Bu hesabatda EU4Digital proqramının 2020-ci ilin iyul ayından dekabr ayına qədər olan dördüncü hesabat dövrü üzrə fəaliyyətlər əks olunub.
Aİ tərəfindən maliyyələşdirilən “EU4Digital: Şərq Tərəfdaşlığında rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək” layihəsi tərəfindən hazırlanmış bu hesabatda yuxarıda göstərilən hesabat dövrü ərzində altı tematik istiqamətdə əldə olunmuş nəticələr haqqında ümumi məlumat verilir. Bundan əlavə, sənəddə planlaşdırılmış fəaliyyətlər daxil olmaqla, altı aylıq hesabat dövrü üzrə hədəflər müəyyənləşdirilmişdir (hesabatın hazırlandığı vaxt məlum olan).