu, Aİ-nin siyasət bazasının, Aİ-yə üzv olmayan ölkələrlə və Aİ tərəfindən maliyyələşdirilən layihələrlə ikitərəfli EUIPO texniki əməkdaşlıq müqavilələrinin imzalanması üçün baza təmin etdiyi beynəlxalq işbirliyinə dair ümumi EUIPO yanaşmasıdır. Sonra cənab Alkazar Aİ və Gürcüstan arasında imzalanan Assosiasiya Sazişinin şərtlərinə uyğun olaraq Gürcüstanda əqli mülkiyyət hüquqlarının qorunması və icrası səviyyəsinə töhfə verməyi nəzərdə tutan Aİ-Gürcüstan Əqli Mülkiyyət Layihəsini (EUGIPP) nümunə olaraq göstərib. O, həmçinin Şərq Tərəfdaşlığı ölkələrində milli ƏM idarələri və istifadəçilər ilə razılaşmalar yolu ilə əldə edilə bilən məlumat bazaları və təsnifat vasitələri daxil olmaqla EUIPO alətlərindən bəhs edib. Gürcüstanda Milli Əqli Mülkiyyət Mərkəzinin (SAKPATENTİ) sədr müavini olan
EUGIPP nümayəndəsi xanım Nino Çikovani də iştirakçılara müraciət edərək layihənin digər tərəfdaş ölkələrdə potensial təcrübəsini bölüşməyə hazır olduğunu bir daha təsdiqləyib.
Sonra bu sessiya, Avropa Əqli mülkiyyət hüquqları üzrə dəstək xidmətinin layihə rəhbəri Kler Friç tərəfindən “Avropa Əqli mülkiyyət hüquqları üzrə dəstək xidməti və təcrübələri” mövzusunda təqdimatla davam edib. Sözügedən dəstək xidmətinin əsas benefisiarları arasında Aİ tərəfindən maliyyələşdirilən tədqiqat layihələri, Aİ-də KOB-lar və transsərhəd biznes fəaliyyəti ilə məşğul olan mikromüəssisələr, eləcə də KOB-lar və tədqiqatçılar üçün innovasiya dəstəyi xidmətləri göstərən qurumlar var. O, həmin xidmətlərin bütün ƏM formalarını əhatə etdiyini və Qaynar xətt və ƏM-in idarə edilməsinin əhəmiyyəti barədə maarifləndirmə kampaniyaları vasitəsilə ƏM sahəsində fərdi dəstək ilə bağlı məlumatların daxil olduğunu bildirib. O həmçinin ŞT-də innovasiyalara dəstək iştirakçılarının potensialını artırmaq məqsədilə ƏM ilə əlaqəli problemlərə dair təlimlər və vebinarların təşkil olunduğunu deyib.
Avropa Əqli mülkiyyət hüquqları üzrə dəstək xidməti tərəfindən hazırlanan dəstək mexanizmlərindən biri, “Enterprise Europe Network” şəbəkəsində fəaliyyət göstərən və 28 ölkəni əhatə edən ƏM səfirləridir. Belarus Texnologiyaların Transferi üzrə Mərkəzinin rəhbəri Aleksandr Uspenskiy və Moldova Milli Tədqiqat və İnkişaf Agentliyində innovativ layihələr direktoratının rəhbəri Vadim Yaçeviçi ƏM Səfirləri olaraq Şərq Tərəfdaşlığı regionundakı KOB-lar arasında biliklərlərin paylaşılmasına çalışırlar. Avropa Əqli mülkiyyət hüquqları üzrə dəstək xidmətinin təcrübəsi, səfirlər kimi fəaliyyət göstərən Şərq Tərəfdaşlığı ölkələrindəki universitetlər, ticarət palataları, regional inkişaf agentlikləri, tədqiqat və texnologiya mərkəzləri tərəfindən ötürülə bilər.
Tədbir, Avropa Əqli mülkiyyət hüquqları üzrə dəstək xidmətində praktik innovasiyalar və əqli mülkiyyət hüquqlarının idarə edilməsi üzrə ekspert Yudjin Suininin rəhbərliyi ilə elmi-tədqiqat müəssisələri, KOM-lar və biznesə dəstək təşkilatlarının nümayəndələri üçün “İKT və innovasiyalar sahəsində əqli mülkiyyət hüquqlarının idarə edilməsi, qorunması və istismarı” mövzusunda xüsusi təlim sessiyası ilə başa çatıb. O, İKT-nin xüsusiyyətlərini, bütün sənaye sahələrində mümkün innovativ formalarını və bir çox mümkün ƏM formalarını, həmçinin istifadə hallarını və iş modellərini vurğulayıb. ƏM-in bütün formalarına iqtisadi aktiv kimi baxıla bilsə də, onun qanuni alətlər vasitəsi ilə qorunmasının istənilən biznes üçün strateji kommersiya xarakterli qərar kimi qəbul edilməli olduğunu vurğulayıb. Suini auditoriyanı əqli mülkiyyət hüquqları ilə İKT-nin qorunmasına dair qərarların verilməsi strategiyası ilə tanış edərək qeyd edib ki, ticarət nişanları və müəllif hüquqları proqram təminatı və xidmətlərdə üstünlük təşkil etsə də, telekommunikasiya və avadanlıqlarda patentləşdirmə daha məqsədəuyğundur.
