İKT və innovasiyalar mövzusunda şəbəkə tədbiri: Şərq Tərəfdaşlığı regionundakı startap və KOM-lar üçün əqli mülkiyyət hüquqları ilə bağlı xidmətlərin göstərilməsi üçün innovasiya ekosistemi iştirakçılarının potensialının gücləndirilməsi

  • Tarix: 02/03/21 – 02/03/21
  • Paylaş:

Martın 2-də EU4Digital Proqramı İKT və innovasiyalar şəbəkəsinin iclasını keçirir. Tədbirdə İKT və innovasiyalar sahəsində əqli mülkiyyət hüquqları (ƏMH) məsələləri müzakirə ediləcək və milli patent idarələri, biznesə dəstək təşkilatları, texnologiyaların mübadiləsi və dəstək təşkilatları, o cümlədən universitetlər və elmi-tədqiqat müəssisələri, innovasiya ekosisteminin inkişafını koordinasiya edən nazirlik səviyyəsində nümayəndələr və qurumların maraqları ön plana çəkiləcək.

Tədbirin ən əsas məqsədi, Aİ-nin əsas qurumları tərəfindən əqli mülkiyyət hüquqları sahəsində təqdim olunan mexanizm və imkanlar ilə əlaqədar daha düzgün məlumat vermək, o cümlədən Şərqi tərəfdaşlıq ölkələrində milli patent idarələri, texnologiyaların mübadiləsi idarələri və digər innovasiya ekosistemi iştirakçılarının potensialının artırılması imkanlarını müzakirə etmək və Aİ təşkilatları ilə potensial əməkdaşlıq sahələrini nəzərdən keçirməkdir.

Avropa Komissiyasının (DG GROW) nümayəndəsi əqli mülkiyyət hüquqları sahəsində siyasətlərin gələcəyinə dair əsas nitqi ilə tədbiri açıq elan edəcək. Sonra isə Avropa əqli mülkiyyət hüquqları idarəsi tərəfindən ŞT regionunda KOM-lar və əqli mülkiyyət sahəsində çalışan mütəxəssislər üçün təklif olunan qabaqcıl alət və xidmətlər təqdim olunacaq. Daha sonra Avropa əqli mülkiyyət hüquqları üzrə dəstək xidməti dəyərli təkliflərini təqdim edərək Belarus və Moldova kimi tərəfdaş ölkələrdə Avropa əqli mülkiyyət hüquqları dəstək xidməti səfirlərinin təcrübələrini bölüşəcək. Tədbir iştirakçıları həmçinin elmi-tədqiqat müəssisələri, KOM-lar və biznesə dəstək təşkilatlarının nümayəndələri üçün İKT və innovasiyalar sahəsində əqli mülkiyyət hüquqlarının idarə edilməsi, qorunması və istismarı mövzusunda keçiriləcək xüsusi vebinara dəvət ediləcəklər.

Aİ və ŞT ölkələrindən aşağıdakı məruzəçilərin təqdimatları və sual-cavab sessiyalarından təşkil olunacaq iclasa EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pabol rəhbərlik edəcə:

  • Avropa Komissiyasında siyasət üzrə mütəxəssis (DG GROW) Vavjineç Perşke;
  • Layihə rəhbəri (Eurice GmbH) və Avropa əqli mülkiyyət hüquqları üzrə dəstək xidmətində layihə rəhbəri Kler Friç;
  • Avropa əqli mülkiyyət hüquqları üzrə dəstək xidmətində praktik innovasiyalar və əqli mülkiyyət hüquqlarının idarə eilməsi üzrə ekspert Yudjin Suini;
  • Belarus Texnologiyaların Transferi üzrə Mərkəzinin (RCTT) rəhbəri, Belarus Respublikası üzrə Əqli mülkiyyət hüquqları sahəsində səfir Aleksandr Uspenskiy;
  • Moldova Milli Tədqiqat və İnkişaf Agentliyində innovativ layihələr direktoratının rəhbəri, Moldova üzrə Əqli mülkiyyət hüquqları sahəsində səfir Vadim Yaçeviçi.

Tədbirin ətraflı proqramına buradanbaxa bilərsiniz.

Tədbirdə iştirak etmək istəyirsinizsə və ya hər hansı bir sualınız varsa,  İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobola müraciət edin (anna.pobol@gmail.com).

Hədəf auditoriya üçün qeydiyyat martın 1-nə qədər burada aparılacaq.