Şərq Tərəfdaşlığının “İqtisadi inteqrasiya və Aİ siyasətləri ilə uzlaşma” adlı II Platformasının fəaliyyətlərinə dəstək məqsədilə həyata keçirilən Şərq Tərəfdaşlığı regionunda İKT-nin İnnovativ İnkişafı və Startap Ekosisteminə dair tədqiqatın hesabatı. Tədqiqatın məqsədi Aİ və əsas üçüncü ölkələrdə qeydə alınan uğur hekayələrindən ibrət götürərək Şərq Tərəfdaşlığı ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) İKT-nin innovativ inkişafı və startap ekosistemləri üzrə əlverişli mühitin yaxşılaşdırılmasına töhfə verməkdir.
Bu tədqiqat Aİ tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətlərə dəstək məqsədilə qısamüddətli yüksək keyfiyyətli tədqiqatlar – HiQSTEP” layihəsi tərəfindən hazırlanmışdır