

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
İKT-nin innovativ inkişafı mövzusunda ikinci şəbəkə tədbiri: Şərqi tərəfdaşlıq ölkələrindəki alternativ maliyyə təminatçıları və Aİ şəbəkələri arasında əməkdaşlıq üçün yeni imkanlar
Tarix: 15/10/20
EU4Digital təşəbbüsünün oktyabrın 8-də keçirdiyi şəbəkə tədbirində Şərqi tərəfdaşlıq ölkələrindən olan alternativ maliyyə təminatçılarının Avropa şəbəkələrinə və platformalarına inteqrasiya yolları və regionda rəqəmsal texnologiyalar sahəsində çalışan KOM-ların maliyyəyə çıxışı imkanlarının artırılması üçün onların potensialının gücləndirilməsi məsələsi müzakirə edilib.
EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin iclası çərçivəsində təşkil olunan sözügedən virtual tədbirin məqsədi, Şərqi tərəfdaşlıq ölkələrindən olan alternativ maliyyə sektoru təşkilatlarının regionda olan biznes şəbəkələri və assosiasiyaları ilə Avropalı həmkarları arasında tərəfdaşlıqlara dəstək verməkdir. İclas zamanı Aİ-də fəaliyyət göstərən mühüm biznesə dəstək, biznes mələkləri və kraudfandinq şəbəkələrinin nümayəndələri ŞT regionunda mümkün əməkdaşlıq ilə bağlı dəyərli təklif, plan və mülahizələrini paylaşıblar:
- Avropa Biznes və İnnovasiya Mərkəzi Şəbəkəsi (EBN)
- Avropa Biznes Mələkləri Şəbəkəsi (EBAN)
- Biznes Mələkləri Avropa (BAE)
- Avropa Kraudfandinq Şəbəkəsi (ECN)
Tədbirə ŞT ölkələrində alternativ maliyyə sektorunu təmsil edən 55-ə yaxın müxtəlif təşkilatdan 80 nəfər iştirakçı qatılıb. Biznes mələkləri, müəssisə kapitalı assosiasiyaları, kraudfandinq platformaları, nazirliklər, dövlət qurumları və Şərqi tərəfdaşlıq ölkələrində ekosistemin digər iştirakçıları, eyni zamanda Rəqəmsal bazarların uzlaşdırılması (HDM) üzrə əlaqələndiricilər, Aİ Nümayəndəliklərinin nümayəndələri və İKT-innovasiyalar ekspert şəbəkəsinin üzvləri də görüşdə iştirak edib.
Maliyyəyə çıxış ilə əlaqədar bəzi cəhətlərə yönəlmiş tədbir müxtəlif interaktiv iclaslardan ibarət olub.
- İnnovasiya və biznesə dəstək ekosistemləri şəbəkələrinin yaradılması
- Biznes mələkləri və müəssisə kapitalı assosiasiyaları arasında şəbəkələrin yaradılması
- Kraudfandinq ekosistemləri arasında şəbəkələrin yaradılması
Tədbiri EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri və tədbirin moderatoru Anna Pobol giriş spzü ilə açıb və şəbəkə tədbirinin məqsədlərini təqdim edib, ardından isə Avropa İnnovasiya Şurasında İKT üzrə strateji məsləhətçi Çus Lozano “ŞT regionunda biznes mələkləri” mövzusunda məruzə ilə çıxış edib. Lozano, erkən mərhələdə investorların perspektivli startapları seçmələrinə, onların uğur dərəcələrinin artırılmasında və risklərin azaldılmasında kömək etmək üçün İKT-innovasiyalar ekosistemində digər yerli və beynəlxalq maraqlı tərəflərlə şəbəkələrin qurulması və ekosistemlə əlaqələndirilməsinin vacib əhəmiyyətini vurğulayıb. Cənab Lozano qeyd edib ki, fərdi şəkildə yatırılan investisiyalardan fərqli olaraq biznes mələkləri (BA) şəbəkələrinin üstünlüklərinə resursların bölüşdürülməsi, fondların birləşdirilməsi, uyğunlaşma, tərəfdaşlıq və bazarda daha böyük təsir gücü və ya bazara
asanlıqla daxil olmaq daxildir.
