2019-cu ilin fevral ayının 28-də Buxarestdə keçirilən Rəqəmsal İqtisadiyyata dair Nazirlərin Üçüncü Şərq Tərəfdaşlığı Görüşünün bəyannaməsi. Avropa İttifaqı, nazirlər, Aİ-yə üzv dövlətlərin nümayəndələri və Şərq Tərəfdaşlığını formalaşdıran altı ölkənin nazirləri altı şərqi tərəfdaş arasında 2020-ci ilin sonuna qədər regional rouminq razılaşmasının əldə edilməsi üçün yol xəritəsinin hazırlanmasına yönəlmiş bəyannamə qəbul ediblər.
2017-ci ilin oktyabr ayının 5-də Tallində keçirilən Rəqəmsal İqtisadiyyata dair Nazirlərin İkinci Şərq Tərəfdaşlığı Görüşünün bəyannaməsi. Bəyannaməyə bütün tərəflərin altı sahə – elektron rabitə və infrastruktur, etimad və təhlükəsizlik, elektron ticarət, rəqəmsal bacarıqlar, İKT-nin innovativ inkişafı, startap ekosistemi və elektron səhiyyədə əməkdaşlığı dərinləşdirmək ilə bağlı öhdəliyi daxildir.