Rəqabət qabiliyyətli genişzolaqlı internet xidmətlərinə çıxış imkanının təşviqində Aİ-nin qabaqcıl təcrübəsinə dair hesabat” EU4Digital proqramının ekspertləri tərəfindən Telekommunikasiya qaydaları tematik sahəsi çərçivəsində hazırlanıb. Bu hesabat Avropa İttifaqının genişzolaqlı bağlantının inkişafına yönəlmiş yol xəritəsini əks etdirən dörd əsas hissədən ibarətdir: Aİ-nin əsas siyasət sənədlərinin nəzərdən keçirilməsi – Rəqəmsal onillik və Rəqəmsal kompas proqramı; Aİ-nin genişzolaqlı bağlantının …
EU4Digital proqramının ekspertləri bu hesabatı Aİ-nin qabaqcıl təcrübələrinə və Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinin icrasına əsasən Telekommunikasiya qaydaları tematik sahəsinin fəaliyyətləri çərçivəsində hazırlayıblar. Hesabatda iki mühüm sahə ilə bağlı Aİ-nin qabaqcıl təcrübələri müəyyən edilmişdir: 5G şəbəkəsinin risklərinin azaldılması üçün strateji və texniki tədbirlər; Yüksək riskli satıcıların müəyyən edilməsində Aİ-nin yanaşması. Hesabatın əsas …
Hesabatda Avropa İttifaqında elektron kommersiya sahəsinin cari vəziyyəti və Aİ-nin qabaqcıl təcrübə və normaları haqqında ümumi məlumat verilib. Aİ-nin bu sahədə əsas parametrləri Şərq Tərəfdaşlığı ölkələrində transsərhəd elektron kommersiyanın vəziyyətini qiymətləndirmək məqsədilə etalon rolunu oynayır. 99 səhifəlik hesabatda üç əsas sahə – qanunvericilik bazası, standartlar və elektron kommersiya ekosistemi təhlil olunur. EU4Digital proqramının Elektron ticarət …
Bu hesabatda EU4Digital proqramının II mərhələsinin ilk hesabat dövrü (iyun 2022 – dekabr 2022) ərzində həyata keçirilən fəaliyyətlər əks olunub. Hesabatda sözügedən dövr ərzində altı tematik istiqamət çərçivəsində əldə olunan nəticələr və növbəti hesabat dövrlərində icra olunacaq fəaliyyətlərin məqsədləri təqdim olunub. Sənəddə siyasətlərlə bağlı əsas məqamlar da qeyd olunub.
Elektron kommunikasiyalara dair qanun layihəsi EU4Digital proqramı tərəfindən Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) ilə birlikdə hazırlanıb və Şərq Tərəfdaşlığı ölkələrində Milli tənzimləyici orqanların (NRA) müstəqilliyinin gücləndirilməsinə töhfə verir. Sözügedən qanun Şərq Tərəfdaşlığı ölkələrində milli tənzimləyici orqanların müstəqilliyinə dair analitik hesabatda qeyd olunan qanunvericilikdəki boşluqların və müvafiq tövsiyələrin davamı olaraq hazırlanıb. Boşluqların qiymətləndirilməsi Şərqi …
Bu hesabatda EU4Digital proqramının 2021-ci ilin yanvar ayından iyun ayına qədər olan beşinci hesabat dövrü üzrə fəaliyyətlər əks olunub. Aİ tərəfindən maliyyələşdirilən “EU4Digital: Şərq Tərəfdaşlığında rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək” layihəsi tərəfindən hazırlanmış bu hesabatda yuxarıda göstərilən hesabat dövrü ərzində altı tematik istiqamətdə əldə olunmuş nəticələr haqqında ümumi məlumat verilir. Bundan əlavə, sənəddə planlaşdırılmış fəaliyyətlər …
EU4Digital proqramının ictimaiyyət üçün 5-ci yarımillik hesabatı Read More »
EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi “ŞT ölkələrinin Aİ-nin layihə, proqram və təşəbbüslərinə, xüsusilə Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramına cəlb olunması” adlı hesabat hazırlayıb. Hesabatda ŞT ölkələrində müəyyən edilmiş qabaqcıl təcrübələr, eləcə də konkret potensial istinad əraziləri və ŞT ölkələrinin maraq və prioritetlərinə uyğun olaraq tövsiyə olunan Tvinninq layihələri …
EU4Digital Proqramının Şərq Tərəfdaşlığı ölkələrində milli tənzimləyici orqanların (MTO-lar) müstəqilliyinə dair analitik hesabatında, Aİ-nin müvafiq normativ-hüquqi bazası baxımından Şərqi tərəfdaşlıq ölkələrindəki əsas boşluqlar daxil olmaqla həmin ölkələrin qanunvericiliyindəki boşluqların qiymətləndirilməsi və seçilmiş qiymətləndirmə meyarları üzrə əsas nəticələr haqqında ümumi məlumat verilir. Sözügedən təhlil, Şərq Tərəfdaşlığı ölkələrində milli tənzimləyici orqanların müstəqilliyinin gücləndirilməsinə şəraitin yaradılması üçün elektron …
EU4Digital Proqramı tərəfindən Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) ilə birgə Milli tənzimləyici orqanlar (MTO-lar) və onların səlahiyyətləri və vəzifələri ilə əlaqədar boşluqların qiymətləndirilməsinə dair hesabat hazırlanıb və ŞT ölkələrindəki MTO-ların müstəqilliyini gücləndirmək məqsədi daşıyır. Hesabat Şərqi tərəfdaşlıq ölkələri üçün elektron rabitə üzrə milli tənzimləyici orqanların müstəqilliyinin qiymətləndirilməsinə dair metodologiyaya əsaslanır. Hesabatın məqsədi, Aİ-nin …
EU4Digital proqramı tərəfindən hazırlanan Şərqi tərəfdaşlıq ölkələrində (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanda) sahibkarlıq ekosistemlərinin inkişafını stimullaşdırmaq məqsədi daşıyan “Şərqi tərəfdaşlıq ölkələrində İKT sahəsində sahibkarlıq ekosisteminə dəstək üzrə bələdçi”. Bələdçidə Şərqi tərəfdaşlıq ölkələrinin ekosistemlərinin yetkinliyinin qiymətləndirilməsi təmin edilib və ölkə səviyyəsində prioriteti önə çəkilərək istənilən ekosistemə tətbiq olunan tövsiyələr verilmişdir. Bu bələdçi potensialın artırılması …