İnformasiya texnologiyalarında peşəkarlığa dair konfrans keçiriləcək

  • Tarix: 20/04/21 – 22/04/21
  • Paylaş:

İnformasiya texnologiyaları sahəsindəki cari və qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə IT Professionalism Europe”Elektron bacarıqlar üzrə Malta Fondu və İrlandiya Rəqəmsal Bacarıqlar və Məşğulluq Koalisiyası tərəfindən 2021-ci il üzrə “İnformasiya texnologiyalarında peşəkarlığa dair konfrans” təşkil edilir. 20-22 aprel tarixlərində keçiriləcək tədbir yarım günlük onlayn sessiyalardan ibarət olacaq.

Avropa Komissiyası önümüzdəki illəri Avropanın “Rəqəmsal onilliyi” elan edib. Bu, regiondakı İT mütəxəssislər bazasının artırılması ilə yanaşı, yeni texnologiyaların tətbiqində əhəmiyyətli dərəcədə sürətlənmə deməkdir. Aİ-nin hədəflərindən biri də 2030-cu ilə qədər 20 milyon İT mütəxəssisinin yetişdirilməsidir.

Avropa və digər qitələrdən maraqlı tərəfləri bir araya gətirən konfransda siyasi təşəbbüslər, texnologiyaların inkişafı və İT sahəsində gənc mütəxəssislərin gələcək imkanları daxil olmaqla Aİ-nin yeni hədəflərinə çatması üçün lazımi addımlar müəyyənləşdiriləcək. Konfransda aşağıdakı mövzular əhatə olunacaq:

20 aprel – “Avropada və onun xaricində peşəkarlığın sınağa çəkilməsi” 

21 aprel – “İT-də peşəkarlıq” 

22 aprel – “İT-də peşəkar olmaq” 

Konfrans haqqında ətraflı məlumat və qeydiyyat