Avropa Təlim Fondunun (ATF) icra etdiyi bu tədqiqatda fondun rəqəmsal sahədə bacarıqlar və səriştə, rəqəmsal və onlayn təhsilə dair mövqeyi əks olunur. Sənəddə strateji yanaşma baxımından ATF-in tərəfdaş ölkələrində peşə təhsili və təliminə çıxış və təminatın müasirləşdirilməsi məqsədilə bir-biri ilə qarşılıqlı əlaqəli və faydalı siyasətin iki sahəsi nəzərdən keçirilir.

Sözügedən tədqiqat əsasən Aİ və ATF-in tərəfdaş ölkələrindən rəqəmsal sahədə bacarıqlar və səriştə, rəqəmsal və onlayn təhsil sahəsindəki siyasət və təcrübələrə dair məlumatları toplayır. O təcrübəyə əsaslanan sübutlar və elmi tədqiqat ədəbiyyatının icmalları, o cümlədən peşəkar jurnalların, kitabların və internet səhifələrinin qabaqcıl təcrübə nümunələrinə əsaslanır.