
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Azərbaycanın elektron kommunikasiyalar üzrə qanunvericilik sistemində boşluqların qiymətləndirilməsi
Tarix: 16 dekabr 2020
EU4Digital Proqramı tərəfindən Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) ilə birgə Milli tənzimləyici orqanlar (MTO-lar) və onların səlahiyyətləri və vəzifələri ilə əlaqədar boşluqların qiymətləndirilməsinə dair hesabat hazırlanıb və ŞT ölkələrindəki MTO-ların müstəqilliyini gücləndirmək məqsədi daşıyır. Hesabat Şərqi tərəfdaşlıq ölkələri üçün elektron rabitə üzrə milli tənzimləyici orqanların müstəqilliyinin qiymətləndirilməsinə dair metodologiyaya əsaslanır.
Hesabatın məqsədi, Aİ-nin 2002/2009-cu saylı tənzimləyici bazasına əsaslanaraq MTO-ların elektron kommunikasiyalar üzrə müstəqilliyi sahəsində qanunvericilikdəki boşluqlarla bağlı Azərbaycandakı cari vəziyyəti qiymətləndirməkdir. Hesabatda qeyd olunan yekun nəticələr və müşahidələr EaPeReg-in üzvü olan Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ekspertləri ilə birgə hazırlanıb. Sənəddə müəyyən edilmiş boşluqları Aİ-nin müvafiq qanunvericilik bazası əsasında aradan qaldırmaq üçün tövsiyələr də təqdim edilib.
- Azərbaycan
- Telekommunikasiya qaydaları
