Bu sənəd EU4Digital təşəbbüsünün mütəxəssisləri tərəfindən EU4Digital Proqramının elektron ticarət tematik sahəsindəki transsərhəd elektron ticarət fəaliyyətləri çərçivəsində hazırlanıb.
Elektron çatdırılma pilot layihəsi, Elektron çatdırılma kanalı vasitəsilə hesab-faktura məlumatlarının mübadiləsi üçün ilkin bazanın qurulması və sınaqdan keçirilməsi üçün başlanğıc nöqtədir. Pilot layihənin ardınca Şərq Tərəfdaşlığı regionu və onun xaricində adı çəkilən həlli tam tətbiq etmək və daha da genişləndirmək üçün lazımi hüquqi, təşkilati və texniki düzəlişlər barədə tövsiyələrin veriləcəyi gözlənilir.
Sənəddə:
- pilot layihənin həyata keçirilməsi zamanı tətbiq olunan texniki şərtlər və standartlar kimi pilot layihənin xüsusiyyətləri müəyyənləşdirilir;
- pilot layihənin konsepsiyası, sınaq mühiti, əhatə dairəsi, infrastruktur, əsas maraqlı tərəflər və zaman çərçivəsi və nəticələr haqqında ətraflı məlumat verilir;
- Norveç və Danimarkada satınalmalarda elektron fakturaların istifadəsi daxil olmaqla, elektron hesab-faktura sistemin tətbiqi üçün Avropanın qabaqcıl təcrübələri haqqında ümumi məlumat verilir;
- elektron hesab-faktura və elektron çatdırılma üçün standartların qəbul olunması və qanuni qüvvəyə minməsi üçün zəruri olan milli qanunvericilikd’ dəyişikliklərin əhəmiyyəti təqdim edilir.