İTU və EaPeReg İKT-nin dayanıqlı inkişafa təsirini gücləndirmək məqsədilə səylərini birləşdirir
Tarix: 20/05/20
Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) və Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) iki təşkilat arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək səviyyəli əməkdaşlığın qurulması üzrə anlaşma memorandumu imzalayıb.
İTU, Birləşmiş Millətlər Təşkilatının informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış qurumudur. EaPeReg Şərqi tərəfdaş ölkələrinin (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) Elektron Rabitə Şəbəkələri və Xidmətlər üzrə Milli Tənzimləyici Orqanın müstəqil platformasıdır.
İTU və EaPeReg telekommunikasiyaların/İKT-nin inkişafı üzrə mühitin yaradılması, İKT infrastrukturu və xidmətlərində investisiyaların və innovasiyaların təşviqi kimi ümumi məqsədlərə xidmət edirlər.
Memorandumun məqsədi İKT sahəsində yüksək səviyyəli, qeyri-müstəsna qarşılıqlı əməkdaşlığın qurulması, o cümlədən aşağıdakı vasitələr daxil olmaqla, bu əməkdaşlığın inkişafı üzrə şəraitin yaradılmasıdır:
hesabatların, təlimatların, qabaqcıl tənzimləyici təcrübələrin və müvafiq mövzulara dair araşdırmaların mübadiləsi;
Tənzimləyicilər üçün qlobal simpozium (GSR), Regional tənzimləyici forum, regional iqtisadi dialoqlar, İTU tədqiqat qrupları və hədəf qrupları, tematik seminarlar və ekspert işçi qruplarının iclasları daxil olmaqla, müvafiq iclaslarda iştirak;
tematik görüşlər, bacarıqların artırılmasına dair seminar, eləcə də bilik mübadiləsi və təcrübə mübadilələri kimi birgə tədbirlərin həyata keçirilməsi.
Rəqəmsal transformasiya və dayanıqlı inkişaf məqsədləri
Sazişdə həmçinin telekommunikasiya/İKT-nin davamlı inkişafına şərait yaradan əlverişli siyasət və tənzimləyici mühitin yaradılması məqsədilə İTU-nun Avropa və MDB üzrə regional təşəbbüslərinin icrasının gücləndirilməsi nəzərdə tutulub.
Təcrübə mübadiləsi və beynəlxalq təcrübəyə əsaslanaraq ölkələrin bacarıqlarının artırılması, BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmağı sürətləndirmək üçün lazımi rəqəmsal transformasiyaya təkan verməyə kömək edə bilər.
Birgə və sektorlararası tənzimləmə, rəqəmsal transformasiyadan ən qısa zamanda istifadə etməyə imkan verir və əhəmiyyətli bağlantı və inklüziv rəqəmsal bazarlar təmin edir.
Avropa İttifaqının EU4Digital təşəbbüsü ilə EaPeReg arasındakı əməkdaşlıq çərçivəsində 2020-ci ilə qədər Şərqi tərəfdaş ölkələri arasında vahid rouminq məkanının tətbiqi, Milli tənzimləyici orqanların müstəqilliyinin artırılması və tezlik bölgüsü üzrə əlaqələndirilmiş strategiyaların hazırlanması istiqamətində səylərə dəstək vermək nəzərdə tutulub.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.