Avropa Komissiyasının açıqladığı Kommünikedə 2030-cu ilə qədər Avropanın uğurlu rəqəmsal transformasiyasına dair baxış və hədəflər açıqlanıb.

2021-ci il martın 9-da dərc olunan Kommünikedə rəqəmsal texnologiyalar üzrə bir sıra prinsiplər barədə razılığa gəlmək, qısa müddət ərzində çoxlu sayda ölkəni əhatə edən önəmli layihələrin icrasına başlamaq və irəliləyişlərə nəzarət etmək üçün etibarlı idarəçilik strukturunu təyin edən qanunvericilik bazası – “Rəqəmsal texnologiyalar kompası” hazırlamaq təklif olunur.