
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Seminar: COVID-19 və onun Avropanın kibertəhlükəsizlik ilə bağlı mövqeyinə təsiri
Tarix: 25 Noyabr 2019
Mayın 29-da Mərkəzi Avropa vaxtı ilə saat 11:30-dan etibarən Avropa Kibertəhlükəsizlik Təşkilatı (ECSO) tərəfindən COVID-19 pandemiyası səbəbindən yaranan ümumi kibertəhlükəsizlik problemlərinin həllində Avropa əməkdaşlığının əlavə dəyərini vurğulayan bir sıra seminarlar çərçivəsində “COVID-19 və onun Avropanın kibertəhlükəsizlik ilə bağlı mövqeyinə təsiri” mövzusunda seminar keçiriləcək.
Seminarda təqdimat ilə çıxış edəcək şəxslər bunlardır:
- Avropa Komissiyası DG CNECT-in baş direktor müavini Cənab Xəlil Rouhana
- F-Secure şirkətinin prezidenti və baş icraçı direktoru Samu Konttinen
- ESCO-nun idarə heyətinin sədri, “Big Data and Security”, ATOS şirkətlərinin direktor müavini Filip Vanye
- Thales şirkətində kibertəhlükəsizliyin qiymətləndirilməsi və məsləhət xidməti şöbəsinin rəhbəri Jan Mari Letort
Avropa Komissiyasının dəstəyi ilə ECSO tərəfindən təşkil olunan bu silsilə seminarda iştirak etmək üçün qeydiyyat artıq başlanıb.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Telekommunikasiya qaydaları