“İnnovasiyalar və biznesə dəstək ekosistemləri arasında şəbəkələrin qurulması” mövzusunda olan iclasa EBN-in nümayəndələri David Uhlir və Luka Maini rəhbərlik edib. Onların “Avropa biznes innovasiya liderləri icması və ŞT regionunda potensial əməkdaşlıq üzrə baxışlar” mövzusunda keçirdikləri təqdimatlarda EBN-in əsas təşəbbüsləri – Aİ Biznes İnnovasiya Mərkəzlərinin (Aİ|BIC) sertifikatlaşdırılması, keyfiyyətli biznesə dəstək proqramlarının hazırlanması və paylaşdırılması, təşəbbüs və layihələrdə əməkdaşlıqlara təkan, qlobal şəbəkələrin qurulması və biznesə dəstək məsələləri diqqət mərkəzində olmuşdur. İnnovasiyalar sahəsində çalışan KOM-lar vasitəsilə innovasiyalardan regional inkişafa təkan kimi istifadə etmək missiyasını dəstəkləyən Aİ|BIC Keyfiyyət Markası vasitəsilə EBN-nin keyfiyyət sertifikatlı təşkilatlarının müqayisəli təhlili üzvlərə innovasiyalara yüksək keyfiyyətli dəstək standartlarını qorumaq imkanı verir. Ukrayna KOM-ların inkişafı dövlət agentliyinin (SMEDO) məsləhətçisi İnna Petrenko, “Ukraynada EBN üzrə biznes və innovasiya mərkəzlərinin yaradılması” praktik nümunəsini bölüşərək bu fürsətlərdən və problemlərdən, habelə Ukraynada belə bir təşkilatın yaradılmasında əldə olunan irəliləyişlərdən danışıb. Ukrayna təcrübəsi göstərir ki, dayanıqlı olmaq üçün BIC-lər bazar yönümlü yanaşmaya uyğun olaraq yüksək keyfiyyətli xidmətlər göstərməli, yüksək keyfiyyətli xidmətin təmin edilməsində vacib əhəmiyyət daşıyan zəruri potensiala malik olmalı və ölkə daxilində bir neçə biznesə dəstək təşkilatlarının köməyindən istifadə edərək fəaliyyətlərini genişləndirməlidirlər. Hazırda Ukrayna 2020-2022-ci illəri əhatə edən İqtisadiyyatın Bərpası üzrə Prioritet Tədbirlər Dövlət Planı çərçivəsində 24 Aİ|BIC mərkəzindən ibarət geniş milli şəbəkə yaratmaq imkanlarını nəzərdən keçirir.
Müzakirə, Biznes mələkləri və müəssisə kapitalı assosiasiyaları arasında şəbəkələrin yaradılmasına dair iclas ilə davam edib. Əsas suallar biznes mələklərinin və biznes mələkləri şəbəkəsinin menecerlərinin potensialının artırılmasına və Aİ təşkilatlarının icmaları ilə əlaqələrin qurulması haqqında olub. “Avropada biznes mələyi mühiti anlayışı və onunla əlaqənin yaradılması” haqqında biliklərini bölüşən EBAN Katibliyinin direktoru Jakop Losso iştirakçıların suallarına cavab verib. Cənab Losso, EBAN-ı 50-dən çox ölkədən 150-dən çox üzv təşkilatı bir araya gətirən və hər il təxminən 11.4 milyard avro sərmayə yatırılan bir sektoru təmsil edən ilkin mərhələ investor cəmiyyətinin ümumavropa təmsilçisi kimi təqdim edib. İştirakçılar ölkələrində BA ekosistemlərinin inkişafına mümkün dövlət dəstəyi ilə bağlı suallar ünvanlayıblar. Sonrakı müzakirələrdə hökumətlərin yerli mələk icmalarını dəstəkləməsinin mümkün yolları kimi vergi güzəştləri və ortaq investisiya layihələrindən bəhs edilib. Bununla belə, cənab Losso, BA-ları dəstəkləyən milli proqramların yaradılması və dəstək alətlərinin seçilməsinin, müxtəlif ölkələrdə fərqli vasitələrin istifadəsinin təsirlərini müqayisə etmək təcrübəsi olan yerli BA icması və beynəlxalq cəmiyyətlə sıx əməkdaşlıq şəraitində həyata keçirilməsini tövsiyə edib.“Avropanın qabaqcıl mələk şəbəkələri ilə iş” ilə əlaqədar imkan və təcrübələri BAE-nin Əməliyyatlar üzrə rəhbəri Jan Debets təqdim edib. Təşkilatın əsas fəaliyyəti ixtisaslaşmış tədbirlər, tədqiqatlar, məlumatların toplanması və icma üzvləri ilə mübadilə yolu ilə intensiv qarşılıqlı fəaliyyətdir.
