
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Şərqi tərəfdaşlıq ölkələrində elektron səhiyyənin cari vəziyyətinin təhlili
Tarix: 23 May 2020
Şərqi tərəfdaşlıq ölkələrindəki elektron səhiyyənin mövcud vəziyyətinin cari təhlilində, elektron səhiyyə sahəsində qanunvericilik və idarəetmə, infrastruktur və xidmətlər, maliyyələşmə mexanizmləri və beynəlxalq cəmiyyətlərdə iştirak, eyni zamanda hər bir ölkə üzrə əsas nəticələr və fikirlər haqqında məlumat verilir.
Sözügedən hesabat EU4Digital Proqramının elektron səhiyyə tematik sahəsi çərçivəsində EU4Digital mütəxəssisləri tərəfindən hazırlanmışdır.
Təhlil 25-26 iyun 2019-cu il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş Şərq Tərəfdaşlığı Elektron səhiyyə şəbəkəsinin tədbiri zamanı paylanan “Şərq Tərəfdaşlığı ölkələrində mövcud vəziyyətin, dəyişliklərin və ehtiyaclara dair sorğu vərəqi” vasitəsilə hər bir ölkə üzrə toplanan məlumatlara və bu tədbirdən sonra yerli və məsafədən keçirilən seminarlar zamanı toplanan məlumatlara əsaslanır.
Sənəddə:
- Elektron səhiyyə sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və uyğunlaşdırılması üzrə əsas nəticələr və fikirlər təqdim edilir;
- Hər bir Şərqi tərəfdaşlıq ölkəsi üzrə elektron səhiyyə sahəsində prioritet və hədəflər əks edilir;
• Elektron səhiyyə sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və uyğunlaşdırılması üzrə hər bir ölkədə cari vəziyyət barədə məlumat verilir.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron səhiyyə
- Elektron səhiyyə şəbəkəsi
