Elektron səhiyyədə innovativ təcrübələr – EU4Digital proqramı Şərqi tərəfdaş ölkələrində qabaqcıl təcrübə və prioritetləri nəzərdən keçirir

  • Tarix: 26/05/20
  • Paylaş:

Şərqi tərəfdaş ölkələrinin Aİ-nin münasib layihə, proqram və təşəbbüslərində iştirakını təşviq etmək məqsədilə göstərdiyi səyləri çərçivəsində EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin işçi heyəti Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı  (AHA üzrə EIP) proqramının bazasında mövcud olan qabaqcıl təcrübələri təhlil edib və Şərqi tərəfdaş ölkələrindəki maraqlı tərəflər arasında xüsusi sahələrə marağı qiymətləndirib.

İnnovativ təcrübələri dəstəkləməklə yanaşı, AHA üzrə EIP, təşkilatlar, sənaye, investisiya icması, səhiyyə və sosial təminatçılar, alimlər, eləcə də milli və regional dövlət orqanları daxil olmaqla, aktiv və sağlam yaşlanma problemlərini həll etmək üçün müxtəlif maraqlı tərəfləri özündə cəmləşdirən bir platforma rolunu oynayır.

AHA üzrə EIP proqramı, özünün alətləri vasitəsilə məlumatların və qabaqcıl təcrübələrin yayılmasına öz töhfəsini verən və Səhiyyə və yaşlı cəmiyyətə qayğının rəqəmsal transformasıyası planının müəllifi olan Funka tərəfindən əlaqələndirilir və idarə edilir.

Şərqi tərəfdaş ölkələrinin bu proqramda sonrakı iştirakının həm tərəfdaş ölkələr, həm də Aİ və digər şəbəkə üzvləri üçün qarşılıqlı faydalı olacağı gözlənilir, çünki tanınmış qabaqcıl təcrübələrin mübadiləsi bütün regionlarda sübut edilmiş, innovativ texnoloji həllərin qəbul edilməsinə imkan yaradır. Bununla da vətəndaşlar və xəstələr üçün səhiyyə sahəsinə dair texnoloji həllər, həkimlərlə məsafədən məsləhətləşmələr və səhiyyə məlumatlarının təhlili əsasında səhiyyə ilə əlaqədar məlumatların təhlilinə imkan verən texnoloji həllər vasitəsilə daha sürətli şəkildə inteqrasiya edilə bilər.

Bu təhlillər əsnasında EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsi 70-dən artıq təcrübəni nəzərdən keçirərək yuxarıda adı çəkilən planın 2018-ci il üzrə prioritetlərinə uyğun olan dörd prioritet sahəyə ayırmışdır. Sözügedən dörd prioritet sahə – məlumatların təhlili, profilaktika, inteqrasiya olunmuş səhiyyə üzrə rəqəmsal həllər və inteqrasiya olunmuş tibbi xidmət üzrə rəqəmsal dəstək məsələlərini əhatə edir.

  • Məlumatların təhlili, əhalinin sağlamlığının idarə edilməsi və risklərin proqnozlaşdırılması, səhiyyəyə dair məlumatların keyfiyyətinin və etibarlılığının yaxşılaşdırılması və xəstələrin məlumatlarını bölüşməyə razılıq verməsi üçün onların razılığına dair məlumatların idarə edilməsidir.
  • Profilaktika xəstələrə yönəlmiş qulluq və qabaqcıl təcrübələr, o cümlədən metodlar və vətəndaş və qeyri-kommersiya təşkilatlarının səhiyyə və rəqəmsal savadlılıq sahəsindəki boşluqların azaldılması işində iştirakının təşviqi ilə əlaqədardır.

İnteqrasiya olunmuş səhiyyə üzrə rəqəmsal həllərə aid ən yaxşı nümunə kimi xəstələrin həkimin məsləhətlərinə məsafədən riayət etməsinə imkan verən teletibb seçimlərini misal gətirmək olar.

  • İnteqrasiya olunmuş tibbi xidmət üzrə rəqəmsal dəstək həm xəstələrin müvafiq vasitələrə, həm mütəxəssis vasitələrinə və mübadilə etdikləri məlumatlara çıxış imkanınıdır.

Tapşırığın sonrakı mərhələsində AHA üzrə EİP proqramı çərçivəsində güclü regional, tematik şəbəkə saytlarının yaradılmasına şərait yaratmaq məqsədilə Şərq Tərəfdaşlığı regionu üzrə uyğun prioritetlər müəyyənləşdirilmişdir.

Müəyyənləşdirilmiş prioritet sırası daha sonra qabaqcıl təcrübələrin siyahısına tətbiq olunub və Şərqi tərəfdaş ölkələr üçün ilk tövsiyələr toplusu hazırlanıb. AHA üzrə EIP proqramının fəaliyyətlərindən biri Tvinninq proqramının icrasıdır. Tvinninq proqramı sayəsində hər hansı bir İstinad saytında olan qabaqcıl təcrübələr digərinə uyğunlaşdırılır. Bu səbəbdən Şərqi tərəfdaş ölkələri üçün innovasiya və inkişaf sahəsindəki maraqlarına və hədəflərinə uyğun seçilmiş qabaqcıl təcrübələrə dair tövsiyələrin verilməsi, ölkələrin proqramda iştirakını asanlaşdırmaq məqsədi daşıyır.

Şərq Tərəfdaşlığı regionu üçün ən zəruri qabaqcıl innovativ təcrübələrin müəyyənləşdirilməsi, elektron səhiyyə sahəsində  texnoloji həllər haqqında bilik mübadiləsini asanlaşdıracaq. Bu isə yaşlı insanların sağlam həyatının uzadılmasına və bunun üçün müasir texnologiyalardan istifadə edilməsinə imkan yaradacaq.

Daha çox öyrən

Səhiyyə və yaşlı cəmiyyətə qayğının rəqəmsal transformasıyası planı: https://ec.europa.eu/eip/ageing/blueprint_en

Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı: https://ec.europa.eu/eip/ageing/home_en

AHA üzrə EIP bazası: https://ec.europa.eu/eip/ageing/repository_en Funka: https://www.funka.com/en/