Cənab Debets, ŞT ölkələrində qadın sahibkarlığının potensial təşviqinin müzakirəsinə töhfə verən “Avropada sahibkarlığın tədqiq edilməsi üçün qadın mələklər” adlı araşdırmanı da təqdim edib. Bundan əlavə, investorlara və ekosistem iştirakçılarına çıxışın təmin edilməsi üzrə EuroQuity platforması Aİ-də fəaliyyət göstərən şəbəkə ilə əlaqələrin qurulması üçün faydalı bir vasitə kimi diqqətə çatdırılmışdır.
Yekun iclas, ECN-nin icraçı direktoru Oliver Qajda tərəfindən təqdim olunan “ŞT regionunda mümkün əməkdaşlığa dair dəyərli təklif və baxışlar” adlı təqdimat və “Kraudfandinq ekosistemləri arasında şəbəkələrin qurulması” mövzusuna həsr edilib. Şəbəkənin məqsədi, peşəkar standartların inkişafına kömək etmək, sözügedən sənayelərdə tədqiqatların həyata keçirilməsini təmin etmək və üzvlər ilə bu sənayenin əsas iştirakçıları arasında peşəkar şəbəkələrin qurulmasına dair imkanlar yaratmaqdır. Müzakirə zamanı iştirakçılar bildiriblər ki, kreditə və səhmlərə əsaslanan kraudfandinq formaları ŞT ölkələri üçün xüsusi maraq kəsb edib. Cənab Gajda Avropa İttifaqının qabaqcıl təcrübələrinə uyğun olaraq kraudfandinq üzrə tənzimləyici bazanın hazırlanmasında Şərqi tərəfdaşlıq ölkələrinə dəstək imkanlarından söz açıb.
“Gürcüstanda kraudfandinq üzrə normativ-hüquqi aktların hazırlanmasında problemlər və proseslər” adlı təqdimatla çıxış edən Gürcüstan Milli Bankının Maliyyə və Nəzarət Texnologiyalarının İnkişafı Departamentinin rəhbəri Otar Qorqodze kraudfandinq ilə bağlı gələcək imkanlar barədə söz açıb.Bankın bu yaxınlarda nəzarət sahəsində texnoloji cəhətdən neytral yanaşma tətbiq etdiyini söylədi. 2019-cu ilin dekabr ayından etibarən Gürcüstanda maliyyə ekosisteminin inkişafına kömək etmək üçün Maliyyə İnnovasiya Təşkilatı, RegLab, AI&ML (süni zəka və kompüter təhsili) risklərin idarə edilməsi üzrə baza modeli, Rəqəmsal bank lisenziyalaşdırma bazası və Açıq API Standartı daxil olmaqla, yeni strukturlar yaradılıb. Növbəti müzakirə zamanı bu alətlərin xüsusiyyətləri və digər ŞT ölkələrindən maliyyə bazarlarının tənzimlənməsindəki təcrübələrini bölüşmək istəkləri nəzərdən keçirilib.
Şəbəkə tədbiri Şərqi tərəfdaşlıq ölkələrinin Aİ şəbəkələri və platformaları ilə gələcək əməkdaşlığının zəruriliyi barədə yekun nəticə ilə başa çatıb. Potensialın artırılmasına dair proqramların yaradılması və Aİ təşkilatlarına mümkün üzvlük daxil olmaqla, təşkilatlar arasında praktik əlaqələr barədə müzakirələrin davam etdirilməsi üçün hər bir Aİ təşkilatı və Şərqi tərəfdaşlıq ölkələrindən olan maraqlı tərəflər arasında növbəti görüşlər planlaşdırılır.
İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirləri İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirlərinin məqsədi İKT-nin innovativ inkişafına dair seçilmiş siyasət sahələrində ŞT icmalarının təsis edilməsinə şəraitin yaradılmasıdır. Regionda şəbəkələrin qurulması ilə yanaşı, tədbirlərin məqsədi gələcəkdə davamlı ortaq fəaliyyət və layihələrin həyata keçirilməsi üçün Şərqi tərəfdaşlıq ölkələrində olan təşkilatlar ilə Aİ-də olan maraqlı tərəflər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasıdır. Bu səylər Aİ-nin qabaqcıl təcrübələrinin regiondakı maraqlı tərəflər tərəfindən bütövlüklə və daha dərindən anlaşılmasına yönəlmişdir. Beləliklə, silsilə tədbirlər nazirliklərin nümayəndələri və dövlət orqanları səviyyəsində, assosiasiyalar və müvafiq siyasət sahələrini əhatə edən şəbəkələr, İKT infrastrukturunda çalışan təşkilatlar və İKT innovasiyalar ekosistemindəki digər iştirakçılar daxil olmaqla geniş bir auditoriyanı əhatə etməyi qarşısına məqsəd qoyub.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu

28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu