Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupunun ŞT-dən olan maraqlı tərəflər ilə iclası keçiriləcək

  • Tarix: 21/04/21 – 21/04/21
  • Paylaş:

Aprelin 21-də Şərq Tərəfdaşlığı (ŞT) regionundan olan maraqlı tərəflərlə keçiriləcək onlayn iclasın məqsədi, Şərqi tərəfdaşlıq ölkələrində müstəqil milli tənzimləyici orqanların (MTO-lar) yaradılması və genişzolaqlı infrastruktur kimi rəqəmsal mühitlərin uyğunlaşdırılması məqsədilə görülən işlərin gedişatı və nəticələrini təqdim etməkdir.

İclasda dayanıqlı və zamanla aktuallığını itirməyəcək infrastrukturun inkişafını təmin etmək, Şərq Tərəfdaşlığı ölkələrinin yerli bazarlarında sərmayələri təşviq etmək və rəqabəti stimullaşdırmaq üçün milli tənzimləyici orqanların institusional müstəqilliyi, səlahiyyətləri və xüsusi vəzifələri, həmçinin genişzolaqlı rabitənin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi mexanizmləri kimi mövzular müzakirə olunacaq.

İştirakçılara Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) ilə sıx əməkdaşlıq çərçivəsində EU4Digital Proqramı tərəfindən görülən işlərin nəticəsi və yuxarıda göstərilən hədəflərlə əlaqəli növbəti addımlar təqdim ediləcək.

Tədbir, Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis Qrupu (IRB EWG) tərəfindən təşkil olunur və Avropa Komissiyası tərəfindən dəstəklənir.

Qeydiyyat üçün keçid