Tədbiri yekunlaşdıran EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pabol, İKT əsaslı innovasiyalarda dəstək zamanı ƏM aktivlərinin strateji idarəçiliyinin ticari əhəmiyyətinin nəzərə alınmasının və milli innovasiya ekosisteminin potensialını artırmaq üçün həm ƏM ilə bağlı təlimlərin, həm də şəbəkə komponentlərini əhatə etməsinin əhəmiyyətini vurğulayıb. Təcrübə baxımından, milli patent idarələri, universitetlər, innovasiyalara dəstək təşkilatları və dərin hüquqi və texnoloji təcrübəyə malik peşəkar məsləhətçilər arasında yeni əməkdaşlıq əlaqələri sinerjilərin inkişafına kömək edəcək və ŞT ölkələrində elmi əsaslı innovasiyaları stimullaşdıracaq. Beləliklə, əqli mülkiyyətə dair ilk məsləhətləşmələr, biznes inkubatorları, akseleratorlar, klaster təşkilatları və rəqəmsal innovasiya mərkəzləri kimi innovasiyaları dəstəkləyən təşkilatlar vasitəsi ilə startap və KOB-ların istifadəsinə verilməlidir.
***
İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirləri
İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirlərinin məqsədi İKT-nin innovativ inkişafına dair seçilmiş siyasət sahələrində Şərq Tərəfdaşlığı icmalarının təsis edilməsinə şəraitin yaradılmasıdır. Regionda şəbəkələrin qurulması ilə yanaşı, tədbirlərin məqsədi gələcəkdə davamlı ortaq fəaliyyət və layihələrin həyata keçirilməsi üçün Şərqi tərəfdaşlıq ölkələrində olan təşkilatlar ilə Aİ-də olan maraqlı tərəflər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasıdır. Bu səylər Aİ-nin qabaqcıl təcrübələrinin regiondakı maraqlı tərəflər tərəfindən bütövlüklə və daha dərindən anlaşılmasına yönəlmişdir. Beləliklə, silsilə tədbirlər nazirliklərin nümayəndələri və dövlət orqanları səviyyəsində, assosiasiyalar və müvafiq siyasət sahələrini əhatə edən şəbəkələr, İKT infrastrukturunda çalışan təşkilatlar və İKT innovasiyalar ekosistemindəki digər iştirakçılar daxil olmaqla geniş bir auditoriyanı əhatə etməyi qarşısına məqsəd qoyub.
Təqdimatlar:
“KOB-lar üçün əqli mülkiyyət sahəsində dəstək” Endir
“EUIPO Beynəlxalq Əməkdaşlıq” Endir
“Avropa Əqli mülkiyyət hüquqları üzrə dəstək xidməti və təcrübələri” Endir
“İKT və innovasiyalar sahəsində əqli mülkiyyət hüquqlarının idarə edilməsi, qorunması və istismarı” Endir
İKT mövzusunda digər şəbəkə tədbirləri:
İKT və innovasiyalar şəbəkəsinin alternativ maliyyələşmə mövzusunda ikinci şəbəkə tədbiri
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu17/11/2023
Noyabrın 24-də EU4Digital proqramının DESI sürətləndiricisinə dair regional tədbirə qoşulun
Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) ilə bağlı göstəricilə…
Daha çox oxu10/11/2023
EU4Digital proqramının maraqlı tərəflər üçün seminarında milli səviyyədə sürətləndirmə imkanları tədqiq edilib
EU4Digital proqramının fəaliyyətləri Şərq Tərəfdaşlığı (ŞT) regionu ölkələri — Azərbaycan, Ermənistan, Moldova…
Daha çox oxu

27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
17/11/2023
Noyabrın 24-də EU4Digital proqramının DESI sürətləndiricisinə dair regional tədbirə qoşulun
Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) ilə bağlı göstəricilə…
Daha çox oxu
10/11/2023
EU4Digital proqramının maraqlı tərəflər üçün seminarında milli səviyyədə sürətləndirmə imkanları tədqiq edilib
EU4Digital proqramının fəaliyyətləri Şərq Tərəfdaşlığı (ŞT) regionu ölkələri — Azərbaycan, Ermənistan, Moldova…
Daha çox oxu