
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Aİ-nin elektron kommersiya haqqında əsas parametrlərdən ibarət hesabatı
Tarix: Iyun 2020
EU4Digital təşəbbüsünün hazırladığı hesabatda Aİ-də transsərhəd elektron kommersiya sahəsində görülən işlərin vəziyyəti təqdim edilib.
EU4Digital təşəbbüsünün ekspertləri elektron kommersiya haqqında əsas parametrlərdən ibarət hesabatı EU4Digital proqramının Elektron ticarət adlı tematik sahəsinin Elektron kommersiya fəaliyyəti çərçivəsində hazırlayıblar. EU4Digital proqramının məqsədi Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında elektron kommersiya sahəsinin uzlaşdırılmasına dair tövsiyə xarakterli dəstək verməkdir.
Aİ-nin transsərhəd elektron kommersiya üzrə qabaqcıl təcrübə və normalarını nümayiş etdirən Aİ-nin elektron kommersiyaya dair əsas parametrlərdən ibarət hesabatında Aİ-də transsərhəd elektron kommersiya sahəsində görülən işlərin cari vəziyyəti qiymətləndirilir. Bundan əlavə, Aİ-də adı çəkilən sahənin cari vəziyyətinə əsaslanaraq Şərqi tərəfdaşlıq ölkələrində müvafiq məlumatlar toplanmaqdadır. Aİ-də elektron kommersiya sahəsinin cari vəziyyəti ilə Şərqi tərəfdaşlıq ölkələrində bu sahənin cari vəziyyətinin müqayisəsi nəticəsində Şərqi tərəfdaşlıq ölkələri ilə Aİ arasında elektron kommersiya sahəsinin uzlaşdırılması üçün əsas fərqləri müəyyənləşdirmək və tövsiyələr vermək mümkün olacaq. Sözügedən təhlilin 2020-ci ilin sentyabr ayında yekunlaşdırılması planlaşdırılır. Bundan sonra transsərhəd elektron kommersiyanın inkişafına şərait yaradan pilot texnoloji həllin hazırlanması planlaşdırılır (oktyabr 2020-iyun 2021 tarixləri arasında).
Aİ-də görülən işlərin cari vəziyyətinə nəzər salan hesabatda diqqət üç əsas sahəyə yönəlmişdir – hüquqi bazanın təhlili, standartlar və elektron kommersiya ekosistemi. Bu sahələrin hər biri üzrə transsərhəd elektron kommersiyanın uzlaşdırılması ilə bağlı vacib cəhətlər təhlil edilmişdir:
- Qanunvericilik sahəsində təxminən 70 əsas cəhət müəyyənləşdirilib. Buraya istehlakçının müdafiəsi, bağlamaların çatdırılması, ÜPİ-nin öhdəliklərinin əsas cəhətləri, şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyi, geo-bloklama, məlumatların qorunması, onlayn vasitəçilərin məsuliyyəti və digər sahələr daxildir.
- Standartlar sahəsində təxminən 40 əsas cəhət müəyyənləşdirilib. Buraya xidmətlərin keyfiyyəti, uyğunlaşdırılma, qabaqcıl elektron məlumatlar və məhsul səviyyəsində rəqəmsal gömrük bəyannamələri kimi Avropa Standartlaşdırma Komitəsinin (CEN) fəaliyyəti ilə bağlı cəhətlər də daxildir. Bu cəhətlərə həmçinin CEN və ÜPİ standartları arasında uyğunluq daxildir.
- Ekosistem sahəsində təxminən 45 əsas cəhət müəyyənləşdirilib. Buraya transsərhəd tədarük zənciri, elektron kommersiya bazarları, vergitutma, ödənişlər, logistika və təchizat zənciri kimi cəhətlər daxildir.
Əsas parametrlərdən ibarət hesabata töhfə verən şəxslər:
- Elektron kommersiya ilə əlaqəli beynəlxalq təşkilatların (məsələn, Ümumdünya Poçt İttifaqı (ÜPİ), elektron kommersiya ilə bağlı assosiasiyalar) üzvü olan EU4Digital təşəbbüsünün baş mütəxəssisləri, elektron kommersiya sahəsində qanunvericiliyin hazırlanması və yenidən işlənməsində təcrübəyə malikdirlər və Aİ-də və Şərqi tərəfdaşlıq ölkələrində elektron kommersiya prosesləri barədə praktiki anlayışa sahibdirlər.
- Elektron kommersiya üzrə işçi qrupu Şərqi tərəfdaşlıq ölkələrində özəl və dövlət sektorlarının nümayəndələrindən ibarətdir. Adı çəkilən əsas parametrlərdən ibarət hesabat İşçi qrupu ilə razılaşdırılıb.
- Avropa Komissiyasının nümayəndələri hesabata dair rəy və təkliflərini bildiriblər.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron ticarət
